PDF Oxu

Müxalifət

  • 17

Nurməhəmməd Əndəlibin "Şeirlər, poemalar, dastanlar" kitabı çapdan çıxıb

Nurməhəmməd Əndəlibin "Şeirlər, poemalar, dastanlar" kitabı çapdan çıxıb
Böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Nurməhəmməd Əndəlibin "Şeirlər, poemalar, dastanlar" kitabı çapdan çıxıb. Kitabda bu il anadan olmasının 350 illiyi tamam olan N.Əndəlibin seçilmiş əsərləri toplanmışdır. "TÜRKSOY kitabxanası" seriyasından Bakıda nəfis şəkildə çap edilmiş 292 səhifəlik bu kitab AMEA-nın Folklor İnstitutu Elmi Şurasının qərarı ilə işıq üzü görmüşdür. Kitabın redaktoru professor Rafael Hüseynovdur. Kitabda N.Əndəlibin zəngin yaradıcılığından, onun türkmən yazılı ədəbiyyatındakı böyük xidmətlərindən danışılır. Eyni zamanda, filologiya elmləri doktoru Ramiz Əsgərin tərtib etdiyi bu kitab ötən il İstanbulda TÜRKSOY-un keçirdiyi "Türk ləhcələri arasında uyğunlaşdırma cəhdlərinin bugünkü vəziyyəti və mövcud problemlər" mövzusunda beynəlxalq simpoziumun tövsiyələrinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilmişdir.

Digər xəbərlər