PDF Oxu

Müxalifət

  • 19

Əli Kərimovun planları iflas oldu

Əli Kərimovun planları iflas oldu
20 ilə yaxındır ki, siyasi müstəvidə heç bir uğur əldə edə bilməyən radikal müxalifət düşərgəsində münasibət sistemində anarxiya açıq şəkil alıb. Geridə buraxdığı təqvimlərdə heç bir halda müsbət anlamda uğur əldə etməyən və sadəcə olaraq, görüntü naminə "iş" görən müxalifət üçün sonun başlanğıcında hər şey çox qəliz görünür.
Çünki bu günə qədər olub keçənləri kiminsə boynuna yazmaq, bir günah "qurbanı" tapmaq müxalifətçilər üçün əsas amildir. Əgər sabah onlar belə bir qurbanı tapıb və bu "iş"lərin günahını onun kürəklərinə yükləyə bilsələr, o zaman özlərini "təmizə çıxarmış" olacaqlarına ümid edəcəklər. Amma təəssüflər olsun ki, hələ də, onlar belə bir "qurban" tapmaqda çətinlik çəkirlər. Doğrudur, ayrı-ayrı zamanlarda onlar buna çox yaxın olsalar da, nəticədə muzdla tutulmuş "qurban"ları əllərindən quş kimi uçub gedib. Elə Aqil Xəlilin yuxu olduğunu və bunun bir zamanlar reallıq bildiklərini, deyəsən, AXCP (i) sədri Əli Kərimov xatırlamaqda çətinlik çəkir. Buna da inanmaq olmaz! Çünki A.Xəlildən sonra A.Kərimov üçün Azər Əhmədov "faktoru" üzə çıxdı. Amma nədənsə, Ə.Kərimov bütün günahları A.Əhmədovun boynuna yükləməyə də "insaf naminə qıymadı" yazsaq, inciməz, eləmi? Görünür, AXCP (i) sədri A.Əhmədovun götürəcəyi "yükün" dərəcəsini bilirmiş kimi belə davrandı. Bütün bunlara bərabər biz məsələnin siyasət adı altında tərəflərinə də bir qədər nəzər salaq. Belə ki, bu gün siyasi müstəvidə müəyyən manevrlər edərək, imtiyazlarını təmin etmək üçün mövcud olduqlarını isbat etməyə çalışan müxalifət təmsilçiləri növbəti dəfə bir-birlərinə qarşı dayanmalı olublar. "Balıq başdan iylənər" məsəlinə uyğun olaraq AXCP (i) sədri Ə.Kərimovun rəhbərliyində olan şəxslər də, zaman-zaman öz çirkinliklərini, insan əxlaqına ziddi olan əməllərini cəmiyyətimiz dəfələrlə müşahidə edib. Ə.Kərimovun ətrafında oğru, quldur, fırıldaqçı, üzdəniraq insanların cəm olduğunu da, kiminsə nəzərindən kənarda saxlamaq qeyri-mümkündür. Çünki gec və ya tez, 40 günə Ə.Kərimovun sifarişi ilə onun əlaltılarının nə işlə məşğul olmaları üzə çıxır. Elə bu səbəbdən də, AXCP (i)-nin mətbu orqanı olan "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin özünə məxsus əməlləri ilə Ə.Kərimovu necə təbliğ etməsini misal göstərmək heç də ayıb sayılmaz. Amma AXCP (i)-də olanlar və olacaqlar heç də bununla bitmir. Elə A.Xəlil biabırçılığının ardınca Ə.Kərimovun yaxın adamı və ona partiya işində köməkçilik edən Qabil Məmmədrzayevin oğurluq yolu ilə öz havadarını necə təmin etdiyi faktının üzə çıxması və bundan sonra da belə biabırçılıqların hələ davam edəcəyi olacaq. Q.Məmmədrzayev A.Xəlilin utanverici əməllərini eşitdikdə, döşünə döyərək "böyük fəxrlə" elə hesab edib ki, törətdiyi cinayət onun əməllərini