PDF Oxu

Müxalifət

  • 12

Qarşıdurmalar üzərində qurulan "birlik"

Qarşıdurmalar üzərində qurulan "birlik"

Uzun müddətdir ki, müxalifət meydanındakı boşluqdan istifadə edən bəzi şəxslərin özbaşınalıqlarına dözümlülük nümayiş etdirə bilməyən ALP və "VİP" uğursuz da olsa, hərəkətə keçməyə və diqqət mərkəzinə çevrilməyə çalışırlar. Ona görə də, düşərgədəki süstlüyü bu dəfə öz güclərinə pozmaq istəyində olan müxalifətin "cırtdan" partiyaları görüntü naminə addımlar atmağa başlayıblar.
Xarici donor təşkilatlar müxalifətdaxili ziddiyyətlərin təşkili üçün də pul ayırır

ALP sədri Əvəz Temirxan müxalifətə birlik təklifi ilə müraciət ediləcəyini bildirdikdən sonra düşərgədəki gərginlik bir qədər də artıb. Hər müəyyən məqamda öz rəqiblərinə qarşı ən sərt cəza tədbirlərə əl atmaqdan belə çəkinməyən Müsavat partiyasında, bu məsələyə loyal münasibət yoxdur. Partiya funksionerləri, xüsusilə də, partiyanın icra aparatının rəhbəri Arif Hacıyev Ə.Temirxanın təklifini böyük hiddətlə qarşılayıb. O, hətta öz hirsini gizlətməyərək, "gör nə günə qalmışıq ki, Ə.Temirxan da bizə əməkdaşlıq təklifi göndərir" deyə sərt ifadələr işlədib. Hirsini bununla da soyuda bilməyən A.Hacıyev Ə.Temirxanla Ə.Əliyevə onların özlərinə uyğun iş tapdığını da qeyd edib. Bildirib ki, onsuz da, hər iki şəxs siyasətlə məşğul ola-ola fermerçilikdən nə dərəcədə uzaq qaldıqlarını isbatladılar. "Ona görə də, onlara məsləhətim budur ki, adıçəkilən şəxslər aidiyyatı strukturlara müraciətlər edib təsərrüfatlarını böyütmək üçün köməkliklər istəsinlər" deyən A.Hacıyev müxalifətin Ə.Temirxanla Ə.Əliyevdən gələn əməkdaşlığa ehtiyacının olmadığını da dilə gətirib.

Cəngəllik təfəkkürlü müxalifətin son ümidi...

Radikal müxalifət düşərgəsində özlərini "aparıcı", "ana müxalifət" kimi təqdim edənlər nisbətən kiçik partiyalara, daha doğrusu, "cırtdan" müxalifət qurumlarına qarşı əməlli-başlı sərt iradə nümayiş etdirirlər. Yeni yaranmış və yaxud müəyyən bir dövr yol keçmiş nisbətən zəif durumda olan müxalifət partiyalarının bu cür hücumlara məruz qalması onların tezliklə sıradan çıxmasını da labüd etmiş olur. Ona görə də, hazırda müxalifət düşərgəsində "hegemonluq" iddiasında olan Müsavat və AXCP (i) digər partiyaları, tədricən də olsa, sıradan çıxarmaq üçün konsepsiya işləyib hazırlayıblar. Məhz bu bədnam niyyətlərinin nəticəsində daha böyük imtiyazlar əldə etməyi və ümumilikdə, müxalifət düşərgəsinə daxil olan vəsaitləri vahid mərkəzdən qəbul etməyi planlaşdıran və özlərini "iri" müxalifət partiyaları kimi qələmə verənlər əsil niyyətlərini açıq şəkildə ifadə etməkdən də çəkinmirlər. Nəticə isə göz qabağındadır ki, müxalifət düşərgəsində indi, sözün əsil mənasında, təzələrlə köhnələrin davası gedir.

Digər xəbərlər