Lalə Hacıyeva peşman olub
Radikal düşərgədə yaltaqlanmaq, ikiüzlülük etmək kimi olaylar radikal liderlərin gündəlik həyat tərzinə çevrilib. Müxalifət yetkililəri arsızlıqlarına salıb gah sədr olurlar, gah da "lider".
Lalə Hacıyeva bir vaxt öz röyasında görmüşdü ki, "liderdir". Məhz ona görə də sədrlikdən getmişdi. İndi başqa bir röya görüb. Görüb ki, artıq yenidən ALP-nin sədrinə dönüb. Lakin bəlli olduğu kimi, qarşıda Əvəz Temirxan adlı "malçişka" var və bu adam onun röyalarının çin olmasına mane olmaqdadır.
Məlumdur ki, məğlubiyyət girdabında sürünən, artıq on beş ildir ki, seçkilərdə iştirak edərək, seçicilər qarşısında heç bir səs və etimad qazanmayan Lalə Hacıyevanın son vaxtlar işi-gücü məhkəmələrə gedib-gəlməkdir. O, ardıcıl olaraq, bütün seçkilərdə məğlubiyyətlərə düçar olaraq uduzdu, bircə dəfə mandat qazanmasına baxmayaraq, öz seçicilərinə qarşı hörmətsizlik edib, deputatlıqdan imtina etdi və sonda da gərəksizliyini, fəaliyyətsizliyini anlayıb, partiya sədrliyindən istefa verdi. Qeyd edək ki, onun bu addımı Ə.Temirxanın əsas arzuolunan idi, məhz buna görə də, o, həmin arzulanan istefa nəticəsində ALP-nin sədri oldu. Xatırlatmaq yerinə düşərdi ki, Ə.Temirxan hələ L.Hacıyevanın müavini olanda, səsini başına atır, yetənə yetir, yetməyənin də arxasınca daş tullayırdı. Bu, onun qabaqdangəlmişlik metodlarından biri idi. Maraqlıdır ki, o, sədr olduqdan sonra, bir müddət qara-qışqırıqlarına antrakt verdi.Hətta ümumiyyətlə, Ə.Temirxanın səsi-pəsi kəsildi. Çünki onun davası sədr davası idi və şüvənlik salması arxasında da sədr olmağın "həzzi" dayanmışdı. Bu və digər səbəblər nəticəsində Ə.Temirxan Lalə Hacıyevanın onsuz da aşağı olan nüfuzunu lap kökündən baltaladı, onu istefaya göndərməyə nail oldu, ya da razı saldı... O düşünürdü ki, daha Lalənin vaxtı bitib. Sual yarana bilər ki, Bəs indi necə, Ə.Temirxan hər şeydən razıdır? Baş verənlər onu qane edirmi? Qətiyyən və əlbəttə ki, yox. Ona görə yox ki, Lalə Hacıyeva yenidən ALP sədri olmağı qarşısına məqsəd qoyub və bu məqsədini reallaşdırmaq üzrədir. Əvəz Temirxanı kənarlaşdırmaq, artıq onun əsas və yeganə fikridir. Eyni zamanda, Əvəz "bəy" sədr postundan getmək istəmir və bu barədə, ümumiyyətlə, düşünmür də. Lalə Hacıyeva isə ona yenidən ALP-nin sədr müavini olmağı məsləhət görüb. Lalə Hacıyevanın yenidən sədr olmaq istəyi isə son vaxtlar müxalifət daxilində gedən proseslərlə, dağılmalar və parçalanmalarla bağlıdır. Onun bu arzusu, sədrlik sevdası ilkin olaraq müxalifətə xarici təşkilatlar tərəfinən verilən "qrant"larla bağlıdır. O görür ki, son zamanlar Müsavat, AXCP (i), "Ümid" və ADP xarici donorlar tərəfindən külli miqdarda pullar alır və partiya sədrləri istədikləri kefləri edirlər. Bu pullar barədə eşidəndə, onun da həvəsi artıb və "nədən məndə də olmasın" prinsipi ona qalib gəlib. Digər tərəfdən siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi gündəmdədir. Lalə Hacıyeva ümid edir ki, ALP də maliyyələşəcək və ona görə də yenidən sədr olması məsləhətdir. Bu məsələ artıq ALP-də çaxnaşma yaradıb. Partiyada nə Əvəz "bəy", nə də Lalə Hacıyevaya etimad edirlər. Bundan başqa, Əvəz "bəy" L.Hacıyeva ilə çox da dərinliyə getməyəcək. Artıq ona təkliflər var. Bu təkliflər ondan ibarətdir ki, Əvəz "bəy" də istefa versin və digər partiyalardan istefa verən funksionerlərlə birlikdə yeni partiyanın yaranmasında iştirak etsin. Məsələ bundadır ki, Əvəz Temirxan da Lalə Hacıyevanın məğlubiyyətlərlə dolu taleyini yaşadı, o da heç bir uğur qazana bilmədi. Ən əsası ALP-də bütün qarşıdurmaların başında pul, maliyyə mənbələri durur. ALP pulu, əsasən, Rusiyadan və Çində fəaliyyət göstərən müxtəlif "iş adamları"ndan alır. Məhz Əvəz "bəy" bu pullardan məhrum olmaq istəmir. Bu günə qədər o, Lalə Hacıyevaya "patent" verirdi. Amma L.Hacıyeva hələ də "31" markalı maşında gəzir. Bu, sadəcə, görüntü yaratmaq üçün edilir. İndi L.Hacıyevanın könlünə xarici markalar düşüb. ALP-də 5-10 nəfər adam qalıb, sıravi üzvlərin böyük qismi partiya sıralarını tərk etdi, başqa bir qismi isə ALP üzvü olsalar da, artıq bunu unudublar və öz iş-gücləri ilə məşğul olurlar.