PDF Oxu

Müxalifət

  • 10

Əyyaşlıq və əxlaqsızlıq üzərində qurulmuş “siyasət”

Əyyaşlıq və əxlaqsızlıq üzərində qurulmuş “siyasət”
Müxalifət düşərgəsində elə bir gün, elə bir saat, elə bir dəqiqə olmur ki, kiminsə adı ətrafında, hansısa funksioner barəsində onların özləri tərəfindən gündə bir "zurna" çalınmasın. Xüsusilə, müxalifət düşərgəsinin radikal qanadında guya siyasətlə məşğul olanların hansı hoqqalardan çıxmaları barəsində üzə çıxan faktlar həm tükürpədici, həm də biabırçılıq həddini aşan olaylardandır. Yalnız bir mühüm "amil" bir mühüm dəlillə əsaslanmaqdadır. Bu, AXCP (i) sədri Əli Kərimov "faktoru" üzərində qurulmuş reallıqdır. Yəni, bir təşkilatın rəhbəri ki, bütün rənglər daxil olmaqla (başda mavi rəng-R.R.) rəngsevərliyə, zərifliyə və özündən asılı olmayaraq, göz-qaş atmağa meyillidirsə, onda orada gələcəkdə daha nələrin baş verəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Ancaq di gəl ki, başlayırsan bunların səhvül-xətalarını üzlərinə deməyə ki, ay əhli-radikalların baş "sövdası", niyə belə pis-pis hərəkətlərə rəvac verirsən? Qayıdıb deyirlər ki, "bəs ay aman, qoymayın, bizi siyasi təzyiqlərə məruz qoyurlar, azadlıqlarımız (azlıqlarımız) əlimizdən alınır..." "Bərəkallah", nə qədər siyasi "fikir azadlığı", nə qədər "söz bolluğu", adam lap mat-məəttəl qalır bunlardakı "savada", bunlardakı "elmə-maarifə"! Fəqət, bu "mərifət" sahiblərinin bir şeyə mərifətləri çatmır- əxlaqa... Əxlaq isə tamamilə başqa bir şeydir, yəni bunlarlıq deyil. Ona görə ki, ta sədrlərindən başlamış ən aşağı sıravilərinə kimi, həmin adamların nəinki əxlaqları, eləcə, də əqidələri və vicdanları, o cümlədən də, adicə insanlığa yaraşan daxili və xarici anatomik xüsusiyyətləri yoxdur. AXCP (i) sədri Əli Kərimovun hələ 2003-cü ilin prezident seçkilərindəki etirafı (bu etiraf Müasir Müsavat partiyasının qarşısında toplaşan kərimovçu "qoluboy"ların onu müdafiə etməsi ilə bağlı etiraz piketindən sonra konkretləşdi və o, nədənsə onu müdafiə edənləri öz adamları kimi qəbul etdi) bəs edər bunları deməyə amma indi yox, çünki vaxtı deyil. Ona görə də keçmək lazımdır əsas mətləbə ki, bu da Kərimovun davamçıları ilə bağlıdır. Ruslan Bəşirli olayı elə bir olay oldu ki, bundan yalnız sağlam düşüncəli ictimaiyyət xəcalət çəkdi, daha bunlar deyil. Çünki belə bir "adamın" burada nəfəs alması belə yolverilməzdir. Düşünün, bir şəxs ki, vətənini-dövlətini, xalqını-millətini gedib bir neçə min dollara satır və gəlib deyir ki, "erməni aşnalarımla konyak gillətdim, gözümə şokolad təpdim, saunada erməni qızları ilə fısqırığ-keyf elədim(?!), indi də gəlmişəm, məni qəhrəman kimi qəbul edin". Ondan nə gözləmək olr? Onu "Azadlıq" qəzetinin səhifəsində "Ruslan Bəşirliyə azadlıq" qrafası ilə üzə çıxardanları hansı mənada adam, fərd, şəxs hesab etmək olar? Axı bu, ümumiyyətlə, mümkün olan şey deyil! Və yaxud adıçəkilən qəzet parçasında baş redaktor olan Qənimət Zahidovun özbək qızları ilə anadangəlmə lüt-üryan şəkillərinə nə demək mümkündür? Bəlkə məlum Aqil Xəlil olayı da bunlarlıq deyil? Məgər parta-part, bir-birinin ardınca gələn faktların sübutların heç birisi bunlarlıq deyil?! Belə yerdə deməsəm mümkün deyil: görəsən, bunlar qədər üzəduran, qırmızı, qəbahətcil məxluqlar daha harda var? Əlbəttə ki, AXCP (i) də və onun mətbuat orqanı olan "Azadlıq" adlı kağız parçasında! Axırda Azər Əhmədov biabırçılığına da toxunmağı labüd hesab edərək, demək istərdim ki, sözügedən nakəsin, şəxsiyyətsizlik üzündən qat-qat uzaq olan bu qeyri-insani məxluqun, məlum və məlun hərəkəti yüz faiz sübut olunmuş siyasi fahişəlikdir (əslində, buraya "siyasi" terminini əlavə etməmək də olar, çünki bir məxluq ki, həqiqi mənada deyilənlə məşğul olubsa, demək, həqiqətən də, "qədim peşənin" "kişi" üzvüdür.) Bu isə əziz oxucular, bilavasitə əyyaşlıq və əxlaqsızlıq üzərində qurulmuş Əli Kərimov "siyasəti" adları çəkilənlər və çəkilməyənlər isə bu "siyasətin" murdarlaşmış ünsürləridirlər...

Digər xəbərlər