PDF Oxu

Müxalifət

  • 15

“KXCP" üzvləri Əhməd Orucu döymək istəyirlər

“KXCP" üzvləri Əhməd Orucu döymək istəyirlər

Son zamanlar müxalifət düşərgəsində, demək olar ki, hər kəs bir-birinə qarşı dayanıb. Özünü "ana müxalifət" adlandıran partiyaların yaşamış olduğu ağır durumlar düşərgədəki xırda partiyalar üçün də dözülməz mühit yaradıb. Çünki müxalifətdəki "böyük"lər kiçikləri tamamilə sıxışdırıb məhv etməyə başlayıblar. Məhz bu səbəbdən də, bu gün müxalifət düşərgəsindəki əsil münaqişə baş verir.
AXCP (i)-Müsavat birliyi adı altında başlanan sonuncu olay müxalifətin çaxnaşması üçün heç də son proses kimi tarixə düşə bilmədi. Ardıcıl olaraq düşərgədə üz-üzə dayanmış tərəflərin bir-birini açıq şəkildə ittiham etməsi bundan öncə yaşanan olayları, demək olar ki, kölgədə qoymuş oldu. Bu baxımdanda "Demokratiya Uğrunda İttifaq" daxilində, demək olar ki, əsil tərəfdaş mübarizəsinin getməsi məhz sonluqda onun dağılması ilə nəticələndi. Həmin ittifaqda təmsil olunan və qarşılıqlı əməkdaşlıq edən, əslində isə, daha kəskin münasibətlərini belə gizlətməyən partiyaların növbəti raundda mübarizəsinə start verildi.

Əhməd Oruc: ""İctimai Palata" müxalifət partiyalarının boğazına keçirilmiş ipdir"
Çünki müxalifət "böyük" başbilən partiyaları tərəfindən "cırtdan" partiya kimi qələmə verilən "Azadlıq" partiyasının sədri Əhməd Oruc hələ də, "İctimai Palata"nın ünvanına sərt ittihamlarını davam etdirir. Qurumun qrant məqsədilə yaradıldığını bəyan edən Ə.Oruc onun müxalifət partiyalarının boğazına keçirilmiş ip olduğunu iddia edir. Ə.Orucun bu cür ittihamları və aşağılayıcı fikirləri müttəfiqlik etdiyi "KXCP"-ni yaxınlara qədər fəaliyyətinə xitam verilmiş "DUİ"-də müttəfiqi olduğu Azərbaycan Xalq Partiyasını qəzəbləndirib. Elə buna görə də, AXP-nin sədri Qiyas Sadıxov mətbuata açıqlamasında Ə.Orucun "İctimai Palata" haqda düşünülmüş şəkildə iftiralar yağdırdığını bildirib. Qeyd edib ki, Ə.Orucun özü də bu təşkilatın yaranmasında iştirak edib. Məhz bu səbəbdən də, əslində, Ə.Oruc o cür ittihamlarla özünü də hədəfə almış olur deyən Q.Sadıxov onun özünün qrant almaq arzusunda və cəhdində olduğunu iddia edib. "Əslində, Ə.Orucun davası "İctimai Palata"nın koordinasiya şurasına üzv olmaqdır. Lakin ona tövsiyə edirəm ki, bu istəyinə nail olmağın düzgün yolunu seçsin. Koordinasiya şurasına üzvlük "İctimai Palata"nın üzvlərinin səsverməsi ilə mümkündür. Bu təşkilatı, onu yaradanları şantaj etməklə, boş hay-küylə istəyinə nail olmaq qeyri-mümkündür" deyə Q.Sadıxov əlavə edib.
Qiyas Sadıxov: "Əhməd Oruca tövsiyə edirəm ki, bu istəyinə nail olmağın düzgün yol seçsin"
"İctimai Palata"da fərdi şəkildə təmsil olunan "KXCP" fəalı, Aydın Şükürov isə Ə.Orucu ciddi siyasi fiqur saymır: "Onun kimi qeyri-ciddi şəxslərdən qeyri-ciddi fikirləri təbiidir. Ola bilsin ki, Ə.Orucun fikrindən "İctimai Palata"nın alver məqsədilə yaradılması keçirmiş. Dilimizdə məsəl var: kar könlündəkini anlayar və ona uyğun danışar. Oğru elə bilər hamı oğrudur. İnsanları aşağılamaq, şərləmək heç kimə hörmət gətirməz" deyən A.Şükürov Ə.Orucun onun haqqında ümumiyyətlə heç nə deyə bilmək ixtiyarının olmadığını da diqqətə çatdırıb.
"Azadlıq" partiyasının sədri Ə.Oruc isə yenidən "İctimai Palata"nın və oradakı bir sıra siyasi qüvvələrin ünvanına yenidən ittihamlar yağdırıb. "İctimai Palata"nı qrant üçün yaradılan qurum adlandıran Ə.Oruc bu dəfə Müsavat partiyasının başqanı İ.Qəmbərovu və AMİP lideri Etibar Məmmədovu hədəfə alıb. "İsa Qəmbərovun fəaliyyətinin şübhəli olması və qrant layihəsi olan "İctimai Palata" haqda mənim sözlərimə cavab verə bilmədiklərindən "Azadlıq" partiyasını AMİP kimi partiyaların əli ilə təhqir etmək niyyətinə düşüblər. Hər bir halda AMİP funksioneri Əli Orucovun mənim və "Azadlıq" partiyası ilə bağlı söylədiyi fikirlərini AMİP-in mövqeyi kimi dəyərləndirirəm" deyən Ə.Oruc AMİP-in nə qədər qeyri-ciddi təşkilat olmasının son illər baş verən siyasi proseslərin nəticəsindən də ortaya çıxdığını bildirib. Bütün baş verən bu qalmaqalların nəticəsində böyük münaqişənin olması qaçılmazdır. Əldə etdiyimiz son məlumatda isə Ə.Orucun İ.Qəmbərvun və "İctimai Palata"nın əleyhinə ittihamlar yağdırması "KXCP"-də bir çox şəxsləri daha da qəzəbləndirib. Vəziyyət o həddə çatıb ki, Ə.Orucun "KXCP" qərargahına gələrkən döyülərək qovulmasını da həmin şəxslər öz aralarında müzakirə ediblər.

Digər xəbərlər