PDF Oxu

Müxalifət

  • 12

Müsavatın başıbəlalı yubileyi ona düşmən qazandırdı

Müsavatın başıbəlalı yubileyi ona düşmən qazandırdı

Cəsarətsiz, məntiqsiz, keyfiyyətsiz insanların cəm olduğu müxalifət düşərgəsində baş ağrısı yaradan olayların ardı-arası kəsilmir. Dünənə kimi dostluqdan, əməkdaşlıqdan dəm vuran müxalifət yetkililəri hər an bir-birlərinə qarşı sərt mövqedən də, çıxış etməyi yaxşı bacarırlar. Elə bundan savayı bilik və xüsusi bacarıq sahibi olmayan müxalifətçilər bu üsulla iyirmi ildir ki, öz sözləri ilə özlərinin başlarını ağrıdırlar. Zaman isə, hər an olduğu kimi, indi də, müxalifətin əleyhinə işləyir.
Öz sonluqlarını özləri də çox gözəl bilən müxalifətçilər isə bunun fərqinə belə varmırlar. Çünki onlar müxalifətdə olduqları müddət ərzində, ancaq öz maraqlarını reallaşdırmaq məqsədi güdürlər. Başqa prinsipləri tanımağa onların düşüncəsi imkan vermir.
Maraqlısı odur ki, Müsavatın qalmaqallı yubileyinə qədər düşərgədə sanki bir əməkdaşlıq mühiti olduğunu iddia edənlər hər halda nə dərəcədə yanlış düşüncədə olduqlarını anladılar.

Müsavatın yubileyində "KAXCP" sədrini saya salan olmadı

Çünki bir neçə gün öncəyə qədər "KAXCP" sədri Mirmahmud Fəttayevlə açıq münasibətdə olduqlarını iddia edən Müsavat başqanı İ.Qəmbərov nəhayətdə öz "dostunu" rəhbərlik etdiyi qurumun yubileyində nədənsə görmək istəmədi. Doğrudur, bu istəyin ya Qəmbərovun, ya da qeyrisinin iradəsi ilə meydana gəldiyini söyləmək bir qədər sual altındadır. Buna səbəb başqan Qəmbərovun son zamanlar tamamilə zərərsizləşdirilmiş bir formada görüntülərinin müşahidə olunmasıdır. Müsavat partiyasındakı son qopmalardan, yaranan bərpası mümkün olmayan çatlardan sonra İ.Qəmbərova qurumda "daha sən heç nəyə qarışma" deyənlər indi daha aktiv görünürlər. Bunu Müsavat icra aparatının rəhbəri Arif Hacıyevin ifasında daha aydın görmək mümkündür. Eyni zamanda, İ.Qəmbərovun partiyasının başqanlıq "taxtında" bir fiqur kimi əyləşdirilməsi də inkarolunmaz faktlar sırasındadır. İndi onun partiyasında hər şey A.Hacıyevin əlində cəmləşdirilib. A.Hacıyev isə müxalifət düşərgəsində kimdən zəhləsi gedirsə, ona qarşı əməlli-başlı repressiyalar həyata keçirir. Məhz A.Hacıyevin xoşu gəlməyən fiqurlardan biri də "KAXCP" sədri M.Fəttayevdir. Elə onun diqtəsi ilə də, M.Fəttayevin Müsavatın yubileyində iştirak etmək arzusu gözündə qaldı. Hətta ona yubileydə müsavatçılardan başqa kimsənin olmaması barəsində də heç bir məlumatın verilmədiyini bildirən M.Fəttayev İ.Qəmbərovun cəsarətsiz addımlarını çox gördüyünü, ancaq onun belə bir hərəkət edəcəyini xəyalına gətirmədiyini söyləyib. Artıq bu olaydan sonra Müsavatla bütün əlaqələri kəsmək təmsil olunduğu "DUİ"-nin belə əməkdaşlığına imkan verməyəcəyini bildirən "KAXCP" sədri müxalifətdəki "dost"larını yenidən gözdən keçirmək qərarı verdiyini açıqlayıb.

Digər xəbərlər