PDF Oxu

Müxalifət

  • 12

“Mavi, mavi masmavi"

“Mavi, mavi masmavi"
Dünən AXCP (i) sədri Əli Kərimovun Süleyman Rəhimov 138 ünvanında yaşadığı evin qarşısında etiraz aksiyası keçirilmişdir. Aksiyanın iştirakçıları milli dövlətçilik ruhlu gənclər idi. Kütləviliyi ilə seçilən etiraz aksiyasında gənclər ilk olaraq AXCP (i) sədrinin evi qarşısına yürüş etdilər. Yürüşdə Ə.Kərimovun əleyhinə müxtəlif şüarlar yazılan plakatlar qaldırılmış, gənclər Əli Kərimovun satqınçılıq üzərində qurulmuş dırnaqarası siyasətini, antidövlətçilik xislətini pisləyərək, bu addımlarını xəyanət kimi qiymətləndiriblər. Onu da qeyd edək ki, aksiyaya nəinki gənclər, eləcə də, ətrafda bu tədbiri izləyən vətəndaşlar da qoşulub.
Baş tutmuş aksiyada qaldırılan plakatlarda yazılmış şüarlar bütün həqiqətləri özlüyündə təsdiqləyirdi. Belə ki, "Azərbaycan gəncləri Əli Kərimov kimi təxribatçılara "yox" deyir!", "Vətən xaini Əli Kərimova ar olsun!", "Milli maraqlarımızı satan Əli Kərimova ar olsun!", "Ermənilərə işləyən xainə ar olsun!", "Malış, xalq səni yaxşı tanıyır", "Əli Kərimov + islamçılar = xaos", "Azərbaycan gəncliyi belə müxalifəti istəmir!", "Azərbaycanın inkişafını istəməyənlərə yox deyirik!", və "Mavi, mavi, mavi", "Əli Kərimov, sənin ailə üzvlərin Londonda hansı pullarla yaşayır?" kimi plakatları başları üzərlərinə qaldırıb şüarlar səsləndirirdilər. Xüsusilə, AXCP (i) sədrinin terrorçu qiyafəsində işlənmiş kollaj karikaturası maraq doğururdu.
Aksiya bilavasitə Ə.Kərimovun yaşadığı binanın balkonu qarşısında davam etdirildi. Ardıcıl olaraq meqafonla çıxış edən gənclər ölkədə siyasi sabitliyi pozmağa cəhd göstərən radikal müxalifət "liderləri"nin, ələlxüsus, Ə.Kərimovun ünvanına kəskin xarakterli etiraz nitqləri səsləndirdilər.
Bu ərəfədə biz, bir neçə gəncdən keçirilən kütləvi aksiya ilə bağlı açıqlama aldıq.
Aslanov Bayram adlı gənc bildirdi ki, Azərbaycan gənci heç bir vaxt Ə.Kərimovun atdığı xəyanətkar addımları ilə barışmayacaq və imkan verməyəcək ki, gənc nəslin nümayəndələri bu cür vətən xainlərinin təsiri altına düşsünlər:"Biz qətiyyətlə öz sözümüzü demişik və bundan sonra da deyəcəyik. Azərbaycan gənci daim dövlətçilik maraqlarına xidmət edəcək və radikal müxalifətin tör-töküntülərini birdəfəlik olaraq arxivə göndərəcək!"
Digər aksiya iştirakçısı Ceyhun Məmmədov da öz fikirlərini bizimlə bölüşdü. O bildirdi ki, Ə.Kərimov indi də radikal islamşılarla iş birliyinə gedib, ölkədə sabitliyi pozmaq üçün canfəşanlıq göstərir: "Bu gün onun gah "Taliban"çıların, gah vəhhabilərin, gah da "Hizbullah"çıların yanında olması onun terrorçuluğa olan meyilini aşkar şəkildə büruzə verir. Kərimov bununla bir daha araqarışdırıcı, anarxiyaya meyilli olduğunu sərgiləyir. Lakin bütün bunlara baxmayaraq, ölkədə təməlli şəkildə ictimai sabitlik qorunub saxlanılır və onun törətməyə cəhd etdiyi bütün planları hökmən iflasa uğrayacaq".
Nəzərov Fərid adlı gənc də öz həmyaşıdlarının fikrinə dəstək olaraq söylədi ki, ölkədə gedən yüksək inkişaf proseslərini görməməzlikdən gələn Ə.Kərimov və onun kimilər bilməlidirlər ki, biz gənclər onun ətrafında qalan beş-üç nəfərdən fərqli olaraq, bütöv bir Azərbaycan gəncliyinin ordusuyuq. Heç bir halda qaragüruhçuluq üzərində hakimiyyətə gəlmək xəyalları reallaşmayacaqdır. Çünki istər gənc nəsil, istərsə də yaşlı nəsil olsun, biz əminik və xoşbəxtik ki, bizim İlham Əliyev kimi dünyada öz sözünü demiş, bundan sonra da deyəcək Prezidentimiz var və xalq daim möhtərəm Prezidentinin yanında olacaq!"
Gənc nəslin nümayəndəsi, aksiyanın fəal iştirakçısı Vüsal Zeynalov da öz fikirlərini bizimlə bölüşdü. O bildirdi ki, Ə.Kərimov hər zaman xarici qüvvələrə işləyərək özünə maddi və mənəvi dəstək əldə etməyə çalışıb. Eyni zamanda, Ə.Kərimov ermənilərlə də sıx əməkdaşlıqlar edərək onların çirkin planlarını Azərbaycanda reallaşdırmağa cəhdlər göstərib. Maraqlıdır ki, bu adamın ailəsi London kimi dünyanın ən bahalı şəhərində yaşaması hansı maddi təminatla tənzimlənir? Nəyə görə AXCP (i) sədri öz partiyasının maddi qaynaqlarını xalqdan gizlədir? Bütün bunlar onun hansı əməllərə sahib olduğunu bir daha təsdiqləmiş olur. Bizlər ilk olaraq, bir Azərbaycan vətəndaşı kimi, bir Azərbaycan gənci kimi Ə.Kərimovun qanun qarşısında cavab verməsini tələb edirik".
Aksiyanın sonlarına yaxın plankart gəzdirən gənclər həmin şüarları onun yaşadığı binanın balkonu altında divarlara, söykənclərə və ağaclara yapışdırdılar. Sonra aksiya iştirakçıları Füzuli küçəsinə çıxaraq, Heydər Əliyev adına Saraya tərəf yürüş etdilər. Yürüş boyu aksiya iştirakçıları "Yeni Azərbaycan Partiyası və İlham Əliyevə eşq olsun!", "Yaşasın müstəqil, demokratik Azərbaycan!", "Azərbaycanın inkişafı yalnız YAP və İlham Əliyevlə mümkündür!" şüarları səsləndiriblər. Sonda bir daha bildirilib ki, Azərbaycan gəncliyinin yeganə yolu Prezidenti İlham Əliyev yoludur. Azərbaycan gəncliyinin heç zaman bu yoldan dönməyəcəyini deyən aksiya iştirakçıları vurğulayıblar ki, onlar seçimini artıq ediblər. Həmçinin, qeyd olunub ki, Azərbaycan gənclərini müxtəlif insanların baxışları deyil, milli birlik birləşdirir.

Digər xəbərlər