PDF Oxu

Müxalifət

  • 12

Bəxtiyar Hacıyev psixi xəstədir

Bəxtiyar Hacıyev psixi xəstədir

Bəxtiyar Hacıyev gəncdir, amma necə?.. uşaq kimi zırıldayan! O, Azərbaycan vətəndaşıdır, amma necə?.. hərbi xidmətdə olmayan və sairə. Müxalifətin ipiqırıq gənclərindən olan B.Hacıyev kişilikdən başqa hər şeyə iddialıdır. Hərbi xidmətdən yayındığına görə, onun haqqında Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Lakin o, gah Harvardda oxuyub-bitirdiyini oturub-durub çərənləyir, gah da çox demokratik "rəhbər" olduğunu iddia edir.
Bizim müğənnilərimiz "ulduz" xəstəliyinə tutulduğu kimi, müxalifətçilərimiz də "lider" xəstəliyinə tutulublar. B.Hacıyev gah deyir Oksford Universitetini, gah deyir Harvard Universitetini, gah da deyir İlya Universitetini bitirmişəm. O özünü toxunulmaz hesab edir və həbs olunmasında siyasi səbəblər axtarır. Amma anlamır ki, sən azərbaycanlısan (əgər bundan sonra belədirsə, nə bilim) və hamı kimi sən də hərbi xidmətdə olmalısan. Görün, nə qədər iyrənc vəziyyətdir ki, B.Hacıyev öz doğma ölkəsində hərbi xidmət keçmək istəmir, iddia edir ki, Azərbaycanda "Alternativ hərbi xidmət" haqqında qanun qəbul olunub və o, bu qanundan istifadə etmək istəyir. Zalım oğlunu başa salmaq olmur ki, hələ "Alternativ hərbi xidmət" haqqında qanun qəbul olunmayıb. Mən yenə də onu qınamıram. Çünki bu cəbhəçi, müsavatçı gənclərin əsas məqsədlərindən biri hərbi xidmətdən yayınmaqdır. Mən başa düşmürəm, onların özü, ya böyükləri kimdən artıqdır və hansı mövqeyə sahibdir ki, hərbi xidmət keçməsin? Onları qınamıram. Buna kişilik lazımdır. Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyevdən münasibət öyrəndik. O bildirdi ki, B.Hacıyev Qərbin burda gələcəkdə partladılacaq bombası kimi nəzərdə tutulub. Lakin onda bombalıq bir şey görmürəm: "Əvvəla, qeyrəti olan hər bir Azərbaycan vətəndaşı dövlətinə və millətinə xidmət etməlidir. Bu, istər ordu ilə, istərsə də, digər məsələlərlə bağlı olaraq da belədir. Onun ordudan yayınmasına iki səbəb var. Birincisi odur ki, bu adam ermənilərlə həddindən artıq yaxın olduğuna görə guya qardaşlarına güllə atmaq istəmir. Mən çox təəssüf edirəm ki, B.Hacıyevin valideynləri Ermənistandan min bir zülmlə qovulan adamlar olsalar da, o nə valideynlərinə, nə də millətinə hörmət etmədi. O, Qərbdə təhsil almış və kökündən qopmuş bir alaq otudur. İkincisi bu adam "Yahova şahidləri" təriqqətinin üzvüdür. Çünki onun bu şəkildə danışmasının başqa bir izahı yoxdur. O ki, qaldı onu müxalifətin müdafiə etməsinə, əvvəla, müxalifətin özü bərbad gündədir. Eyni zamanda, müxalifətin B.Hacıyevi müdafiə etməsinin arxasında vahid mərkəz durur. Çünki bir sıra dövlətlər, xüsusən, ABŞ çalışır ki, Azərbaycanı nəyəsə məcbur etsinlər. Xarici dövlətlər məhz B.Hacıyev kimi şərəfi olmayanlardan istifadə edərək, planlarını həyata keçirmək istəyirlər. Ümumiyyətlə, B.Hacıyev anlaşılan addım atmayıb. Onun sərhəddə nə işi var ki, sonrada onun əsgərliyə gedib-getməməsi araşdırılsın. Bu Azərbaycan sərhədçilərini qəsdən qıcıqlandırmaq üçün atılan bir addımdır. Bu, təsadüfi deyil. Çünki polis hələ ona yaxınlaşmamış, saytlarda məlumatlar yerləşdirilir. Onun bu hərəkətini heç kəs bağışlamayacaq".
Müxalifətin bir sıra gənclərinin - Seymur Həziyevin, Tural Abbaslının hərbi xidmətdə olmamasına da münasibət bildirən politoloq C.Nuriyev qeyd etdi ki: "Seymur Həziyev və Tural Abbaslı kimdir ki, hərbi xidmətdən yayınıblar. Ordu hamı üçündür. Onlar kimdən artıqdır axı?! Hüquq-mühafizə orqanları bu məsələyə ciddi nəzarət etməlidir. Belə gənclər başqalarına pis nümunə olurlar".
Məsələ ilə bağlı millət vəkili Vahid Əhmədovdan münasibət öyrəndik. O bildirdi ki, "hər bir kəs kimliyindən, hansı mövqe tutmasından, əqidəsindən asılı olmayaraq, Azərbaycan Ordusunda öz hərbi xidmətini keçməlidir. Dövlətimizin güclənməsi üçün hər birimiz əlimizdən gələni etməliyik, bunu etməmək isə ən azı məsuliyyətsizlikdir".
Digər tərəfdən Azərbaycanda "Alternativ hərbi xidmət" haqqında qanun qəbul olunmayıb. Belə bir iddia ilə çıxış etmək boş şeydir.

Digər xəbərlər