Əli Kərimovun yeni taktikası
Bu da dəbdən düşmüş "siyasətin" zirvəsində əyləşən, üzünü qadın estetikasının ən incə detalları ilə bəzəyən, zərif və zəif şəxsiyyət Əli Kərimovun növbəti ampluası...
O, artıq Müsavatdan istefa verənlərlə - Sülhəddin Əkbər, İbrahim İbrahimli, Adil Qeybulla və Qabil Hüseynli ilə görüşüb. Ə.Kərimovun onların hər birini AXCP (i)-də vəzifəyə dəvət edib. Buna ən tez razılaşan İ.İbrahimli olub. Ə.Kərimov onunla bir neçə dəfə görüşüb və ona AXCP (i) sədrinin müavini vəzifəsini təklif edib. İ.İbrahimli cəmi iki gündən sonra Ə.Kərimova "hə" cavabını verib. Bu da təsadüfi deyil ki, İ.İbrahimli artıq bir neçə gündür AXCP (i)-ni tərifləyir, bir neçə ay bundan öncə, Müsavatı və onun "qəlbiqırıq" başqanı İsa Qəmbərovu necə "sevə-sevə" (o birisini) özünüz bilirsiniz alqışlara, təriflərə qərq edirsə indi də AXCP (i)-ni və Ə.Kərimovu edir. O AXCP (i)-dəki bütün şəxsiyyətlərə "peşəkar", "prinsip", "demokratiya", nə bilim Avropa Məhkəməsi sözlərini radikalların dilinə salıb, Allah lənət eləsin! AXCP (i) ancaq Ə.Kərimov və R.Bəşirli kimi satqınlar yetişdirir, ay adından xəbəri olmayan İbrahim "bəy", indi Əli Kərimov Arif Hacıyevi tələyə salır, görün necə?.. A.Hacıyevin qardaşı "Demokrat" qəzetinin yiyəsidir. Ə.Kərimov ona qırmağını atıb, hörmətli Hacıbəyli "cənaba" təklif edib ki, gəl "Azadlıq" qəzeti ilə "Demokrat" qəzetini əməkdaş edək. A.Hacıyevin bundan xəbəri var, ona görə də bərk qəzəblənib. Əvvəla, A.Hacıyev öz qardaşını Müsavatda yüksək vəzifəyə gətirmək istəyir. Qardaşı da onunla razılığa gəlib. Elə buna görə də, "Demokrat" qəzeti şəxsən A.Hacıyevin Müsavatdan silindiyi pullar hesabına yenidən fəaliyyətə başlayıb. Lakin Ə.Kərimov onu ələ alacağına ümid edir. Digər tərəfdən Müsavatın keçiriləcək qurultayına Ə.Kərimov şok olaylar hazırlayıb. Bunlar çox yayılsa da amma etibarlı mənbəmiz də bunu təsdiqləyir ki, Ə.Kərimov mart ayında Müsavata güclü zərbə vuracaq. O, İ.İbrahimlini böyük məmnuniyyətlə özünə müavin götürəcək, S.Əkbərə isə o qədər də etibar etmədiyi üçün onunla elə çox təmas qurmaq istəmir. İ.İbrahimlinin AXCP (i)-yə sədr müavini gətiriləcəyi Ə.Kərimovla F.Qəhrəmanlı arasındakı ziddiyyətləri daha da dərinləşdirib. Ə.Kərimov bilir ki, F.Qəhrəmanlı ona sadiq deyil və yeni partiya yaratmaq istəyir. Elə buna görə də, o, F.Qəhrəmanlını qabaqlayıb, onu partiyadan uzaqlaşdıracaq. A.Hacıyev Ə.Kərimovun növbəti taktikasının qarşısını almaq üçün "Əhrar" partiyasını da Müsavatla birliyə cəlb edəcək. Guya desinlər ki, Müsavatdan ayrı-ayrı şəxslər getsə də, amma partiyalar onunla birləşib. İ.İbrahimli A.Hacıyevlə söhbətlərinin birində bildirib ki, mən Müsavatdan istefa versəm də, partiyanın qurultayına qatılaraq İ.Qəmbərova sözümü deyəcəm. S.Əkbər isə hansı mövqedə duracağını, kimi seçəcəyini, hansı partiyada fəaliyyətini davam etdirəcəyini Müsavatın qurultayında açıqlayacaq. Onu da qeyd edim ki, S.Əkbərlə İ.İbrahimlinin də arası dəyib, daha doğrusu, Ə.Kərimov onları da bir-birilərinə düşmən edib. Qurultayda İ.İbrahimli açıq şəkildə AXCP (i)-yə keçəcəyini bəyan edəcək, Divan üzvlərinin bir neçəsi İ.Qəmbərovun əleyhinə çıxacaq və elə oradaca İ.Qəmbərovla Ə.Kərimov hamının gözü qarşısında kəllə-kəlləyə gələcəklər. Bütün bunlar İ.Qəmbərovun yenidən başqan olacağı təqdirdə baş verəcək. Ən maraqlı formada isə F.Qəhrəmanlı və S.Əkbər çıxış edəcəklər. Hamı bilir ki, S.Əkbər sirr saxlayan, sirrini müsavatçılara deməyən və sonda son sözünü deyən adamdır. Elə buna görə də, İ.Qəmbərov və A.Hacıyevin ən çox ehtiyat etdiyi adamlardan biri də S.Əkbərdir. S.Əkbər çox arxayın və soyuqqanlı hərəkət edir və əldə olunan məlumata əsasən, o qurultaya maneçilik törədə bilər. Amma necə olur-olsun, o da Ə.Kərimovla razılaşmalı olacaq, onun yeni taktikasına dəstək verəcək. Yeni taktika Müsavatı daha da dağıda biləcək nə varsa hamısını həyata keçirəcək. Və sonda özü də bu taktikanın qurbanı olacaq.
P.S. Arif Hacıyevə vacib bir şeyi çatdırım ki, onun "Əhrar" partiyasına dostluq təklifinə cavab gəlib. Cavab odur ki, onlar da qrant istəyir. Sonra da Arif "bəy"i qınayırlar: kişinin dədəsindən pul kəsən maşını-zadı qalmayıb ki...