Radikal düşərgənin yaratdığı "İctimai Palata" adı altında "fəaliyyət" göstərən qondarma qurumdakı proseslərdən belə nəticəyə gəlmək mümkündür ki, sözügedən təşkilatın tərkibində cəmləşən partiya sədrləri və siyasiləşmiş QHT rəhbərlərinin, həqiqətən də, ictimaiyyətə heç bir dəxli yoxdur.
Yəni özlərini "ictimaiyyətçi" hesab edən siyasətbazlar həqiqətdə ictimaiyyətdən kənar öz ambisiyalarına işləyən ayrı-ayrı şəxslərdir. Eyni zamanda, bunların parlament seçkilərində xalq tərəfindən seçilməmələri arxasında əsas məsələ etimadsızlığın formalaşmasıdır. Əgər xalq istəsəydi, seçkilər zamanı həmin adamları demokratik seçim şəraitində millət vəkili kimi qəbul edərdilər. Lakin etmədilər və bu etimadsızlıq həmin fərdlərin nədənsə xoşlarına getmədi. Sonrası isə artıq hər kəsə gün kimi aydındır.
Qondarma qurumun son sessiyasında qeyri-ciddiliyi əks etdirən qərarların qəbul edilməsi, eləcə də, həmin qərarların ictimaiyyətə sırınmasına cəhd edilməsi onların gülüş və istehza hədəfində olmalarının tam reallığını əks etdirir. Eləcə də, bu adamların anlama tərzləri mütləq səviyyədə inkişaf etməyib ki, məhz yuxularında gördüklərini səhər-səhər acqarına "təklif" formasında səsləndirərək, özlərini "ağıllı" fərd qismində sərgiləyirlər.
Məsələ ondadır ki, özlərindən "qanun layihələri", "təklif paketləri", yaxud "ictimai rəy formaları" hazırlayan "İctimai Palata" nümayəndələri sonuncu toplantılarında lap ağını çıxarıblar. Bildiyimiz kimi, ölkənin qanunverici orqanı olan demokratik parlamentimiz mövcuddur və burada təmsil olunan millət vəkillərimiz müxtəlif qanunverici qərarların müzakirələrində, onların, qəbulunda, həyata keçirilməsində yaxından iştirak edirlər. Həmçinin, bütün amillərdə Konstitusiya faktoru nəzərə alınır, qərarların qanunamüvafiqliyində də məhz anayasamızın müddəalarına istinad edilir. Fəqət, "İctimai Palata"nın son hoqqabazlığı sağlam düşüncəli insanlarımızı, ictimaiyyəti, xalqı hiddətləndirməyə bilməz. Bunların ağına-bozuna baxmadan "yeni anayasanın yaradılması" fonunda geydirmə "təkliflər paketi" ni təlxəklik, isterika və ipiqırıqlıq şəklində "müzakirəyə" çıxarmaları çürümüş qatığın qıcqırmış qoxusuna daha çox bənzəyir. Daha doğrusu, "fəaliyyətləri" əhatəsində heç bir əks-sədanın əks olunmamasını görən bu siyasi buqələmunların çarələri qalıb düşük-düşük hərəkətlərə necə ki, bu sonuncusu kimi.