Bu ay Hikmət Hacızadə və Nəsib Nəsibli Müsavatdan istefa verəcək
İctimaiyyətsiz formalaşan radikalların "İctimai Palata"sı yanvarın 28-də növbəti qurultayını keçirəcək. "İctimai Palata"nın keçirilən hər qurultayı müxalifət düşərgəsində yeni bir gərginlik, istefalar və uğursuzluq yaradır. Təsadüfi deyil ki, "İctimai Palata" həngaməsi ortaya atılandan sonra Müsavatda bir-birinin ardınca istefalar baş verdi və nəinki partiyalar, hətta ayrı-ayrı şəxslər də bir-birilərinə qarşı hücuma keçdilər.
İndi növbə, söz Hikmət Hacızadə və Nəsib Nəsiblinindir. N.Nəsibli Adil Qeybullaya və Qabil Hüseynliyə qəzəblənib. Bu qəzəbin arxasında o durur ki, A.Qeybulla və Q.Hüseynli guya M.Ə.Rəsulzadə irsini tədqiq etmək üçün qurum yaradacaqlar. N.Nəsibli bildirib ki, "Rəsulzadə irsini vaxtında araşdıran alimlər var və onlardan da biri mənəm və qeyri-ixtisas sahiblərinin bu işə girişməsi düzgün deyil". Bundan başqa, "İctimai Palata"nın yanvarın 28-də keçiriləcək iclasında gərgin anlar yaşanacaq. Bu iclasdan sonra İ.Qəmbərov növbəti dəfə bir neçə radikal funksioner tərəfindən hədəfə çevriləcək. Etibarlı mənbədən əldə olunan məlumata əsasən, bu qurultayda N.Nəsiblinin İ.Qəmbərova qoyduğu şərt yerinə yetirilməlidir. Bu şərt yerinə yetirilmədikdə N.Nəsibli Müsavatdan istefa verəcək. Bir neçə gün bundan öncə N.Nəsibli Müsavat qərargahında İ.Qəmbərovla görüşərək, onun istefa məsələsini müzakirə ediblər. İ.Qəmbərova yaxın adamdan əldə etdiyim məlumata görə, İ.Qəmbərov N.Nəsiblidən xahiş edib ki, tələsməsin və bir az da gözləsin. N.Nəsibli isə şərtinin yerinə yetirilməyəcəyi təqdirdə, yanvarın 28-də Müsavatdan istefa verəcəyini bildirib. Onlar arasında bir qədər mübahisə də yaşanıb və N.Nəsibli İ.Qəmbərovun otağının qapısını çırparaq, oranı tərk edib. N.Nəsiblinin şərti o olub ki, Müsavatla AXCP (i) arasında bütün əlaqələr kəsilsin və İ.Qəmbərov Əli Kərimovla olan münasibətlərinə son qoysun. Çünki Müsavatdakı istefaların əsas səbəblərindən biri məhz elə Ə.Kərimovdur. N.Nəsibli onu da əsas gətirib ki, Ə.Kərimov hələ seçki ərəfəsində bir neçə müsavatçı namizədlərin əleyhinə kampaniya aparıb, Müsavatın fəal gənclərini AXCP (i)-yə müxtəlif yolarla cəlb edib və artıq "Yeni Müsavat"ı bütünlüklə İ.Qəmbərovun əleyhinə qaldırıb. Kim nə deyir desin, bütün bu problemlərin başında, ilk olaraq, İ.Qəmbərovun səriştəsizliyi durur. N.Nəsiblinin bu fikri ilə H.Hacızadə də şərikdir. O da İ.Qəmbərova eyni mövqe sərgiləyib, Ə.Kərimovu "Müsavatın düşməni" adlandırıb. H.Hacızadə onu da əsas kimi deyib ki, vaxtilə onun oğlu Adnan Hacızadə xuliqanlıq üstə həbs olunanda İ.Qəmbərov və "Yeni Müsavat" onun oğlunu layiqincə müdafiə etməyib və başqa məqsədlər güdülüb. Sən demə, İ.Qəmbərov A.Hacızadəni ona görə müdafiə etmirmiş ki, o, guya müxalifətin təzyiqlərə məruz qaldığını göstərmək istəyirmiş. Amma gözəl bir məsəl var: keçəl dərman bilsə öz başına yaxar. Yəni İ.Qəmbərovun özünü müdafiə edən lazımdır, o kimdir və hansı səlahiyyət sahibidir ki, xuliqanlıq üstündə tutulan şəxsi müdafiə etsin? Müdafiə edər, amma öz məqsədləri naminə. Həmin məqsədin ki, bu, yalnız onun öz xeyirinə işləyir.
Yanvarın 28-də radikalların "İctimai Palata"sında çox şok olaylar yaşana bilər.
Fikirləşin bu qurultayda əməlli-başlı toy olacaq. Çünki Əhməd Oruc da icazəsiz olaraq qurultaya gələcək və Pənah Hüseynovla münasibətləri it-pişik münasibətlərindən fərqlənmədiyi üçün böyük dava-dalaş düşəcək. Yəqin P.Hüseynov ondan "Pənah əxlaqsız meymundur" sözünün cavabını soracaq. Digər tərəfdən A.Hacıyev N.Nəsibli ilə çəkişəcək, F.Qəhrəmanlı A.Hacıyevlə "razborka"sını həll edəcək və s.
Yenə də şəxsi münasibətlər.... Utanılası vəziyyətdir, görəsən, bu iyrənc radikallar utanc hissini yaşamırlar?! Fikir verin, radikalların qurultayı ən azı bu dəfə İ.Qəmbərovun bir maskasını da cıracaq, H.Hacızadənin və N.Nəsiblinin əli ilə...