PDF Oxu

Müxalifət

  • 15

Yanlışlıq və satqınlıq üzərində qurulmuş siyasi bazarlıq

Yanlışlıq və satqınlıq üzərində qurulmuş siyasi bazarlıq

20 ilə yaxındır ki, müxalifətçilik adı altında bir sıra xoşagəlməz hadisələrdə ad çıxarmış radikal müxalifət partiya rəhbərləri son vaxtlar dırnaqarası aktivlik göstərmək iddiasına düşüblər. Onlar məhz bir sıra amilləri özləri üçün əsas götürsələr də, əsil reallıqdan kənar qaça bilməzlər. Çünki 20 ilə yaxındır ki, radikal müxalifət ünsürləri öz adları ətrafında müəyyən şoular düzəldir, maxinasiyalara yol verir, cəmiyyətin adından belə uydurma bəynatlar verməyə cəhdlər edirlər. Amma bütün bunlar müxalifətin, nəinki bir addım irəliyə doğru istiqamət almasına, daha da geriyə çəkilməsinə şərait yaradıb. Başlıca səbəb isə müxalifətin sosial bazadan tamamilə məhrum olmasıdır.
Zaman-zaman etmiş olduqları xətalar, atmış olduqları yanlış addımlar, vermiş olduqları uydurma bəyanatlar məhz cəmiyyətin müxalifətə qarşı anti-simpatiyasının formalaşmasının əsaslarını təşkil edib. Bundan isə qurtulmağın yeganə yolu siyasi arenanı tərk etməkdən keçir. Əgər onlar belə bir addım atmaq cəsarətində olmasalar, tarix bunun öhdəsindən məhərətlə gələcək. Eyni zamanda, yetişmiş olan situasiya, mövcud olan reallıqlar, bunu deməyə əsas verir ki, artıq tarixin acı arxivinə doğru sürətlə istiqamət götürmüş radikal müxalifət ünsürlərini buradan qurtaracaq imkan və qüvvə yoxdur.

Xəyanət və xalqın qanı üzərindən hakimiyyət quran AXC-Müsavat cütlüyü

Çox güman ki, 1990-cı illərin əvvələrində xalqımızın başına gətirilən bəlalar, dövlətçiliyimizin tarixinin sınaq qarşısında qalmasını bugünkü müasir cəmiyyətimizin üzvləri unutmayıblar. Həmin dövrlər xalqın ağır durumu, yaşanan sosial-iqtisadi sarsıntı, daxili milli ədavət və kənar təcavüz Azərbaycan tarixinin ən çətin anlarından biri kimi qiymətləndirilir. Əgər əsrin əvvələrində, yəni 1905-1908-ci illərdə xalqımız dəhşətli soyqırımı siyasəti ilə üz-üzə qalmışdısa, bu, tarixi bədnam qonşularımız 1918-ci ildə də növbəti dəfə təkrar etmişdirlərsə, 1990-cı ilin əvvələrində AXC-Müsavat cütlüyünün yetkililəri Azərbaycan xalqını növbəti sınaq qarşısında aciz qoymuşdular. Çünki onlar xalq hərəkatı adı ilə millətin qanı üzərində hakimiyyətlərini təmin etmək üçün can atırdılar. 1992-ci ildə Azərbaycan xalqının başına növbəti soyqırımı faciəsinin gətirilməsi və cəbhəçilərlə müsavatçıların hələ 1990-cı ilin 20 Yanvardakı qanlı qırğından qazanmaq istədikləri siyasi dividend onların kreslo həvəsini reallığa çevirdi. Beləliklə də, xalq növbəti sınaq qarşısında, dövlətin heç bir dəstəyi olmadan tək qaldı. Nəticədə isə AXC-Müsavat cütlüyü "koalision" hökumət adlandırdıqları qondarma bir rejim yaratdı. Traktor sürücüsünü, icra hakimiyyətinə, tokarı nazirlər kabinetinə, çobanı isə öz sahəsindən ayırıb kresloya gətirdilər. Bunun da nəticəsi olaraq, hakimiyyətdə olduqları dövrdə xalqın, millətin düşmüş olduğu bütün çətinliklər onların yaddaşından, demək olar ki, silindi. Nəticədə, dövlət xəzinəsi vəhşicəsinə talandı, AXC-Müsavat cütlüyünün siyasi aqressiyası nəticəsində milli ayrı-seçkilik ortalığa çıxdı ki, bu da qardaş qanının axıdılmasına rəvac verdi.

Öz liderinə xəyanət edənlərdən gənclər nə örnək götürə bilər?

AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində özünü ən "parlaq" fiqur kimi gündəmdə saxlayan indiki AXCP (i) sədri Əli Kərimov o dövr müəyyən manevrləri ilə yadda qalmış olub. Açıq şəkildə öz hakimiyyətlərinin iç üzünü cəmiyyətə göstərən və öz liderinə qarşı böyük xəyanət etmiş bu fiqurdan sonralar görəcəklərimiz, deyəsən, çox imiş. Çünki zaman yetişdi. AXC-Müsavat cütlüyü özünün çürük ideyalarının üzərində hakimiyyətlərinin laxlamasını təmin etdi. Bunun ardınca isə siyasi aktivlik adı altında müəyyən siyasi bazarlıq nümayiş etdirməyə başladılar. Amma bununla da kifayətlənməyərək, onlar öz istəkləri ilə kreslodan imtina ediblər kimi görüntü yaratmağa çalışdılar. AXCP lideri Əbülfəz Elçibəyin vəfatından dərhal sonra onun yaratmış olduğu partiyanın altını üstünə çevirən Əli Kərimov, yəqin ki, liderinə qarşı olan "sevgisini" bu cür nümayiş etdirirdi. Amma maraq doğuran məqamlardan biri odur ki, Ə.Kərimov AXCP-ni parçalayıb intriqalar yaratmaqda, xəyanətdə, satqınçılıqla mahir ola-ola, bu gün az qala özünü gənclərə "örnək" kimi göstərir. Görəsən, onun "örnək" ola biləcəyi cəhətləri xəyanət və satqınçılığın hansı üsul və metodologiyasından keçir?

Digər xəbərlər