Radikal müxalifət düşərgəsində fəaliyyətsizlikləri ilə nəzərə çarpan birlik və qurumlardan biri olan "Azadlıq" bloku uğrunda yeni savaşa start verilib. Belə ki, nəticəsizliyi ilə iflasa düçar olmuş adıçəkilən blokdan kənarlaşan digər müxalifət partiyalarını yenidən, "Azadlıq"da cəmləşdirilməsi üçün ADP sədri tərəfindən planlar işlənilib.
Bunun üçün müxalifət partiyalarına emissarlar göndərən Sərdar Cəlaloğlu, ilkin olaraq, bir sıra vədlər qarşılığında, həmin partiyaların Qərbin bəzi donor təşkilatları tərəfindən maliyyələşdiriləcəyinə söz verib. Yəni başqa çıxış yolu olmadığını yəqinləşdirmiş ADP sədri məhz bu variantla öz ətrafına siyasi təşkilatları toplamağı qət edib. Eləcə də, bildirib ki, əgər "Azadlıq" blokuna gəlməkdən imtina edəcək istənilən müxalifət partiyasına sonralar heç bir güzəşt olunmayacaq. Çünki həmin partiyalara müxtəlif donor təşkilatları tərəfindən etimadsızlıq göstəriləcək.
Məsələ ondadır ki, Sərdar Cəlaloğlunun yenidən "Azadlıq" blokunu "formalaşdırması" ideyası ondan öncə "Ümid" partiyasının sədri tərəfindən önə sürülmüşdü və bu gün ADP sədrinin ambisiyaları məhz İqbal Ağazadə tərəfindən ciddi şəkildə kəsilməkdədir. Cəlaloğlunun davranışlarına sərt təpki göstərən İ.Ağazadə partiyasına yaxın olan mətbuata deyib ki, əgər ADP sədri onun işlərinə müdaxilə etməyi davam etsə, onun barəsində bu günə qədər səsləndirmədiyi şok etirafaları ictimaiyyətə açıqlayacaq. Çox yəqin ki, həmin açıqlamalar parlament seçkilərindən öncə ADP sədrinin onun qarşısında gördüyü bəzi gizli-sirli işləri ilə əlaqəlidir və bu işlərin ip ucu da məhz Cəlaloğlu tərəfindən qaynaqlanır. "Ümid" partiyasının sədri onu da bildirib ki, düşərgədə istənilən "liderlə" istər rəqabət, istər mübarizə, istərsə də müharibə aparmağa qadirdir və heç nədən qorxmur. O, həmçinin, deyib ki, lazım gələrsə, "Azadlıq" blokunu yenidən formalaşdırıb fəaliyyət istiqamətini dəyişdirə bilər, sadəcə, özünü və vaxtını ADP kimi kiçik partiyaya və bu partiyanın nüfuzsuz sədrinə sərf ermək arzusu yoxdur.
Son olaraq, onu da vurğulamaq mümkündür ki, radikal müxalifət partiyalarının öncəki və cari mühitdəki bütün davranışları bilavasitə xəyanət və satqınçılıq üzərində xarakterizə olunmaqdadır. Və sadalanan faktlar yalnız bu deyilənlərlə bitmir. Çünki istənilən halda radikal təxəyyüllü müxalifət partiyalarının yaşayış tərzi, fəaliyyət istiqamətləri yalnız siyasiləşmiş xarici donor təşkilatlarında asılılıqla müşahidə olunub.