PDF Oxu

Müxalifət

  • 16

"İctimai Palata"da parçalanmalara start verildi

"İctimai Palata"da parçalanmalara start verildi
Son zamanlar, radikal müxalifət düşərgəsində "birlik" kimi təqdim olunan "İctimai Palata" adlı qurum özündə müxtəlif fikirlər formalaşdırmağa cəhd etsə də, hər şey əksinə baş verir. Sözügedən qurumda hər kəs söz sahibi kimi özünü təqdim etsə də, orada ümumiyyətlə, qeyri-ciddi proseslər baş verir. Həmin proseslərdən biri də "İctimai Palata"nın daxildən parçalanmağa başlamasıdır. Məhz bu və digər faktları əlində əsas tutan Pənah Hüseynov qurumun son toplantısında bir sıra ittihamlarla çıxış etdi. Həmin ittihamlardan biri də, bilavasitə, AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərova qarşıdır. Belə ki, istər Müsavatda, istərsə də AXCP (i)-də cərəyan edən olayların kütləvi istefalarla nəticələnməsi P.Hüseynovu həmin partiya sədrlərinə qarşı çıxmağa məcbur edir. Onun dediyinə görə, əgər bir insan öz təşkilatını idarə edə bilmirsə, onun "İctimai Palata"da hansı rolu və mövqeyi ola bilər? Onu da vurğulayaq ki, P.Hüseynovun bütün rıçaqları əlinə alması və sözügedən qurumda söz sahibinə çevrilməsi digər qurum-"Qarabağ Uğrunda Hərəkat"da cəmləşənlər arasında sığortalanmaq amili kimi nəzərə alınıb. Belə ki, orada toplaşanlar Pənah Hüseynovu öz tərəflərinə cəlb etməklə, əslində, "İctimai Palata"dakı adamları ilə gizli danışıqlara gediblər. Onlar P.Hüseynovu "İctimai Palata"dan uzaqlaşdırmaq üçün müxtəlif qurumlara, ümumiyyətlə, müxalifətdən kənarlaşdırmağa cəhd edirlər. Çünki P.Hüseynovun iddiaları və tələbləri heç birini qane etmir. Qısası, Pənahın ora-bura dartışdırılması arxasında onun ittihamlarının qarşısının alınması istiqamətində gizli planlar həyata keçirilir. Bu isə, nəinki Pənah Hüseynovun, eləcə də, bütün radikal düşərgənin parçalanmasına doğru atılmış addımlardandır.

Digər xəbərlər