PDF Oxu

Müxalifət

  • 11

Əli Kərimovun keçmişi və bugünü üzərində qurulan "fəaliyyət proqramı"

Əli Kərimovun keçmişi və bugünü üzərində qurulan "fəaliyyət proqramı"

AXCP (i) və "Azadlıq" qəzeti rəhbərlərinin mənəvi-əxlaqi cəhətdən aşınmaya uğraması artıq heç kəsə sirr deyil. Söhbət ondan gedir ki, sözdə ədəb-ərkandan, əxlaqdan, mədəniyyətdən, saflıqdan dəm vuran bu şəxslər əməldə tam bunun əksinə olduqlarını sübut ediblər. Ədəbsizlikləri, əxlaqsızlıqları aşkar olunanda da, utanmadan deyirlər ki, bu, bizim şəxsi həyatımızdır və heç kəs bizim şəxsi işlərimizə qarışa bilməz. Əslində, hər zaman suyu bulandırıb, bulanıq suda balıq tutmaq istəyən, məqsədli şəkildə müxtəlif qalmaqallar yaradaraq, gündəmdə qalmağa çalışan bu şəxslərin bu cür hərəkətləri qətiyyən təəccüblü deyil. Çünki korporativ maraqları naminə işğalçı Ermənistanın siyasi dairələri ilə iş birliyinə getməyə hazır olan belə adamlar şərəf, ləyaqət, qürur hissini çoxdan itiriblər.
Əgər yada salsaq ki, Xocalı soyqırımı günü "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov və qəzetin direktoru Azər Əhmədovun "Üç palma" restoranında içkili halda necə əxlaqsızlıqla məşğul olurdular, o zaman gərək ölüb yerə girsinlər. Ancaq nə faydası ki, onlarda o qədər üz var ki... Elə bu həyasızlıqlarının nəticəsidir ki, baş verən əxlaqsız hərəkətlərini təsadüf sanaraq, ciddi-cəhdlə özlərini təmizə çıxarmağa çalışdılar. Bildirdilər ki, guya içkili olduqlarından fahişələrin qoynuna necə düşmələrindən xəbərləri olmayıb. Ancaq bu, təsadüfi yox, öyrəncəli olduqlarından fahişələrin qoynunda olublar.

Gənclər "Facebook" sosial şəbəkəsində Azər Əhmədovun əxlaqsız əməllərinə nifrət etməlidir

Elə sonradan baş verən bir sıra olaylar, "Facebook" sosial şəbəkəsində Azər Əhmədovun əxlaqsız əməlləri haqqında yayılanlar, videokadrlar belələrinin gerçək simasını, daha doğrusu, simasızlığını bir daha ortaya qoydu. Belə olan halda, yaxşı olardı ki, gənclər AXCP (i) sədri Əli Kərimovun yaxın keçmişi ilə maraqlanardılar. Çünki Ə.Kərimovun nə yuvanın quşu olduğunu bilən gənc heç bir halda AXCP (i) olmur, onun havadarı olsun, onlara tərəf yöənlməz. Bu, bir faktdır və bunu illərdir ki, Ə.Kərimov inkar etməkdə acizlik edir. Ən zəif nöqtəsindən başlayaraq, müxalifət ünsürlərinin bu cür eybəcər simaları özlərində cəmləşdirməsini Azərbaycan gəncliyi, yəqin ki, görməmiş və bilməmiş deyildir. Sadəcə olaraq, növbəti dəfə gənclərə daha doğru yol göstərmək lazımdır ki, onlar a.əhmədovları, ə.kərimovları, aqil xəlilləri olan müxalifətin yananda olmaq və olmamaq barəsində özləri qərar çıxarsınlar.

Əli Kərimov-Azər Əhmədov "cütlüyünün" macəraları...

