2003-də yatan İsa Qəmbərov 2011-də ayılmayıb
Ayda bir dəfə "Yeni Müsavat" qəzetinə toplaşan işsiz-gücsüz müxalifət nümayəndələri özlərinə təskinlik vermək üçün Rauf Arifoğlunun "moderator gecəsinə" toplaşıb ağızlarına gələn hər şeydən danışmağa başlayırlar. Biri "həqiqi deputat olmağından", biri "həqiqi müxalifətçiliyindən", biri "liderliyindən", biri də...
Bax, həmin o sonuncu biri Müsavat partiyasının kürsüsü laxlayan başqanı İsa Qəmbərovdur. Belə ki, sözügedən "moderator gecəsində" qarşısında mürəbbə, çay, kofe olan Qəmbərov "pəh-pəh"lə qəlyanına qullab vurub keçmişindən danışıb. Məsələn deyib ki, əgər onun "tərəfdarları" axıra qədər onun dalında dayansaydılar, indi "prezident" olarmış (?!). Bu gethaget çağında hələ də dağıdıcılığından, radikallığından əl çəkməyən Müsavat başqanı, deyəsən, yenidən yavaş-yavaş sərsəmləmə mərhələsinə başlayıb. Daha dəqiq desək, bu adam demək istəyir ki, 2003-cü ilin 15 oktyabrında radikal təxəyyüllü küçə adamları gərək daha da aqressiv hərəkətlərə rəvac verib hər yeri dağım-dağım dağıdardılar. Amma bu fikirlərin müəllifi Qəmbərov düşünmür ki, qan üstündə, dağıdıcılıq üzərində hakimiyyətə yiyələnməklə heç bir şeyə nail olmaq olmaq qətiyyən mümkün deyil. Çünki bu adam bir dəfə bunu edib və hakimiyyətdə uzağı bir ildən artıq qalmayıb. Ona görə də başqanın bu cür sərsəmləməsi, əslində, onun nə qədər səviyyəsiz "siyasətçi" olduğundan xəbər verir.
Eləcə də, bu adam (buna adam deməyə də adamın dili gəlmir) iddia edir ki, 2003-cü ildəki məğlubiyyəti arxasında da məhz Qərb amili dayanıb. Maraqlıdır, əgər Qəmbərovun arxasında Qərb amili dayanmışdısa, yəni həmin zamanlar Qərbin müxalifətə dəstək verməsi barədə çıxışları mövcud idisə, niyə qərbi ittiham edir? Bu cür ittihamların nəyə və kimə dəxli var? Əlbəttə ki, özlərindən başqa heç kimə...Onun başqa fikrinə də diqqət yetirək, məsələn deyir ki, guya seçki ərəfəsində -2003-cü ilin sentyabrında "Qərb iqtidara dəstək verdi"(?!) Belə yerdə yaxşı deyiblər ki, kar öz könlündən keçəni dilinə gətirər. Və bunu da İsa Qəmbərov belə düşünür. Yəni bu fərd kor olmaqla yanaşı, həm də kardır, amma dili "maşaallah" metrə yarım özündən qabağadır. Məgər bu fərd bilmir ki, Azərbaycanda seçkilərdə xalq iştirak edir və demokratik seçimi də xalq edir?
Bilir, çox gözəl bilir, sadəcə, özünü hər zamankı kimi bilməzliyə vurub sərsəmləyir. Sən demə bu fərd həm də əməlli-başlı skleroz imiş. Və nə yaxşı ki, Qəmbərov prezident seçilmədi, çünki bu adam kar-kor və skleroz olmaqla yanaşı, həm də satılmış vətən xainidir. Nəticəni yenə də xalqın özü çıxarsın. 2003-cü ildə olduğu kimi...