PDF Oxu

Müxalifət

  • 10

Sərdar Cəlaloğlu "İctimai Palata"nı şeytan yuvası hesab edir

Sərdar Cəlaloğlu "İctimai Palata"nı şeytan yuvası hesab edir

Radikal müxalifət düşərgəsində qəbul edilməyən ADP-nin üzdəniraq sədri Sərdar Cəlaloğlu növbəti dəfə öz aqressivliyini nümayiş etdirməyə başlayıb. S.Cəlaloğlu öz xislətinə sadiq olaraq növbəti dəfə mənsub olduğu düşərgədəkilərə bir qədər yumşaq sifət nümayiş etdirib, onlarla əməkdaşlığa hazır olduğunu göstərməyə çalışıb. Elə bu məqsədlə də, müxalifət düşərgəsində özünütəcrid siyasətinə üstünlük verən S.Cəlaloğlu rəqiblərinə qarşı təzyiq metodlarından istifadəyə başlayıb.
Müəyyən dövr üçün müxalifət düşərgəsində əlini sıxdıqları şəxslərlə düşmənçilik mövqeyində olan və onlara qarşı açıq şəkildə ittihamlar və tənqidlər səsləndirən ADP sədri mövqe dəyişkənliyinə yol verib. Digər bir tərəfdən isə, o, müxalifət düşərgəsində heç bir partiya ilə əməkdaşlığa girməyəcəyini bildirsə belə, bu gün deyilənlərin tam əksini görmək mümkündür. Çünki S.Cəlaloğlu dünənə qədər Müsavat başqanı İsa Qəmbərova qarşı ən sərt mövqedə dayanırdı və onun ətrafında olanları az qala cəngəllik təfəkkürlü insanlar hesab edirdi. Bu gün isə onun İ.Qəmbərovla sıx münasibətlərdə olmasını görmək heç də təəccüblü deyil. Eyni zamanda, Müsavat partiyasının aksiyayalarına da S.Cəlaloğlunun dəstək verməməsi iki şəxs arasındakı buzların əriməsindən xəbər verirdi. Amma nəticə heç də özünü çox da uzun müddət gözlətmədi.

Sərdar Cəlaloğlunun Əli Kərimova da "rəğbəti" varmış

Radikal müxalifət düşərgəsində zəndeyi-zəhləsi getdiyi fiqurlardan birinin də AXCP (i) sədri Əli Kərimov olduğunu bildirən S.Cəlaloğlu indi onunla bir masa ətrafında mümkün əməkdaşlıqdan danışır. Az qala Ə.Kərimovun adı gələndə "lənət şeytana" söyləyən S.Cəlaloğlu bu gün onunla üz-üzə oturub pürrəngi çay içərək, R.Quliyevlə bağlı xatirələrindən bəhs edir. Ola bilsin ki, partiyanın və özünün ağır durumundan sarsıntı keçirən Ə.Kərimov S.Cəlaloğlunun xatirələrinə qulaq asıb, çöhrəsinə bir qədər gülüş qata bilir. Amma bu da ADP sədrinin Ə.Kərimova olan öncəki münasibəti ilə real mənzərə yarada bilmirdi. Necə ola bilər ki, bir həftə öncəyə qədər müxalifət düşərgəsində elə bir partiyanın, siyasi fiqurun olduğunu inkar edən S.Cəlaloğlu bu gün onunla hansısa bir razılıqdan danışır? Elə bu yanaşma və reallığın müstəvisində baş verənlər müxalifətin növbəti dəfə iç üzünü açmış olub. Cəmiyyətimiz artıq gündə bir mövqedən, bir rakursdan çıxış edən müxalifətin yalanlarına özlərinə müvafiq formada cavab verib.

Müsavat başqanı S.Cəlaloğlunu əlində saxlaya bilmədi

Ötən həftə üç-dörd nəfərdən ibarət olan əlaltılarını metrostansiyaların giriş və çıxışlarında, ictimaiyyətin gur olduğu yerlərdə hay-küy salmağa göndərən İ.Qəmbərov ADP sədri S.Cəlaloğlunun bu məsələdəki təcrübəsindən də yararlanmağı planlaşdırıb. Ona görə də, aralarında küskünlüyə son qoymaq və onun çılğınlığından yararlanmaq üçün başqan İ.Qəmbərov S.Cəlaloğluna zəng edərək, onunla səmimi ünsiyyət qurmağı təklif edib. Bir qədər təəccüblü görünsə də, bu təklifə səmimi müstəvidə cavab verən ADP sədri, təbii ki, bunun qarşılığında nə alacağını düşünürdü. "Lalın dilini anası bilər" prinsipinə uyğun olaraq İ.Qəmbərov da S.Cəlaloğlunun tam zəif yerindən vuraraq, ona təşkil etdiyi aksiyalara qoşulmaq müqabilində müəyyən şirnikləndirici təkliflər edib. Çoxdandır ki, belə bir sürpriz təklifi almayan S.Cəlaloğlu heç düşünmədən bunu qəbul edib və başqana bu işdə köməklik edəcəyi barəsində vəd verib.

Digər xəbərlər