Rəsul Quliyev indi də şairlik etməyə başlayıb
Müxalifət düşərgəsində olanlar və buranı tərk edənlər zaman-zaman öz iç üzlərini açıb cəmiyyətə göstəriblər. Uzun müddətdir ki, müxalifətdəki "dost"ları ilə ancaq virtual formada ünsiyyət qurmağa çalışan sabiq ADP indiki halda isə "ACP" lideri olan Rəsul Quliyev özünə yeni məşğuliyyət tapıb.
Bir neçə müddət ABŞ-da özü üçün sərsəm həyat tərzi keçirən R.Quliyev vaxtaşırı buranın da hüdudlarını tərk edirdi. Onu da əlavə edək ki, təxminən 3 ay öncə onun Birləşmiş Ərəb Əmirliklərində hava limanlarının birində sərxoş vəziyyətdə saxlanılması barəsində informasiyalar yayılmışdı. Sonradan biznes şəriklərinin müraciəti əsasında onun buraxılması mümkün olmuşdu. Eyni zamanda, ABŞ hökuməti tərəfindən bir neçə dəfə ölkəni tərk etmək barəsində məhkəmə qərarı ilə qarşılaşan R.Quliyev nəticədə, deyəsən əməllərindən gec də olsa, dərs çıxarmağa çalışıb. Bu məqsədlə də, onun ədəbiyyata baş qoşması barəsində dolaşan informasiyalar artıq öz təsdiqini tapmış oldu. Məlum oldu ki, R.Quliyevin sərxoş həyat tərzindən, gecələr içkili halda ABŞ barlarından onun halsız halda evə gətirilməsindən təngə gələn ailə üzvləri çıxış yolu axtarışında idi. Bir müddət onu tək buraxmamaq qərarı verən R.Quliyevin şərikləri bu variantın da keçərsiz olduğu qənaətinə gəlməli olublar. Çünki günlərin birində marketə çörək almaq adı ilə gedən R.Quliyevin sorağı 14 gündən sonra Moskvadan gəlib. Amma məsələ burasındadır ki, o, Rusiya paytaxtına hansı şəraitdə və necə gedib? Prosesin araşdırılmasından sonra məlum olur ki, R.Quliyev bir neçə ay imiş ki, Moskvada yaşayan ASDP-nin həmsədri Ayaz Mütəllibovla mesajlaşırmış. Məhz bu mesajlaşmaların sonluqda bir qədər səmimiliyə yol açması tərəflər arasında görüş barəsində razılığın əldə olunmasına gətirib çıxarıb. "ACP" lideri "dostu" A.Mütəllibova yaxın zamanlarda Moskvaya gələcəyini, oturub dərdləşmək üçün fürsət qazanacağını bildiribmiş. Lakin A.Mütəllibovun ticarətlə əlaqədar ABŞ səfəri bu görüşün vaxtını bir qədər qısaltmış olub. Evdə uşaq kimi bəslənən və göz altında saxlanan R.Quliyevin poçtuna A.Mütəllibovdan "mən ABŞ-dayam" mesajı gəldikdən sonra, o, bir variantla çölə çıxmağa bəhanə axtarırmış. Marketdən çörək almağı bəhanə edib A.Mütəllibovla birlikdə Moskvaya gedən R.Quliyevdən ailə üzvləri, qeyd etdiyimiz kimi, 14 gündən sonra xəbər tutub. Bu xəbəri də, R.Quliyevin ailəsinə A.Mütəllibov verib. Çünki Moskvaya gəldiyi gündən sərxoşluqdan başı açılmayan R.Quliyevin yadına heç nə düşə bilməzdi. A.Mütəllibov "ACP" liderinin Moskvada onun yanında olmasını bildirdikdən sonra ailəsi onu ABŞ-a qaytarmaq üçün müxtəlif variantlardan istifadə ediblər. Nəticədə isə həyata keçirilən bu cəhdlər nəticəsiz yekunlaşı. Səbəb isə rus arağına R.Quliyevin aludə olmasıdır. Çünki "ACP" lideri öz "aləmində" Moskvada çox rahat görünürdü. Əsas isə onun üçün lazım olan, yəni araq məsələsi problem deyildi. Nə də ki, onu çox içdiyinə görə axşam evdə danlamayacaqdılar. Amma bütün bunlara baxmayaraq, R.Quliyevin ABŞ-a qaytarılmasına nail olan ailəsi onu qapalı həyat tərzinə məhkum etdilər. Elə bundan sonra da, Rəsulun şairliyi tutmağa başladı. İlkin variantdan roman yazmağı qərara alan R.Quliyev hətta atasının adını özü üçün təxəllüs kimi götürdü. Beləliklə artıq özünü Rəsul Bayram kimi təqdim edən Rəsul Quliyev bundan sonra siyasətlə məşğul olmağı belə ağlından keçirmir. Maraqlısı isə odur ki, R.Bayram yəni, R.Quliyev öz yazdığı kitabından bir neçə nüsxə Müsavat başqanı İsa Qəmbərova və AXCP (i) sədri Əli Kərimova göndərib. Hətta onlara bu işlə məşğul olmağın ləzzətindən də bəhs edib. Çox təəccüblüsü isə odur ki, R.Quliyev kitabından lideri olduğu partiyaya göndərməyib.