PDF Oxu

Müxalifət

  • 17

Müxalifət 20 ildir mənasız siyasi yoldadır

Müxalifət 20 ildir mənasız siyasi yoldadır

20 ilə yaxındır ki, bir sıra xoşagəlməz hadisələrlə ad çıxarmış radikal müxalifət liderləri son vaxtlar dırnaqarası aktivlik göstərmək iddiasına düşüblər. Onlar bir sıra amilləri özləri üçün əsas götürsələr də, əsil reallıqdan kənar qaça bilməzlər. Çünki 20 ilə yaxındır ki, radikal müxalifət ünsürləri öz adları ətrafında müəyyən şoular düzəldir, maxinasiyalara yol verir, cəmiyyətin adından belə uydurma bəyanatlar verməyə cəhdlər edirlər. Amma bütün bunlar müxalifətin, nəinki bir addım irəliyə doğru istiqamət almasına, əksinə, daha da geriyə çəkilməsinə şərait yaradıb.
Başlıca səbəb isə müxalifətin sosial bazadan tamamilə məhrum olmasıdır. Zaman-zaman etmiş olduqları xətalar, atmış olduqları yanlış addımlar, vermiş olduqları uydurma bəyanatlar məhz cəmiyyətin müxalifətə qarşı anti-simpatiyasının formalaşmasının əsaslarını təşkil edib. Bundan isə qurtulmağın yeganə yolu siyasi arenanı tərk etməkdən keçir. Əgər onlar belə bir addım atmaq cəsarətində olmasalar, tarix bunun öhdəsindən məhərətlə gələcək.

Xəyanətkar, ikiüzlü və riyakar müxalifət liderləri bugünkü gənclərə nümunə ola bilməz

AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində özünü ən "parlaq" fiqur kimi gündəmdə saxlayan indiki AXCP (i) sədri Ə.Kərimov o dövr müəyyən manevrləri ilə yadda qalmış olub. Açıq şəkildə öz hakimiyyətlərinin iç üzünü cəmiyyətə göstərən və öz liderinə qarşı böyük xəyanət etmiş bu fiqurdan sonralar görəcəklərimiz, deyəsən, çox imiş. Çünki zaman yetişdi. AXC-Müsavat cütlüyü özünün çürük ideyalarının üzərində hakimiyyətlərinin laxlamasını təmin etdi. Bunun ardınca isə siyasi aktivlik adı altında müəyyən siyasi bazarlıq nümayiş etdirməyə başladılar. Amma bununla da kifayətlənməyərək, onlar öz istəkləri ilə kreslodan imtina ediblər kimi görüntü yaratmağa çalışdılar. AXCP lideri Əbülfəz Elçibəyin vəfatından dərhal sonra onun yaratmış olduğu partiyanın altını-üstünə çevirən Ə.Kərimov, yəqin ki, liderinə qarşı olan "sevgisini" bu cür nümayiş etdirirdi. Amma maraq doğuran məqamlardan biri odur ki, Ə.Kərimov AXCP-ni parçalayıb intriqalar yaratmaqda, xəyanətdə, satqınlıqla mahir ola-ola, bu gün az qala özünü gənclərə "örnək" kimi göstərir. Görəsən, onun "örnək" ola biləcəyi cəhətləri xəyanət və satqınlığın hansı üsul və metodologiyasından keçir?

Digər xəbərlər