PDF Oxu

Müxalifət

  • 17

Pənah Hüseynov da Müsavat başqanlığına iddiasını ortaya qoydu

Pənah Hüseynov da Müsavat başqanlığına iddiasını ortaya qoydu
Müsavat partiyasında təşkilatdaxili çaxnaşmaların yaşanması davam etməkdədir. Belə ki, partiyanın qarşıdan gələn qurultayı ərəfəsində İsa Qəmbərovun yüzə-yüz faiz başqanlıqdan istefa verəcəyini yəqinləşdirənlərin sıraları artmaqdadır. Eyni zamanda, İ.Qəmbərovun devrilməsini və qəmbərovçuların zərərsizləşdirilməsini xüsusi planlarla həyata keçirənlər arasında Rauf Arifoğludan sonra Pənah Hüseynovun da adı ortaya çıxıb. Məsələ ondadır ki, bu günlərə qədər həmin arzusunu maksimum dərəcədə gizlətməyə cəhd edən P. Hüseynov iddiasını şəxsən özü açıqlayıb. Daha dəqiq desək, Rauf Arifoğluna qarşı antipatik hisslər bəsləyən AXP sədri vaxtilə "Yeni Müsavat"-ın başyazarının ona qarşı yürütdüyü siyasətini öz siyasəti ilə vuracağını qət edib. Eləcə də "bir güllə ilə iki dovşan" vuracağını proqnozlaşdıran P.Hüseynov Müsavat partiyasının başqanlıq postunda özündən başqa kimsəni görmədiyini açıq şəkildə bəyan edib. Lakin bütün bu olayların qurultayda həll olunması heç də inandırıcı görünmür. Çünki vəziyyətin gedişatı da bunu deməyə əsas verir. Yəni hər şey "isti-isti" həll olunacaq. Təbii ki, P.Hüseynovun məlum açıqlamalarının ardınca Rauf Arifoğlu da boş dayanmır. Müəyyən qruplar halında partiya daxilində ziddiyyətlər yaradan P.Hüseynovun adamlarını bir sıra vədlərlə öz tərəfinə çəkməyə nail olan Arifoğlu digər tərəfdən birincini məsələni "sülh yolu" ilə həll etməyə dəvət edib. Lakin bu təklifdən qəti şəkildə imtina edən Pənah rədd cavabını Raufun onun adamlarını "verbovka" etməsi ilə əsaslandırıb və onu açıq mübarizəyə çağırıb. Açıq mübarizə aparmaqdan çəkinən baş yazar növbəti dəfə danışığa gedərək, Pənaha keçmiş həbsxana yoldaşı olduqlarını xatırladaraq, birtəhər kompromisə getməsini istəyib. Fəqət, P.Hüseynov R.Arifoğluna həbsxanadakı davranışlarını xatırladaraq, dəfələrlə onu pis vəziyyətdə qoyduğunu, bunları ömrü boyu unutmayacağını, əlinə düşmüş birinci imkanında siyasi zərbəyə məruz qoyacağını bildirib. Məsələlərdən hali olan İsa Qəmbərov baş verənlərə münasibətini açıqlamayıb. O, çox gözəl bilir ki, artıq onun hər hansı təklifi, fikri artıq heç bir rol oynamır. Həmçinin, getmək istəmədiyini öz kreslosundan ikiəlli yapışması ilə izhar edən İ.Qəmbərov bu çəkişmələrin onun xeyirinə işləyəcəyini düşünür. Daha dəqiq desək, R.Arifoğlu-P.Hüseynov qarşıdurmasından yararlanacağını planlaşdıran İ.Qəmbərov bunun üçün müəyyən gizli dairələrdən maddi yardım da istəyib. Hətta köhnə erməni dostu-qardaşı, qondarma saziş bağladığı Aram Manukunyanla da əlaqə saxlayan Müsavat başqanı ondan bir miqdar pul dilənib. Göründüyü kimi, Müsavat partiyasının, qurultaydan daha öncə, birdəfəlik çökməsi üçün sadəcə kiçicik təşkilatdaxili ziddiyyət də kifayət edər. Çünki bu partiyanın başqanı da, fəaliyyəti də, nüfuzu da yox dərəcəsindədir. Əgər belədirsə, maraqlıdır ki, laxlayan siyasi təşkilata başqan kimi rəhbərlik etməyə cəhd göstərən bu iki şəxsin burada daha hansı maraqları var? Təbii ki, heç nə üst-üstə düşməsə də, yalnız bir nüans uyğunluq təşkil edir. Həmin uyğunluq vacib maraqları, xalq maraqlarını, dövlətçilik maraqlarını şəxsi maraqlara qurban verib, İsa Qəmbərovun xəyanətkar addımlarını davam etdirmək.

Digər xəbərlər