PDF Oxu

Müxalifət

  • 8

AMİP "sükanı" ələ almaq istəyir Yusif Bağırzadə özünü "vahid namizəd" görür

AMİP "sükanı" ələ almaq istəyir Yusif Bağırzadə özünü "vahid namizəd" görür
Radikal müxalifət düşərgəsində sərgilənən son vaxtlardakı "aktivlik" ictimaiyyət tərəfindən ciddi və real qəbul edilməməkdədir. Belə ki, özlərinə yaxın mətbuat səhifələrində, eləcə də, informasiya portallarında çıxan qeyri-ciddi məlumatların həqiqəti əks etdirməməsi, necə deyərlər, göz qabağındadır.
Eyni zamanda, partiya sədrlərinin bir-birilərini aşağılayıcı ifadələrlə, söyüş və təhqirlərlə alçaltmaları da ictimaiyyətin diqqətindən yayınmamaqdadır. Bununla belə, xalq məfhumundan sui-istifadə edərək, özlərinə "siyasi dividendlər" qazanmağa cəhd göstərən siyasi təşkilat rəhbərləri özlərini "hamıdan ağıllı və tədbirli" göstərməklə guya siyasətdə "yaralı" adam olduqlarını sərgiləmək addımlarını nümayiş etdirirlər. Belə partiya sədrlərindən biri də AMİP-in sədri Yusif Bağırzadədir.
Onun informasiya portallarının birinə verdiyi müsahibələrinin birində yuxarıda sadaladığımımz fikir və qeydlər deyilənlərin nə qədər həqiqətə uyğun olduğunu isbat edir. Məsələ ondadər ki, AMİP sədri öz müsahibəsində "müxalifətin birliyindən" söhbət açır və söhbətinin məğzini öz üzərinə yönəltməyə çalışır. Deyir ki, "Müxalifət vahid cəbhədə mübarizə göstərməlidir". Maraqlıdıdr, Yusif Bağırzadə hansı "vahid cəbhə"dən danışır ki, təmsil olunduğu düşərgədə bir neçə birlik və bloklar "fəaliyyət" göstərir və həmin blokların ümumi məxrəcləri qətiyyən yoxdur. Eləcə də, əgər həmin birlik və bloklar onun dediyi kimi, "vahid cəbhə" mövqeyini dəstəkləsəydi, bu gün ən sərt şəkildə bir-birilərini ittiham etməzdilər.
AMİP sədrinin digər fikirlərinə diqqət yetirək. İfadəsinin ardınca o bildirir ki, 2003-2008-ci il prezident seçkiləri bir daha onu göstərdi ki, müxalifət partiyaları parlament seçkilərində vahid siyahı, prezident seçkilərində isə vahid namizədlə çıxış etməlidirlər (?)
Maraqlıdır, Yusif Bağırzadə 2003-2008-ci ildə keçirilmiş prezident seçkilərini xatırlatmaqla hansı məqsədləri güdür? Deyəsən, o zamankı radikalizmin özlərinə də sirayət etdiyini yadından çıxarıb AMİP sədri... O unudub ki, "vahid namizəd" məsələsində heç vaxt, heç zaman birliyə nail ola bilməyən radikal mənsublar sonda acı və biabırçı məğlubiyyət sindromundan uzun zaman ayıla bilmirlər. Onun fikrindən belə çıxır ki, guya müxalifət hansısa birliyə nail olmuşdu. Absurdluğu və göz görə-görə yalanı ictimaiyyətə sırımağa cəhd edən Bağırzadə hələ utanıb -qızarmadan "bəyan" edir ki, 2013-cü ilin prezident seçkilərinə təmsil olunduğu düşərgə yalnız "vahid namizəd" formatında getməlidir. Hələ bu harasıdır?
O, müsahibə verə-verə xəyallara dalıb özünü 2013-cü ilin prezident seçkilərində müxalifətin "alternativsiz lider"i qismində görür. Məsələn, deyir ki, "özümü prezident seçkilərində müxalifətin vahid namizədi kimi görürəm". Bununla o, istər "İctimai Palata"da, istərsə də, ümumi düşərgədə bütün rıçaqları ələ almağa səy göstərir. Belə olmasaydı, Yusif Bağırzadə həm Müsavat, ADP, AXCP (i), həm də "KXCP" və ALP kimi digər müxalifət partiyalarının sədrlərini özündən qat-qat səviyyəsiz statusda ictimaiyyətə təqdim etməzdi. Daha dəqiq vurğulasaq, özünü müxalifətin "vahid namizədi" şəklində gördüyünü öz təbirincə bəyan etməzdi.
Hətta mövzu ilə bağlı açıqlama verən AMİP sədri təmsil olunduğu siyasi təşkilatın "lideri" Etibar Məmmədovu belə inkar edərək, onun heç bir siyasətə-filana qarışacağının olmadığına eyham vurmazdı. Belə ki, "Etibar Məmmədov artıq siyasətlə məşğul deyil" kimi ifadələri ilə onu AMİP-in fəaliyyətsiz "kuklası" qismində təqdim etməzdi. Görünür, Bağırzadənin göylə gedən iddiaları və ambisiyaları arxasında digər məqamlar da dayanıb ki, həmin məqamlardan növbətisi onun xarici qüvvələr qarşısında götürdüyü öhdəliklərdir. Belə olmasa idi o, durub-durub 2013-cü ildə keçiriləcək prezident seçkilərindən indidən dəm vurmazdı. Eyni zamanda, digər radikal müxalifət partiya sədrlərini, öz partiya "liderini" aşağılayıcı tərzdə təqdim etməzdi.
Sonda onu da deyim ki, bu cür halların mövcudluğu radikal düşərgədə birinci hal deyil. Yəni, mövcud olduqları dövrlərdən bu günlərədək bütün post-seçki zamanlarında, hətta seçkilərə bir neçə il qalmış bunları sərsəmləmələr, titrəmələr, mən deyərdim ki, səfehləmələr tutur. Bu isə yalnız bir həqiqətdən xəbər verir: bütün hallarda və zamanlarda gözlənilən biabırçı məğlubiyyətlərin indidən "kompensasiya" edilməsi...

Digər xəbərlər