PDF Oxu

Müxalifət

  • 12

Yusif Bağırzadə AMİP-i dağıdır

Yusif Bağırzadə AMİP-i dağıdır
AMİP-də gedən son hadisələr bir daha onu təsdiq edir ki, adıçəkilən siyasi qurumun daxilində ciddi narazılıqlar mövcuddur. Bu narazılıqların əsas baiskarı kimi partiyanın "lideri" Etibar Məmmədov göstərilsə də, burada başqa gizli məqamların da mövcudluğu hesab edilən amillərdəndir. Məsələ ondadır ki, E.Məmmədov İngiltərəyə getdikdən sonra partiya daxilində fəaliyyət göstərən qruplaşmalar arasında əməlli-başlı təşkilatdaxili savaşa start verildi. Öncələr də qeyd etdiyimiz kimi, AMİP liderinin şəxsi biznesinə şərik olmaq istəyən sədr Yusif Bağırzadə qəti etiraz cavabı aldıqdan sonra AMİP-də islahatlar aparacağını bəyan etmişdi. O, eyni zamanda, islahatların alınmayacağı təqdirdə, bu partiyanı növbədənkənar qurultay vasitəsi ilə buraxaraq, yeni siyasi təşkilat yaradacağını bildirib. Şəxsi biznes maraqlarını "siyasi əqidəsinə" dəyişməyi özlərinə şakər etmiş bu tip partiya liderləri, əslində, burada da şəxsi ambisiyalarına, nəfslərinə məğlub olurlar. Və əslində, bu kimi halların da baş verməsi təəccüb doğurmamalıdır. Yeni partiyanın yaradılmasına gəldikdə isə, hazırda AMİP daxilində keçmiş AMİP-çi, indiki "VİP" sədri Əli Əliyevin emissarları fəaliyyət göstərir. Onlar hər vəchlə öz ağalarının əmrlərinə sadiq qalaraq, daxili intriqalar yaratmaqla məşğuldurlar. Əlbəttə ki, onların oradakı fəaliyyətindən sədr Y.Bağırzadənin də xəbəri var. Məhz bu kartdan istifadə etmək istəyən sədr keçən həftənin ilk yarısında şəhərdənkənar yerləşən bir istirahət əyləncə kompleksində Ə.Əliyevlə gizli görüş keçirmişdir. Maraqlıdır ki, AMİP sədrinin "VİP" rəhbəri ilə görüşü təkbətək olmuş və hətta Y.Bağırzadənin ən yaxın ətrafı belə, həmin görüşdə iştirak etməmişdir. Lakin Ə.Əliyevə yaxın mənbədən sızan məlumatlara görə, onların qarşılıqlı anlaşması baş tutmuş, nəticədə E.Məmmədova qarşı "səlib yürüşü"nə başlanılmışdır. Qeyd edək ki, E.Məmmədovun İngiltərə səfəri öncəsi siyasi təşkilatı Y.Bağırzadə kimi inandığı adama etibar etməsi onun növbəti siyasi səhvi kimi dəyərləndirilir. Eyni zamanda, AMİP-dəki parçalanma ehtimalı artdıqca, orada yeni-yeni "sədrlər", "müavinlər" peyda olmaqdadır. Bu isə, AMİP-in "VİP"-ə parçalanmasından sonra daha bir neçə partiyalara bölünməsinə şərait yaradır.

Digər xəbərlər