kölgədə qoyur. Elə bu məqsədlə də, Ə.Kərimovun xeyir-duası ilə azyaşlı uşaqlara zor tətbiq edib, onları böyükləri evdə olmadığı hallarda yaşadıqları evlərinin qapısını açmağa təhrik edən Q.Məmmədrzayev ayrı-ayrılıqda bir neçə dəfə bu iyrənc əməlini təkrar edib. Məhz bu cür yollarla əldə edilən qənimətlərin müqabilində "qazandığı" pullarla havadarı Ə.Kərimovun imtiyazlarını təmin etməyə çalışan Q.Məmmədrzayev az keçmədi ki, ifşa olundu.
Ancaq AXCP (i)-də bu iyrəncliklər nə A.Xəlilin, nə də Q.Məmmədrzayevin "hərəkətləri" ilə bitmədi. Aradan bir müddət keçməmiş Ə.Kərimovun qəzetinin baş direktoru Azər Əhmədovun "əxlaqi keyfiyyətləri" ortaya çıxdı və məlum oldu ki, AXCP (i)-də hələ nələr baş verir. Bundan sonrasını isə gözləməmək, sadəcə, obyektivlik olmazdı. Elə bu zərurətdən də, AXCP (i)-də yaranmış bir neçə aylıq sükutu yenidən qurumun mətbu orqanı funksiyasını yerinə yetirən "Azadlıq" qəzeti pozmuş oldu. Artıq bir neçə gündür ki, AXCP (i) rəhbərliyi səviyyəsində münasibət bildirilən "Azadlıq" qəzeti daxilində baş verən çəkişmələr, eyni zamanda, adıçəkilən mətbu orqanın səhifələrində də özünü büruzə verir. Amma bu utancverici olaya, hələ ki, nə AXCP (i) rəhbirliyi, nə də ki, "Azadlıq" qəzetinin baş redaktorluğu səviyyəsində "dur" deyən tapılmır ki, tapılmır. Necə ola bilər ki, cəmiyyətə informasiya ötürmək, onu maarifləndirmək, əyləndirmək funksiyasını yerinə yetirən bir qəzetin səhifəsində onun iki əməkdaşının münaqişələri əks olunsun? Axı, bu hal heç bir məntiqlə və açıqlama ilə izah oluna bilməz. Eyni zamanda, bu, bizim mental dəyərlərimizə də zidd gedən bir tendensiyadır. Doğrudur, hər bir kollektivdə, idarə, və müəssisədə müəyyən insanlar arasında narazılıqlar, hətta mübahisələr ola bilər. Bu, təbii bir haldır. Çünki insanların hamısı eyni düşüncəyə malik deyil. Sadəcə olaraq, bu cür məsələləri bir otaq çərçivəsindən kənara çıxarmaq ayıbdan başqa şey sayıla bilməz.
Son günlər isə AXCP (i)-nin siyasi səhnədən tamamilə silinməsi məsələsi daha aktual görünür. Çünki qurum bir müddət öncə Müsavat qərargahındakı müvəqqəti ofisdən də qovuldu ki, bu da Ə.Kərimov faktorunun sərsəm həyatına yeni rəng qatmış oldu. Nəticədə isə, müxalifət düşərgəsində radikal ünsürlərdən təmizlənmə prosesinə yeni töhfə verəcək bir halın reallaşması mümkün görünür. Amma əldə etdiyimiz digər məlumatlarda isə Ə.Kərimovun partiyanı tamamilə buraxıb yenidən başqa bir ad altında qurum yaratmaq istəyində olduğu da bildirilir. Eyni zamanda, çoxdandır ki, Avropadakı havadarlarının üzünü görməyə həsrət qalmış AXCP (i) sədri onlardan yeni məktub da alıb ki, orada da, məhz sadalanan məsələlərin əks olunması təbiidir. Bu sadalananlar və olanlar isə onu göstərir ki, bəlkə də bir müddət yaşayacaq AXCP (i)-nin fəaliyyətinə məhz özünə "dost" bildiyi Müsavat partiyası son qoydu.

Digər xəbərlər