Eynulla Fətullayevin canına “birə” düşüb
Artıq bir müddətdir ki, törətdiyi çirkin əməllər üzündən məhkumluq həyatı sürən "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev növbəti dəfə özünü reklam etdirərək gündəmə düşmək niyyətindədir. Belə ki, onun Baş Prokurorluğa müraciət ərizəsi göndərməsinin də arxasında bu və digər niyyət güdən hərəkətlər mövcuddur. Daha dəqiq desək, üzərində narkotik daşıma, gəzdirmə və satma kimi cinayət məcəlləsinin təqsirləndirmə maddələri ilə məhkəmə qarşısına çıxaraq əlavə cəzaya məhkum olunmuş fırıldaqçı baş yazar öz günahsızlığını sübuta yetirə bilməməklə yanaşı, indi də durub kamerasının dəyişdirilməsini tələb edir.
Lakin onun bu vəziyyəti, yəni kamerası dəyişdirilsə belə, yaşadığı qorxu hissləri heç vaxt getməyəcək, silinməyəcək. Məsələnin digər tərəfi də ondadır ki, guya başqa kamerada onu heç bir "təhlükə" gözləməyəcəkmiş. Ancaq unutmamalıdır ki, istənilən halda E.Fətullayevdən törətdiyi bu xəyanətin hesabını ən azından xalq soruşacaqdır. Xalqın haqlı nifrətindən isə hələ heç kim qaçıb canını qurtara bilməmişdir.
Yəqin ki, E.Fətullayev azadlığa çıxsa belə, öz goruna sağ baş aparmaq qadirində deyil. Əgər aparsa belə, o başın içində qeyri-sağlam düşüncə toxumlarının ölgünləşən hüceyrələrini görərik. Çünki atalar yaxşı deyib, "qozbeli qəbir düzəldər". Amma E.Fətullayevin qozbelini nə qəbir, nə də ki, "Sibir" düzəldəcək. Çünki bu adamın narkoman, taksoman və əyyaş təxəyyülü, satqınçılıq, xəyanət, ləyaqətsizlik üzərində qurulmuş mənəviyyatsızlığı elə bir dərəcədə inkişaf edib ki... Artıq bu proses onun dar psixologiyasına ömürlük sirayət edib. Əgər bu, belə olmasaydı, vaxtilə çörəyini yeyib, suyunu içdiyi dövlətinə-xalqına qarşı murdar niyyətli addımlar atmağa çəkinərdi. Azərbaycana qarşı haqsız yerə Avropa İnsan Məhkəməsi qarşısında vəsatət qaldırmazdı. Yəqin ki, beş-on min dollara görə erməniylə "çaşka-loşqa" olan E.Fətullayev üçün heç bir məfhum yoxdur. İndi onun durub Avropa Məhkəməsindən öz xeyirinə qərar çıxarılmasını tələb edərək 111 min avro dilənməyi də məlum və acı həqiqətlərdəndir. Amma o, "qanunla" danışdığını zənn edirsə, tamamilə yanılır. Qanunla Azərbaycan dövləti, Azərbaycan xalqı danışır. Ona görə də, məlum olub ki, sən demə E.Fətullayevin dövlətə külli miqdarda borcu var və bu borc ödənilməyincə, diləndiyi 111 min avronu ala bilməyəcək. Həmçinin, bu avroların ödənilməsi prosesi, əlbəttə, baş tutmayacaq. Ona görə baş tutmayacaq ki, bu adamın qarşıda hələ çox günahları peyda olacaq və bu günahların son həddi E.Fətullayevin həbs müddətinin artırılması ilə başa çatacaq. "Mənim həyatımı təhlükə gözləyir" kimi sərsəm, bəyanat xarakterli müraciət ərizəsi isə onun canına necə birə düşdüyünü, onun yalnız öz canının hayına qalmağını təsdiqləyir. Daha onu heç nə və heç kəs maraqlandırmamaqdadır...