PDF Oxu

Müxalifət

  • 18

Xaosa hesablanmış radikalizm

Xaosa hesablanmış radikalizm

Son zamanlar dünyanın müxtəlif bölgələrində, əsasən də, ərəb ölkələrində yaranmış vəziyyət getdikcə daha ciddi xarakter almaqdadır. Siyasi müstəvidə cərəyan edən məlum hadisələrin iğtişaşlar və qanlı qarşıdurmalarla müşahidə olunması, sözügedən olayların eynilik təşkil etdiyi xronologiyalarla, bir dövlətdən digər dövlətlərə keçid alması arxasında üçüncü qüvvələrin dayanması da şəksiz olaraq öz təsdiqini tapmaqdadır. Və təbii ki, həmin ərəb dövlətlərində uzun müddət davam edən sabitliyin, inkişafın birdən-birə alovlanaraq, "xalq iğtişaşlarına" çevrilməsində birinci amil məhz xarici donor mənbələridir ki, burada da müəyyən Qərb dairələrinin mövcudluğu öz şəksizliyini yetərincə qoruyur.
Digər maraqlı nüanslardan biri də odur ki, müəyyən xarici siyasi dairələrin əsas məqsədi "demokratik quruluş" pərdəsi altında həmin ölkələri öz asılılığına cəlb etmək, burada söz sahibi olmaq, bilavasitə, müsəlman dövlətlərinə qarşı köklü şəkildə "səlib yürüşü" etməkdir ki, hazırda onlar buna yetərincə müyəssər olmaqdadırlar. Sözsüz ki, xarici siyasi donor təşkilatlarının buraxdığı külli miqdarda valyutaların radikalizmin genişləndirilməsi istiqamətində xərclənməsi, nəticədə xaotik vəziyyətin yaranması da sözügedən olayların qızışmasına, yeni-yeni daxili savaşların, vətəndaş qarşıdurmalarının, eləcə də nahaq qanların axıdılmasına xidmət edir.

Radikallar nəyi "dəyişmək" istəyirlər?

"Biz ölkədə dəyişikliklər edəcəyik" kimi düşük və yararsız fikirlərin süni olaraq formalaşmasında da xarici anti- Azərbaycan qüvvələrin radikalizm ünsürlərinə verdikləri göstərişləri dayanır. Görünür, radikal müxalifətçilər və onların qondarma "liderləri" ölkəmizdə gedən iqtisadi inkişaf perspektivlərini, genişmiqyaslı quruculuq və abadlıq işlərini, möhkəm bünövrə əsasında bərpa edilmiş dövlət müstəqilliyimizi dəyişib yenidən səfalət və itirilmiş torpaqlar üzərində "hakimiyyət qurmaq" niyyətindədirlər ki, bunu da əsla bacara bilməyəcəklər! Çünki dünyanın bir çox ölkələrində sosial-iqtisadi problemlərin artdığı, böhranlı vəziyyətin gücləndiyi, əhalinin sosial- yaşam səviyyələrinin gündən-günə ağır duruma düşdüyü, demokratik azadlıqların təmin olunmadığı, avtoritarizm, diktatorluq üzərində qurulmuş üsul-idarələrdən fərqli olaraq, ölkəmizdə tamamilə başqa mənzərələr müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü düşünülmüş, uğurlu, müvəffəqiyyətli siyasəti nəticəsində ölkəmiz son illərin ən sürətli və dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Ölkəmizdə insanların həyat səviyyəsi günü-gündən daha da yaxşılaşır, əmək haqları, pensiya və müavinətlər, eyni zamanda, digər sosial yönümlü ödəmələr mütəmadi olaraq artırılır, bir sözlə, bütün sosial təbəqələr dövlətimizin diqqəti nəticəsində qayğı ilə əhatə olunur. Bütün bu amillərlə yanaşı, ölkəmizin şəhər, qəsəbə və kəndlərində də yeniləşmə perspektivləri artır, rayon və şəhərlərimiz abadlaşır, regionlarda sosial-iqtisadi infrastrukturlar dünya standartlarına cavab verən ən müasir texnologiyalarla təmin olunurlar. Azərbaycan artıq beynəlxalq müstəvidə nüfuzu olan, sayılıb-seçilən lider dövlətlər sırasında yer almış, formalaşmış dövlətdir. Ölkəmiz regionda həlledici sözə malikdir və bu istiqamətdə, dünyada baş verən qlobal proseslərə təsir etmək gücündədir.
Xüsusən, bir faktı da vurğulamaq yerinə düşərdi ki, radikal müxalifət mənsublarının dediklərindən fərqli olaraq, Azərbaycanda, ümumiyyətlə, ayrı-ayrı təbəqələrin "narahatlığına", "kütləvi aksiyalara" səbəb olacaq bir dənə də olsun belə sübut yoxdur. Sosial bazaları olmayan, dayaqlarını birdəfəlik itirmiş radikal müxalifət "liderləri", onların beş-üç nəfər "elektoratı" ölkəni möhkəm təməli prinsiplərlə idarə edən iqtidarın uğurlu daxili-xarici siyasəti nəticəsində Azərbaycanın hərtərəfli inkişafını görür, bu faktorun onların yenidən hakimiyyətə gəlmək arzularının üzərindən çarpaz xətlər çəkir. Məhz bu və digər səbəblərdən ölkəmizin hüquq-mühafizə orqanları, müvafiq güc strukturları Azərbaycanı iğtişaşlar, xaos və anarxiyalar meydanına çevirmək istəyən ünsürlərin qarşısını sərt şəkildə almalıdır. Bunu qanunla yanaşı, dövlətlə bir olan xalq da tələb edir. Cəmiyyət radikal müxalifət adlandırılan anarxist xəyanətkarlara onların layiq olduqları yerlərini mütləq göstərməlidir!

Digər xəbərlər