PDF Oxu

Müxalifət

  • 11

İsa Qəmbərovun “sürprizi" aranı qarışdırdı

İsa Qəmbərovun “sürprizi" aranı qarışdırdı
İctimaiyyətin və mətbuatın Müsavat partiyasının "yubileyində" baş verən hadisələr barədə verilən proqnozları özünü doğrultdu. Belə ki, adıçəkilən partiyanın başqanı İsa Qəmbərov öz postunda qalmaq üçün öz kreslosundan ikiəlli deyil, hətta dördəlli yapışdı. Yəni partiyada aşkar şəkildə diktatura və avtoritet rejiminin sürülməyi bir daha sübut etdi ki, radikal müxalifət düşərgəsində demokratiyadan, söz azadlığından danışmaq mümkün deyil. Bu düşərgənin istənilən siyasi təşkilatında, rəhbərlik tərəfindən siyasi deyil, məhz şəxsi mənfəətlər, gəlirlər güdülməkdədir.
Eyni zamanda, bu gəlirlərin təşkilatın yüksək postunda qalınması üçün xərclənməsi məsələsi də deyilən faktlardandır. Məsələ ondadır ki, bir sıra mətbuat orqanlarında bu barədə dəfələrlə yazılmış, faktlar, məlumatlar yetərincə isbatlanmışdır. Lakin müəyyən vasitələrlə bundan imtina edən İ.Qəmbərov və başqa radikal düşərgə mənsubları hər vəchlə, deyilənləri öz təbirlərincə yozaraq, özlərini "təmizə" çıxarırlar.
Bildiyimiz kimi, qurultaydan öncə baş verən ardıcıl istefalar fonunda bu partiyaya və başqana qarşı genişmiqyaslı hücümlara start verilmişdi və belə hesab olunurdu ki, İ.Qəmbərov təzyiqlərə tab gətirə bilməyib istefa verməyə məcbur olacaq. Hətta partiyanın az-çox nüfuzu olan funksionerlərinin də istefası, rayon təşkilatlarının buraxılması kimi olayların reallaşması da heç nəyi həll etmədi. O cümlədən, son vaxtlar cərəyan edən Əli Kərimov "faktoru" da İ.Qəmbərov üzərində üstünlük qazana bilmədi. Çünki bütün hallarda AXCP (i) sədrinin emissarları onun külli miqdarda buraxdığı valyutaları lazımi yerlərə xərcləmədilər, daha dəqiq desək, pullar başqanın yerindən tərpədilməsinə deyil, şəxsi məqsədlərə xərcləndi. Bu amil də müxalifət daxilində inamsızlığın, etibarsızlığın hökm sürməsini təsdiqləyir.
Xarici anti-azərbaycançı qüvvələrin niyə məhz İ.Qəmbərov üzərində dayanması faktoru, necə deyərlər, öz təsdiqini tapmış oldu. Çünki sözügedən qüvvələrə yalnız Müsavat başqanı kimi satqın və xəyanətkar nökərlərin xidmətləri sərf edir. İctimaiyyət dəfələrlə bu kimi hadisələrin şahidi olub və keçmiş tarixi xatırlamağa elə bir ehtiyac da yoxdur. Görünür, Müsavat partiyasının "100 illik yubileyi" bu partiyaya yüzillik dərd verdi. Bu dərd adıçəkilən təşkilatın başqanı və şəksiz xəyanətkar "lideri", "KQB" agenti İsa Qəmbərov Yunus oğludur və o, bu postda qalana qədər həm radikal düşərgədə, həm də bilavasitə Müsavatdaxili kuluarlarda daha kəskin qarşıdurmaların, ziddiyyətlərin, intriqa və söz duellərinin şahidi olacağıq...

Digər xəbərlər