"Azadlıq" qəzetinin sabiq direktoru AXCP (i) sədri Əli Kərimovun ən yaxın dostu bu gün sıx münasibətlərdə olduqları barəsində ilginc detalları özündə gəzdirən Azər Əhmədov "niyyət"inin üstü açılan kimi ölkədən qaçması barəsində məlumat verdi. Sonradan isə məlum oldu ki, o, heçə də uzaqlarda, yəni Ə.Kərimovun əl çatmayacaq bir yerdə deyil. A.Əhmədovun bir müddət öncə Şamaxı rayonunda olması, orada "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidova məxsus evdə gizləndiyi faktı ortaya çıxdı. Məlumatda, həmçinin, Ə.Kərimovun sıx-sıx həmin ünvanda göründüyü barəsində də bilgilər yer almışdı. Görünür, hələ də, bir-birindən ayrılmaq istəməyən sevimli "cütlük" olub-keçənlərə məhəl qoymadan öz macəralarını davam etdirir. Maraqlısı isə odur ki, kişilərdən "xoşu" gələn, Ə.Kərimov, bir qədər fərqli rakursda öz "istək" və "arzu"larını quran A.Əhmədovla necə dil tapır?

AXCP (i) sədri "Azadlıq" qəzetinin sabiq direktoruna həmişə "haqq" qazandırıb

Çirkli həyat tərzinin üstü açılmasaydı, A.Əhmədov-Ə.Kərimov cütlüyünün "macəraları" hələ də, davam edəcəkdi. Bir faktı da qeyd edək ki, A.Əhmədovun bir neçə il əvvəl "Üç palma" restoranında əxlaqsız qızlarla birlikdə çəkilmiş çılpaq şəkilləri internetə çıxmışdı. Eşitdiyimizə görə, Azər həmin gün hətta uşağı ağır xəstə olan bir işçinin cüzi məbləğdə olan maaşını "pul yoxdur" deyə verməyib, amma sonradan onun "yeyib-içmək və plyus..." məclisinin üstü açılanda Azərin qəddarlığı onu yaxşı tanımayan naşıları şoka salıbmış. Hətta maaşla bağlı fakt Ə.Kərimovun da nəzərinə çatdırılıb və laqeyd partiya sədri qəddarlıqda Azərə "fora" verdiyini nümayiş etdirib...

"Baş ideoloqu" zay çıxan müxalifətin gəncləri hədəfə götürmək arzusu

Prinsip etibarilə, A.Əhmədov Ə.Kərimovun "baş ideoloqu" idi. Əgər onun "baş" ideoloqu A.Əhmədov idisə, görəsən, "ayaq" ideoloqunu harada axtarmaq lazımdır? Çünki "Azadlıq" qəzetinin Ə.Kərimovun yeganə ideoloji silahı olduğunu və bu qəzetin yönünün bir vaxtlar A.Əhmədov tərəfindən təyin edildiyini hər kəs çox gözəl bilirdi. Amma bütün bunlara baxmayaraq, bu tiplər siyasi ritorikalara yol verərək müəyyən maraqlarda, imtiyazlardan da dəm vururdular. Sadəcə olaraq, faciənin görüntüsü də odur ki, A.Əhmədov bu cür biabır olmasaydı və çirkin işlərdə Ə.Kərimova dəstək verməkdə davam etsəydi, nələrin olacağı gözlənilən idi. Amma cəmiyyətimizin bütün təbəqələri, xüsusən də, gənclər müxalifətin özünü az qala "ana müxalifət" partiyası kimi təqdim edən AXCP (i)-nin sədri və ona "baş ideoloqluq" etmiş şəxsin xislətini, çox güman ki, görmüş olublar. Digər bir cəhət isə odur ki, gənclərin adından danışan, onların dəstəyindən dəm vuran müxalifət təmsilçiləri və başda A.Əhmədovun "əməlləri" həmin o sosial şəbəkələrdə geninə-boluna məsxərəyə qoyulurdu. Elə bir bu fakt müxalifətin gənclər adından danışmaq imkanlarının tamamilə absurd olduğunu ortaya çıxarmış olur.

Digər xəbərlər