PDF Oxu

Müxalifət

  • 13

Şərəfsizin “şərəf boğulması"...

Şərəfsizin “şərəf boğulması"...
Bu da belə...Müsavat partiyasının on-on beş nəfərlik küçə "izdihamı" beləcə başa çatdı. Hansı cür çatdığına qaldıqda isə, necə deyərlər, hər şey göz önündədir. Göz önündə isə bir çox faktlar dayanıb ki, onlardan biri də Müsavat partiyasının başqan müavini "şərəfli" Arif Hacıyevin bu "şərəfində" necə "boğulmasından" bəhs etməsidir. Lakin çox maraqlıdır ki, bu adamın bir şakəri hər zaman müşahidə olunmuşdur.
Həmin şakər ona məxsus olmayan, "mənliyində" cərəyan etməyən bir şey haqqında uzun-uzadı danışmaq xəstəliyidir. Yəni "şərəf" və bu kimi insanlıq amilində formalaşan məfhumlardan danışmaq A.Hacıyev timsalında qətiyyən görünmür və hiss edilmir. Fəqət, təəssüflər olsun ki, başda başqan İsa Qəmbərov olmaqla, onun ətrafında toplaşan üç-beş nəfərlik qaragüruhçu vay-şüvən, mən deyərdim həyasızlıq və ibnəlik kimi hərəkətlərini "şərəf" adlanan amillə sığortalamağa cəhd edirlər. Lap 12 martda törətdikləri və bəd, dağıdıcılıq əməllərinə hesablanmış murdar aksiyaları kimi. Bu barədə az sonra. Çünki ortada bir çox digər nüanslar da mövcuddur və bu nüansları araşdırmağa dəyər...

Unutqan agentin fərziyyələri

Müsavat başqanı İsa Qəmbərovun məlum agent məsələsi yenidən gündəmə gəldikdən sonra, bu partiyaya və partiyanın ikinci adamlarına qarşı antipatik hissləri olan digər radikalların da sözləri öz gerçəkliyini tapmışdır. Həmin gerçəkliklərdən biri də "Molotov" (xatırlatma: Molotov Stalin hakimiyyətinin xarici işlər naziri, "sağ əli" olmuşdur-R.R.) ləqəbinin A. Hacıyev üzərində reallaşmasıdır. Yəni bu "kliçka" ona elə-belə qoyulmayıb. Başqan müavini Molotova bənzəməyi ilə yanaşı, agent kimi fəaliyyətində də "Molotov" kod adını daşıyıb. İndi bu agentin durub hansısa şərəfdən, ləyaqətdən danışması da heç bir məntiqə-məzmuna sığmır. Çünki şəxsi dividendləri naminə casusluq edənin nə ləyaqəti, nə də ki, şərəfi ola bilməz. O adam birbaşa satqın və xəyanətkardır. Məhz bu səbəbdən də "Yeni Müsavat" səhifələrində "mənim şərəfim" deyən A.Hacıyevin, ümumiyyətlə, ŞƏRƏFİ YOXDUR! Hər halda, bir vaxtlar İsa Qəmbərovun SSRİ "KQB"-sinə casusluq etməyi ilə, A.Hacıyevin hazırda xarici anti-Azərbaycan qüvvələrinə, eləcə də, bilavasitə erməni lobbisinə işləməyi arasında heç bir fərq-filan yoxdur.
Bu gün dağıdıcılıq və iğtişaşlar yaratmaqla bundan açıq-aşkar "həzz" duyan Hacıyev Arif adlı xəyanətkar ünsür deyir ki, vaxt çatacaq ki, hər kəs "12 martı" unudacaq. Və burada onunla razılaşmaq olar. Yəni martın 12-dəki haray-şüvənin yaddaşlarda qalması mümkün deyil. Ona görə ki, bu hadisələrin arxasında sadəcə müsavatçı qaragüruh klounlarının "xalq hərəkatı" imitasiyası deyil, radikal müxalifətə, Müsavat partiyasına qarşı olan XALQ İKRAHI və XALQ NİFRƏTİDİR. Buna misal olaraq, şahidi olduğum bir faktı nəzərə çatdırmağı özümə borc bilirəm. Hələ 90-cı illərin sonlarında, 2003-cü ilin 15-16 oktyabr hadisələrində, 2005-ci ilin 25-26 noyabr olaylarında bu kimi iğtişaş imitasiyalarında bir neçə nəfər radikalın küçələrə çıxıb bağırdıqları zaman, nədənsə bu çağırışları edən radikal müxalifət partiya sədrləri nəzərə çarpmayıblar. Yəni ortalıqlarda görünməyiblər. Bir dənə də olsun, belə bir fakt yoxdur ki, barmağını qatlayıb deyəsən ki, İsa Qəmbərov, yaxud Əli Kərimov həmin beş-üç nəfərin arasında şüar çağırıb. Sadəcə, bir olayı demək mümkündür. Bu isə AXCP (i) sədri Əli Kərimovun 2005-ci ildəki parlament seçkilərindən sonrakı 25 noyabr iğtişaşlarında qorxudan rəngi-rufu ağarmış halda (bəlkə də harasını isə "islatmış" vəziyyətdə) dabanına tüpürərək, meydandan qaçmasıdır. Görünür, Müsavat başqanı da bunu etməkdən qorxur (yəni "islanmaqdan").
Bir sözlə, 12 martın unudulacağını deyən A.Hacıyev bircə bunu düz deyir. Bəli, 12 martda radikal müxaliflər heç bir yadda qalacaq mitinq etməyib. Ona görə də, bu unudulacaq. Lakin A.Hacıyevin, eləcə də, onun başqanının, həmçinin, digər radikal təxəyyüllü "liderlərin" bu günə qədər törətdiləri əməllər unudulmayacaq, ən azından, xalq bunların şərəfsizliklərini unutmayacaq!

Digər xəbərlər