Dilindən giley-güzar, ürəyindən erməni məhəbbəti əskik olmayan İsa Qəmbərov hey gileylənir ki, xalq çətin vəziyyətdədir. Nə bilim, qocalar və uşaq evlərindəki guya ağır olan vəziyyətdən danışır. Vapşe, rusca ona bir-iki söz deyəcəm. Ya da ki, bu simasıza erməni dilində də desən anlamaz. Görəsən, o özü uşaq evinə axırıncı dəfə nə vaxt gedib, ya da ki, qocalar evinə? Mən siyasi simasını qoyuram bir qırağa və gecə-gündüz ağlayıb-zırıldayan bu şəxsin geyiminin qiymətindən yazacam. İ.Qəmbərov axırıncı dəfə bir ay bundan öncə "Diqlas" ticarət mərkəzindən qiyməti 2 min manat olan kostyum alıb. Bu kostyum italyan məhsuludur. Heç bir xüsusi firma emblemi-zadı yoxdur, bir ifadədən başqa: "Made in İtalia". Həqiqətən, təmiz italyan malıdır, yaxası üç düyməli, arxasında iki yarığı, özü də qara rəngdə. Günəşin altına çıxanda kostyum bərq vurur. İndi sual verirəm, müəllimin maaşlarının azlığından danışan İ.Qəmbərovun bu kostyumunun qiyməti bir müəllimin neçə aylıq maaşıdır. İ.Qəmbərov Almaniyanın Potsdam şəhərində erməni lobbiçi Aram Manukunyanla sövdələşəndən sonra qiyməti 5000 avro olan kostyum, 2000 avroya ayaqqabı və 1000 avroya köynək almışdır. Xarici qonaq olduğu üçün elə oradaca A.Manukunyanın adamlarından biri ona 500 avroluq qalstuk alaraq kostyumunun üstünə qoyub və İ.Qəmbərov sevə-sevə indi də bu kostyumu geyinir, ancaq Müsavatın iclaslarına. Xarici səfirliklərə gedəndə isə rəngi bozarmış 300-400 manatlıq kostyum, 50 manatlıq ayaqqabı geyinir. Bu da İ.Qəmbərovun "demokratiyası". İ.Qəmbərov o qədər "demokratiya" qışqırdı ki, artıq Avropa demokratiyadan imtina etmək istəyir. Müsavat partiyasında İ.Qəmbərovdan, M.Cavadoğludan, A.Hacıyevdən başqa bütün vəzifə daşıyanlar beş-üç manat pul alır. Amma A.Hacıyev 3000 manatlıq qol saatı taxır. Ondan saatının qiymətini soruşanlara deyir ki, hədiyyə ediblər.