PDF Oxu

Müxalifət

  • 18

Mirmahmud Fəttayev "gizli görüşlərdən" danışdı

Mirmahmud Fəttayev "gizli görüşlərdən" danışdı
"KXCP" sədri Mirmahmud Fəttayev son günlər radikal müxalifət liderlərinin ard-arda görüşlərinə, daha dəqiq desək, gizli görüşlərinə münasibət bildirib. Mətbuata verdiyi açıqlamasında AMİP, ADP, MÜSAVAT, AXCP (i), ALP və "VİP" sədrlərinin şəhər ətrafındakı görüşlərini oyunbazlıq adlandıran M.Fəttayev bu görüşlərin hər zaman səmərəsizliyinə diqqət yetirdiyini deyib. Onun daha hansı fikirlərinin olduğunu öyrənmək məqsədilə "KXCP"-dən məlumat almaq istəsək də, bizə bununla əlaqədar heç bir məlumat verilmədi. Daha sonra digər məlumatlı mənbədən öyrəndik ki, M.Fəttayev sözügedən açıqlaması ilə bağlı yuxarıda adları çəkilən partiya sədrləri tərəfindən "şiddətlə qınanılıb". Hətta ona bildirilib ki, əgər bir də onların şəxsi görüşlərinə münasibət bildirsə, "KXCP" adlı siyasi təşkilatın siyasi səhnədə olmayacağını indidən nəzərində saxlasın. Daha dəqiq desək, "6-lığ"ın adından M.Fəttayevlə "VİP" sədri Əli Əliyev danışıb. Yəni, onun M.Fəttayevə verdiyi cavab ultimatum xarakteri daşıyıb. Məhz bu səbəbdən də "KXCP" sədri bizimlə danışmağa elə də səy göstərməyib. Xatırladaq ki, yuxarıda adları çəkilən siyasi təşkilat rəhbərləri radikal müxalifətin gələcəkdəki "fəaliyyəti" barədə hər hansı bir razılaşmaya gələ bilmədiklərinə görə, bir-birilərini qınaq hədəfinə çeviriblər. Eyni zamanda, onların razılaşmamalarına münasibət bildirən digər müxalifət partiyalarının rəhbərlərinə qarşı soyuq münasibət göstərməklə, öz səriştəsizliklərini hər vəchlə gizlətməyə çalışırlar.

Digər xəbərlər