PDF Oxu

Müxalifət

  • 12

Radikal müxalifətin 10 milyon dollarlıq qara nəfsi

Radikal müxalifətin 10 milyon dollarlıq qara nəfsi

Keçən günlərdə xaricdə fəaliyyət göstərən ermənipərəst ağalarından 10 milyon dollar qoparmağa nail olmuş radikal müxalifət ünsürləri toplaşdıqları "İctimai Palata" adlı qondarma qurumda növbəti boş-boş çərənləmələri ilə yadda qalıblar. Belə ki, sözügedən "birlikdə" gah nala, gaha da mıxa döyəcləyən partiya sədrləri, siyasiləşmiş QHT rəhbərləri bu pulların bölünməsində, haraya xərclənməsi ətrafındakı "dialoqlarında" hər hansı bir razılığa gələ bilməyiblər. Məsələnin maraqlı məqamlarından biri də odur ki, son vaxtlar nəzarətlərində olduqları kütləvi-informasiya vasitələrində, "Yeni Müsavat" və "Azadlıq" qəzetlərində palaz-palaz "iğtişaşlara hazırlıq", yaxud "hərəkat" kimi ifadələrlə ictimaiyyətin psixologiyasına qaragüruhçuluq toxumları səpməyə cəhd edənlər sözügedən milyonların uğrunda, demək olar ki, "qanlı-bıçaq" düşməninə çevriliblər. Əslində, hər bir kəsə bəllidir ki, bu tiplərin heç vaxt bu cür hallardan "üzüağ" çıxmaları reallaşmayıb. Yəni istənilən dövrlərdə keçirdikləri hər bir aksiyalarda radikalların aqibəti üzüqaralıqla nəticələnib. Özü də bu üzüqaralıq nəinki xalqın, millətin, həmçinin, xarici havadarlarının da qarşısında yetərincə sərgilənib...

Radikallar siyasi fahişəliklərini etiraf edirlər
Bütün bunlardan sonra uzun müddət pərdə arxasında gizlənən radikal müxalifət "liderləri" sonradan yenidən "padoşluqlarına" dirənib, siyasət aləmində "zühur" ediblər. Bu isə davranış olaraq, Qərb siyasətində siyasi fahişəlik obrazını xatırladan amil kimi qəbul edilir. O da maraqlıdır ki, daim Qərbdən nəsə uman həmin "liderlər" Qərbin bu həqiqətinə göz yumub, siyasi fahişə olduqlarını bilavasitə etiraf etmiş olurlar.
AXCP (i) və Müsavat "cütlüyünün" "İctimai Palata"dakı hegemonluğa meyillilikləri isə, düşərgədəki vəziyyəti bir az da gərginləşdirir. Bu gərginliyin gizlədilməsi istiqamətində istər Əli Kərimovun, istərsə də İsa Qəmbərovun göstərdikləri çabaları da nəticə etibarı ilə onların öz başlarında çatlamış olur. Təkcə sözügedən müxalifətin törətdikləri 1998-in avqust-sentyabr, 2000-ci ilin oktyabr-noyabr, 2003-cü ilin 15-16 oktyabr, 2005-ci ilin 25-26 noyabr olaylarını xatırlasaq, deyilənlərin təsdiqini tapmış olarıq. Həmin ərəfələrdə xalq bu adamların dəfələrlə meydanı necə qoyub qaçmalarının şahidi olub və onlara qarşı olan nifrət hissləri birə-min artıb. Eyni zamanda, hazırda "İctimai Palata"da guya "birliklərini" nümayiş edənlər bunun xalq tərəfindən imitasiya olduğunu çox gözəl anlasalar da, sadəcə, özlərini bilərəkdən bilməməzliyə (qanmazlığa) vururlar. Bu isə onlarda olduqca süni alınır. İğtişaş adı altında 10 milyon dollar üstündə gedən davalar isə getdikcə şiddətlənməkdədir...

Mirmahmud Fəttayev "amili" və ya böyürdən çıxan "qəmiş" faktoru
"İctimai Palata" adlanan bu qurum gah-"dolub", gah da boşaldıqca, orada yüksələn hərarət daha da yüksəlməkdədir. Bu dəfə, hərarətin yüksəliş tərzinin impuls nöqtəsi "KXCP" sədri Mirmahmud Fəttayevin üzərində cərəyan edib. Onun anidən "DUİ"-dən çıxıb "İctimai Palata"ya meyillənməsi yuxarıda qeyd edilən 10 milyon dollar üzərindəki nəfsidir. Yəni o, bununla isbat etmiş olub ki, əslində, bu günə qədər heç bir "siyasətlə"-filanla məşğul olmayıb, əksinə, "siyasət" sözündən istifadə edərək, bu kimi pullara şərik qoşulmaq istəyib. Dəfələrlə partiyadan-partiyaya, blokdan-bloka, birlikdən-birliyə cuman Fəttayev iybilmiş "zad" kimi pul-valyuta qoxusuna cumub və özünü həmin kuluarlarda böyürdən çıxan lazımsız "qəmiş" imicində təqdim edib. Bu isə, sözsüz ki, digər radikalların heç də xoşuna getməyib. Sadəcə, "birlik" imitasiyasını "real" tərzdə nümayiş etdirmək üçün susmağa məcbur olublar. Təki cəmiyyətdə "radikal müxalifət iğtişaşlara hazırlaşır" kimi fikirlər yer alsın. Amma bunların heç bir faydası olmayacaq. Çünki faydasızların fayda vermələrini düşünməyin özü elə faydasızlığın lap yekəsidir...

Digər xəbərlər