PDF Oxu

Müxalifət

  • 15

Əli Kərimov müxalifətin probleminə çevrilib

Əli Kərimov müxalifətin probleminə çevrilib
Hər zaman siyasi səriştəsizliyi, qeyri-dəqiq siyasəti ilə tanınan AXCP (i) sədri Əli Kərimov bu hərəkətlərinin cavabı olaraq, müxalifət düşərgəsindəki həmtayları tərəfindən təklənib. Bu təklənmə Ə.Kərimovu müəyyən addımlar atmağa məcbur edib. Məlumdur ki, radikal müxalifət düşərgəsində təmsil olunanların fəaliyyətində bir məqsəd var ki, o da onların bir-birilərinə quyu qazması, badalaq vurmasıdır. Bu dəfə qazılan quyuya "Yurd" şefi Ə.Kərimovu salan radikal "bəy"lər onun bu ağır vəziyyətinə ləzzətlə tamaşa etmək arzusundadırlar. Bu tamaşalara baxa-baxa onlar hələ də başa düşə bilmirlər ki, istənilən anda onların hər biri qazılmış quyulara diyirlənə bilər. Ə.Kərimovun müxalifət düşərgəsində təklənməsinin səbəblərindən biri və demək olar ki, birincisi, onun digər müxalifətçilərə qarşı tutduğu sərt və illər boyu davam edən dəyişməz münasibəti, mövqeyidir. Belə ki, Ə.Kərimovun uzun müddətdir ki, ALP-nin sədri Əvəz Temirxanla, Müsavat başqanı İsa Qəmbərovla, artıq iflasa uğramış "MBH" lideri Lalə Hacıyeva ilə, "Ümid" partiyasının sədri İqbal Ağazadə ilə yürütdüyü qalmaqallar getdikcə daha da qızışmaqdadır. Bu qalmaqalların əsasında isə Əli Kərimovun özünü müxalifətçilər arasında "lider" və ya "ana müxalifətçi" kimi göstərmək niyyəti dayanır. Lakin radikal "bəy"lər AXCP (i) sədrinin "lider" olmaq arzusunu tənqidi (eləcə də, təhqirli) fikirlərlə qarşılayır və onun "liderlik" qabiliyyətinin qətiyyən olmadığını, idarəçilik, fərasətindən tamamilə uzaq olduğunu, birbaşa xəyanətkar, ayağısürüşkən şəxs olduğunu söyləyirlər. "Yurd" şefi isə müxalifət düşərgəsində at oynatmaq istəsə də, əslində, bunun mümkün olmadığını özündə açıq şəkildə görür, lakin bu amili dərk edə bilmir. Onun səsləndirdiyi hər bir fikrə tezliklə sərt və qəti şəkildə cavab verilir. Belə ki, Ə.Temirxan Ə.Kərimovu hər zaman yalan danışmaqla, ara qatmaqla, fırıldaqçılıqla suçlayır. İ.Qəmbərov isə bildirir ki, Ə.Kərimov heç AXCP (i)-ni idarə etməyi bacarmayıb. Əgər bu fakt mövcuddursa, onda necə ola bilər ki, o, bütün müxalifət düşərgəsinin "lideri" olsun?! Lalə Hacıyeva da öz müxalifətçi "dostlarına" qarşı, hər zaman olduğu kimi, çox ciddi ittihamlar etməklə məşğuldur. O, nəinki Ə.Kərimovu, həmçinin, Müsavat başqanını və digər "bəy"ləri də "top atəşinə" tutub və onları müxalifətin üz qarası adlandıraraq, bildirir ki, onların siyasi səriştəsizliyi nəticəsində hazırda müxalifət düşərgəsi aciz durumda qalıb. Artıq bütün güclərinin, imkanlarının tükəndiyini radikalların özləri də etiraf etməyə məcburdurlar.

Digər xəbərlər