PDF Oxu

Müxalifət

  • 18

Keçmiş müttəfiqlərin təzə hədəfləri

Keçmiş müttəfiqlərin təzə hədəfləri

Uzun müddətdir ki, qış yuxusundan oyana bilməyən radikal müxalifət partiyaları artıq yazın ilk çiləsini geridə qoyduqdan sonra oyanmağa qərar veriblər. Elə bu məqsədlə də, günün işıqlı vaxtı çıraqla belə axtarılsa, tapılmayan müxalifətin bəzi qurumlarının üzlərini görüb səslərini eşitmək mümkün olur. Amma bu, o demək deyil ki, artıq müxalifət düşərgəsində münasibətlər normal müstəviyə keçib və proseslər öz axarında gedir. Sadəcə olaraq, uzun müddətdir ki, müxalifət meydanındakı boşluqdan istifadə edən bəzi şəxslərin özbaşınalıqlarına dözümlülük nümayiş etdirə bilməyən ALP və "VİP" hərəkətə keçməyin vaxtı çatdığı qənaətindədir. Ona görə də, düşərgədəki süstlüyü bu dəfə öz güclərinə pozmaq istəyində olan müxalifətin "cırtdan" partiyaları görüntü naminə addımlar atmağa başlayıblar. Maraqlısı isə odur ki, onların bu addımını köhnə "dost"ları sanki bir hücum kimi qiymətləndiriblər. Yeriyəndə kölgələrindən qorxuya düşüb təlatüm keçirənlər üçün ALP sədri Əvəz Temirxanla "VİP" sədri Əli Əliyevin bəyanatı gözlənilməz olub. Digər bir tərəfdən isə daima ümumi müxalifət birliyindən danışanlar bu barədə təklif gələndə, daş atıb başlarını tuturlar. Elə bu səbəbdən də, keçmiş müttəfiqləri tərəfindən əməkdaşlıq barəsində göndərilən təklifə gecikmiş bir məsələ kimi baxırlar.
Həsən Kərimov: "Müxalifətin əməkdaşlıq prinsiplərini reallaşdırmaq üçün nə Əli Əliyevdə, nə də ki, Əvəz Temirxanda lazımi keyfiyyətlər yoxdur"
Bundan əlavə H.Kərimov "VİP" sədri Ə.Əliyevin onlara və ümumiyyətlə, müxalifətə birlik təklifində olduğunu iddia etməsinin gülüş doğurduğunu bildirib. "Çünki Ə.Əliyev bir vaxtlar müəyyən donor təşkilatlardan sifariş alıb bizləri topa tutdu. Sonra isə məlum oldu ki, ona heç vəd olunan pulun 70 faizi də çatmayıb. Amma o yenə də, bu əməlindən peşman olmadı və bizlərə qarşı hiddətini gizlətmədi. Belə olan təqdirdə isə onun hazırkı mərhələdə əməkdaşlıq təklifi ilə çıxış etməsi, sadəcə olaraq, ikrah hissi ilə qarşılana bilər" deyən H.Kərimov müxalifətin əməkdaşlığı prinsiplərini reallaşdırmaq üçün nə Ə.Əliyevdə, nə də ki, Ə.Temirxanda lazımı keyfiyyətlərin olmadığını da vurğuladı.

Arif Hacıyev: "ALP və "VİP"-dən gələn təkliflərə ehtiyacımız yoxdur"
Digər bir tərəfdən isə ALP sədri Ə.Temirxanın müxalifətə birlik təklifi ilə müraciətlərin ediləcəyini bildirdikdən sonra düşürgədəki gərginlik bir qədər də artıb. Hər bir məqamda öz rəqiblərinə qarşı düşərgə daxilində ən sərt cəza tədbirlərinə əl atmaqdan belə çəkinməyən Müsavat partiyasında, bu məsələyə loyal münasibət yoxdur. Partiya funksionerləri xüsusilə də, Arif Hacıyev Ə.Temirxanın təklifini böyük hiddətlə qarşılayıb. O, hətta öz hirsini gizlətməyərək, "gör nə günə qalmışıq ki, Ə.Temirxan da bizə əməkdaşlıq təklifi göndərir" deyə sərt ifadələr işlədib. Hirsini bununla da məhdudlaşdırmayan A.Hacıyev Ə.Temirxanla, Ə.Əliyevə onların özlərinə uyğun iş tapdığını da qeyd edib. Bildirib ki, onsuz da, hər iki şəxs siyasətlə məşğul ola-ola fermerçilikdən nə dərəcədə uzaq qaldıqlarını isbatladılar. Ona görə də, onlara məsləhətim odur ki, adıçəkilən şəxslər aidiyyatı strukturlara müraciətlər edib təsərrüfatlarını böyütmək üçün köməkliklər istəsinlər deyən A.Hacıyev müxalifətin Ə.Temirxanla, Ə.Əliyevdən gələn əməkdaşlığa ehtiyacının olmadığını da dilə gətirib. Bütün bunların müqabilində isə ALP və "VİP" sədri heç də ruhdan düşmədiklərini müxalifətin bəzi ünsürlərdən təmizlənməsi üçün əllərindən gələni edəcəklərini bilidiriblər. Qeyd ediblər ki, cəmiyyət artıq müxalifətin ənənəvi adlarından və iyrənc simalarından bezib. Ona görə də, vəziyyətdən yeganə çıxış yolunun məhz ənənəvi müxalifətçilikdən imtina etməkdən keçdiyini bildirən Ə.Əliyev A.Hacıyevi ayrı-seçkilik salmaqda ittiham edib. Ə.Əliyev müxalifətdə A.Hacıyev faktor olmadığını ancaq onun zorla özünü belə bir fiqur kimi gündəmə gətirdiyini bildirib.

Digər xəbərlər