PDF Oxu

Müxalifət

  • 13

Əli Kərimov Müsavatı mənimsəyir Artıq bu barədə qərarlar qəbul edilib

Əli Kərimov Müsavatı mənimsəyir Artıq bu barədə qərarlar qəbul edilib
Müxalifətin radikal qanadında cərəyan edən hadisələr getdikcə öz məcrasından çıxmaqdadır. Belə ki, hələ parlament seçkilərindən öncə, "birləşmək" qərarı vermiş AXCP (i) və Müsavat cütlüyü arasında yaranmış yeni ixtilaflar nəticəsində, məlum istefaların baş verməsi ikincini birincidən asılı duruma saldı. Bundan maksimum yararlanmağa səy göstərən isə, təbii ki, uzun illər bu fürsəti gözləyən Əli Kərimov oldu. Onu da xatırlatamaq yerinə düşərdi ki, əgər sözügedən vəziyyətdə AXCP (i) olsaydı, onda bu fürsəti İsa Qəmbərov fövtə verməzdi. Çünki yaxın tarixə müraciət etsək, görərik ki, məhz Müsavat partiyası AXC-nin iqtidarı dönəmində yaradılmış ikinci siyasi təşkilat olub və bu təşkilat iqtidar daxilində müxalif olaraq düşmən mövqe sərgiləyib. Həmin vaxtdan etibarən, hər iki partiya arasında bir-birindən dəhşətli savaşlar meydana çıxıb. Bunları xatırlamağımız kifayət edər ki, sözügedən iki siyasi qurumun qarşılıqlı münasibətləri hansı həddə "inkişaf" edib. Bu gün Ə.Kərimovun Müsavata qarşı ambisiyaları arxasında, onun bu partiyanı mənimsəməyi iddiasında, başqa maraqlı məqamlar da mövcuddur. Belə ki, öncədən planlaşdırılmış bu addım Ə.Kərimovla gizli əlaqələrdə olan bir sıra xarici qüvvələrin çoxdan apardığı məxfi danışıqlarının nəticəsidir. Hər halda, əbəs yerə bəlli olmadı ki, Müsavatdan istefa verən bir sıra funksionerlər və sıravilər, əslində, Ə.Kərimovun gizli emissarları imiş. Onlar Ə.Kərimovun məxfi və şəxsi tapşırıqları əsasında İ.Qəmbərovun təşkilatını içəridən müəyyən mənada dağıtdılar və istefaya gedərkən açıqlamalar verdilər ki, daha heç bir siyasi təşkilatda təmsil olunmayacaqlar. Bu, təbii ki, bir blefə hesblanmış addım idi və həmin blefin üstü indi-indi açılmaqdadır. Yəni həmin insanlar Ə.Kərimovun özünə yaxın bildiyi müsavatçılardırlar. Digər nüansa da diqqət yetirək. Xatırladaq ki, başda İbrahim İbrahimov, Qabil Hüseynli, Sülhəddin Əkbərov, Adil Qeybulla və digərləri istefalarının ardınca bəyan edirdilər ki, ictimai birlik yaratmaq fikrindədirlər. Lakin sonradan qərara gəldilər ki, ikinci "Müsavat"ı yaradıb, siyasi fəaliyyətlərini orada davam etdirsinlər. Onları bu addıma sövq edən də məhz Ə.Kərimovun Müsavatı ələ keçirməsi planları olub. Yəni, artıq dağılmaqda olan bir partiyanı yenisi ilə əvəzləmək ideyası ortaya çıxıb. Ə.Kərimov, demək olar ki, illərlə yığılıb qalmış İ.Qəmbərovdan qisasalma planını yerinə yetirməyə macal tapdı və o, hazırda "ana müxalifətçilik" rıçaqını gələcək addımlarına hesablayıb. Ancaq belə görünür ki, onun da müəyyən sayılacaq günləri qalıb. Çünki Kərimovun "ana müxalifətçilik" kamına digər radikal təxəyyüllü sədrləri də iddia edirlər. Lakin bunun hansı formada "reallaşması" suallar doğurur. Bu tip "reallıqların" nəticəsi isə davam edən və davam etdikcə şiddətlənən siyasi iflasdır.

Digər xəbərlər