PDF Oxu

Müxalifət

  • 9

Aleksandr Rar: "Ermənistan və Azərbaycan Aİ-ə girsə, Qarabağ problemini həll etmək mümkündür"

Aleksandr Rar: "Ermənistan və Azərbaycan Aİ-ə girsə, Qarabağ problemini həll etmək mümkündür"
"Əgər beynəlxalq cəmiyyət Ermənistan və Azərbaycanı Avropa İttifaqına və NATO-ya qəbul edərsə, uzunmüddətli perspektivdə Qarabağ problemini həll etmək mümkündür". SİA-nın məlumatına görə, bu sözləri erməni mətbuatına açıqlamasında Almaniya Xarici Siyasət Şurasının "Rusiya və MDB Proqramları"nın rəhbəri Aleksandr Rar deyib. Rar hesab edir ki, Azərbaycan və Ermənistan bu beynəlxalq strukturlardan birinə daxil olsa, Qarabağ probleminin asanlıqla həlli imkanı yaranar. İndiki halda hərbi əməliyyatların yenidən başlama ehtimalının çox az olduğunu deyən A.Rar bildirib ki, status-kvo Azərbaycan xaricində hər kəs üçün əlverişlidir. O, beynəlxalq cəmiyyətin bölgədə arzu edilməyən proseslərin qarşısını almaq üçün kifayət qədər gücə sahib olduğunu dilə gətirib. Ekspert qeyd edib ki, Azərbaycanın hərbi varianta əl atacağı ilə bağlı bəyanatlar səsləndirməsinə baxmayaraq, hərbi əməliyyatların özləri üçün də əlverişli olmadığını yaxşı anlayır. "Yeni hərbi əməliyyatlar Azərbaycan iqtisadiyyatındakı xarici investorları soyudar" deyən Rar həmçinin bildirib ki, bu iqtisadi mənfəətlərə görə Qarabağı geri almaq fikrindən Azərbaycan geri çəkildiyi anlamına gəlməməlidir.

Digər xəbərlər