"Vətəndaş və İnkişaf Partiyası"nın sədri Əli Əliyev növbəti dəfə siyasi düşərgədəki qatı düşməni Müsavat başqanı İsa Qəmbərovun bütün dayaqlarını açıq şəkildə tənqid və təhqir atəşinə tutub. O, açıq şəkildə vurğulayıb ki, Müsavat partiyasında istefalar baş verməsi bundan sonra da davam edəcək və bu partiya rəhbərliyinin xırda ambisiyalarının nəticəsidir. İ.Qəmbərovun ünvanına böhtanlar və konkret ittihamlar səsləndirən Ə.Əliyev hesab edir ki, partiyadan qopmaların kökündə Müsavat başqanının bu günə həyata keçirdiyi işlər dayanır. Əks-tərəfdə isə bu cür yanaşmaların əleyhinə çıxınlar az deyildir. Onların iddiasına görə, özünü müxalifət adlandıran bu şəxs müxalifətçiliyi İ.Qəmbərova qarşı mübarizədə gördüyünü ən azı ayda bir dəfə ortaya qoyur.
Müsavat partiyasının Ali Məclisinin sədri Arzu Səmədbəyli də Ə.Əliyevin partiyalarına və İ.Qəmbərova qarşı qərəzli mövqedə olduğunu bunun partiyadan istefa verən funksionerlərin ardınca daha çox baş verdiyini bildirib. A.Səmədbəyli bildirib ki, hərə bir cür fikirləşsə, qərəzli olar, Müsavat partiyasının parçalanmasını, bölünməsini istəyə bilər və bu, onların özlərinin düşüncələridir.
Arif Hacıyev: "Rauf Arifoğlu öz işi ilə məşğul olsa, daha yaxşı olardı"
Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacıyev R.Arifoğlunun partiyadaxili işlərə müdaxiləsinə bir cümlə ilə reaksiya verib. O bildirib ki, R.Arifoğlunun kifayət qədər işləri var və o, bu işlərlə məşğul olsa, daha yaxşı olardı.
Bütün bu yaşananlar isə heç də gözdən-könüldən tamamilə uzaq bir yerdə baş verməyib. Müsavat partiyası daxilində baş verənlərin ümumi müxalifətin malik olduğu mənzərəni yenidən nəzərdə keçirməyə sövq edib. Çünki bu günün özündə də, Müsavat daxilində ilginc proseslər gedir. Bunu adıçəkilən partiyadan imtina etmiş sabiq müsavatçılar da etiraf ediblər. Onların səsləndirdiyi bəyanatlara görə, yaxın günlərdə Müsavat daxilində daha ilginc olaylar baş verəcək və partiyanın, bütövlükdə, fəaliyyəti sual altında qalacaq.