PDF Oxu

Müxalifət

  • 19

Lalə Hacıyeva Əli Əliyevi "verbovka" edib

Lalə Hacıyeva Əli Əliyevi "verbovka" edib
İnternet portallarına çıxıb "birgə bəyanat" yayan ALP "lideri" Lalə Hacıyeva və "VİP" sədri Əli Əliyev növbəti dəfə dövlətçilik əleyhinə, mövcud inkişafa, dövlətin, xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində gördüyü real işlərə kölgə salmağa cəhd ediblər.
Əslində, bu adamlar həmin çirkin addımları ilə hansısa məqsəd istiqamətində "bir iş görüb" özlərini reklam etdirmək məqsədi güdülür və bu məqsədin digər istiqaməti Lalə Hacıyevanın adı ilə bağlıdır ki, ALP "lideri" bundan maksimum yararlanmağa səy göstərir. O cümlədən, o, Əli Əliyev kartından istifadə etməklə radikal müxalifət düşərgəsində yenidən "dəmir ledi" imicini formalaşıdırmaq fikrini reallaşdırmaq istəyir. Məhz bu və digər lüzumsuz siyasətbazlığı ilə "bəyanat" oyunu oynayaraq yenidən birdən-birə ortaya çıxan L.Hacıyeva Ə.Əliyevdən ikiəlli yapışıb var-gəl edir. Həqiqətdə isə "VİP" sədrini, ümumiyyətlə, heçə sayan bu "xanım" öz ambisiyaları uğrunda istənilən addımı atmağa çalışsa da, onda heç nə alınmır.
Lakin bu siyasi bicliyi anlamayan Ə.Əliyev nədənsə L.Hacıyevanın toruna düşüb onun "quyruğunca" düşməyi özünə "şərəf" bilir. Eyni zamanda, qeyd etmək yerinə düşərdi ki, onların bu lazımsız addımları digər müxalifət partiyaları tərəfindən razılıqla qarşılanmayıb. Belə ki, Müsavat və AXCP (i) funksionerləri "VİP" sədrini L.Hacıyeva ilə əməkdaşlıqdan imtina etməyi təklif ediblər. Çünki vaxtilə "Azadlıq" blokunda cəmləşmiş həmin adamların hər birisi ayrı-ayrılıqda onun qurbanına çevrilib. Onlar digər amilə də toxunaraq, deyiblər ki, heç bir halda bu əməkdaşlığa dəstək vermək fikrində deyillər və belə getsə Ə.Əliyevlə də əməkdaşlığa son verəcəklər.
Ancaq ortada başqa məqam da mövcuddur ki, bu, L.Hacıyevanın yenidən ALP sədrliyinə qayıtması planıdır. Çünki hazırkı sədr Əvəz Temirxanla soyuq münasibətdə olan L.Hacıyeva onu sədrlik postundan uzaqlaşdırıb yerini bərkitmək istəyindədir. Həmçinin, bu işdə "VİP" sədrinin köməyinə ehtiyac duyduğunu bildirən partiya "lideri" bunu gizlətməyib.
L.Hacıyeva və Ə.Əliyevin "müştərək bəyanat" səsləndirmələri də deyilən faktlarla sona yetərək, digər partiyaların gününə qalacaq. Bunu zaman göstərib, bundan sonra da göstərəcək, bu, şübhəsizdir.

Digər xəbərlər