PDF Oxu

Müxalifət

  • 17

Müsavat xarici donorlardan tam asılı hala düşüb

Müsavat xarici donorlardan tam asılı hala düşüb

Tamamilə sosial dəstəkdən məhrum olunan radikal müxalifət partiyaları növbəti dəfə xarici donorların təsiri altına düşüblər. Bu dəfə də düşərgə daxilində özünü birinci görmək istəyindən olan Müsavat riyakarlıqla öncül olmağa çalışır. Ona görə də, hal-hazırda Müsavat başqanı İsa Qəmbərov Almaniyada erməni dostu Aram Manukunyandan almış olduğu göstərişlərin icrası ilə məşğuldur. Məhz bu səbəbdəndir ki, son bir neçə gün də, İ.Qəmbərov öz ətrafında olan şəxslərin potensialına bələd ola-ola mitinqdən və kütləvi iğtişaşlar təşkil edəcəklərindən bəhs edir. Amma bir reallıq da odur ki, "Fəvvarələr" meydanında Müsavatın məlum biabırçılığından sonra İ.Qəmbərov hələ də, özünün yaramaz səhvlərindən dərs çıxarmamış kimi görünür. Çünki əgər belə bir proses baş versəydi, İ.Qəmbərov ya başqanlıqdan gedər, ya da ki, siyasi arenanı tərk edərdi. Görünür, İ.Qəmbərovun siyasi düşərgədə qalmaq üçün başqa "prinsip" və "maraq"ları hələ də öz mövcudluğunu saxlamaqdadır.

Havadarların əsarətində olan müxalifət

Hələ son parlament seçkilərindən öncə mitinqlər keçirəcəklərini, piketlər təşkil edəcəklərini bildirən başqan İ. Qəmbərov yenidən özünü biabır etməkdən belə çəkinmək istəmir. Maraqlısı isə odur ki, parlament seçkilərindən öncə İ.Qəmbərov xarici təşkilatların onlara mitinqlər və küçə yürüşləri təşkil etmək üçün maliyyə vəsaiti ayırdıqlarını etiraf etmişdi. Məhz sonradan onun Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla sövdələşmələr imzalaması bunun qarşılığında alacağı vəsaitlər də söylənilənləri təsdiqləyən yeganə fakt deyil. Bundan əlavə, İ.Qəmbərov dəfələrlə xarici havadarlarının sifarişi və çağırışı ilə səfərlərdə olub və ona yeni formatda tapşırıqlar verilib. Sözsüz ki, salamı da pulla qəbul edən İ.Qəmbərov bu tapşırıqları onların qara qaşlarına və qara gözlərinə görə qəbul etməyib. Təbii ki, İ.Qəmbərovu razı salan əlamətlər, yəni konkret məbləğin ödənilməsindən sonra bu halın baş verməsi şübhəsizdir.

Digər xəbərlər