PDF Oxu

Müxalifət

  • 23

Müsavat partiyasında fövqəladə vəziyyət davam edir

Müsavat partiyasında fövqəladə vəziyyət davam edir

Fəaliyyətini artıq dayandırmaq üzrə olan Müsavat partiyası daxilində gərginliklər səngimək bilmir. Müxalifət düşərgəsində mövcud olan bütün partiyaların axırına çıxmaq niyyətində olan Müsavat partiyası, demək olar ki, fəaliyyətinin son anlarını yaşamaqdadır. Partiyada son zamanlar baş verən istefaların ardınca, qurumun rayon təşkilatları da ardıcıl olaraq sıradan çıxır. Bu baxımdan da, bir neçə gün öncə, Müsavat partiyasının Sumqayıt şəhər təşkilatının fövqəladə toplantısı keçirilərək, fəaliyyətinin dayandarıldığı açıqlanıb.
Eyni zamanda, əsas müzakirə mövzularından biri ötən həftəsonu Sumqayıt təşkilatında istefalar nəticəsində bu cür durumun yaranmasının məqbul olduğu açıqlanıb. Müsavat partiyası Sumqayıt rayon təşkilatının sədri Fəxrəddin Abbaslının mətbuata verdiyi məlumata görə, istefa verən K.Salayevin zaman-zaman yaxını olmuş və onu dəstəkləmiş partiya üzvlərinin də iclasda istefa veriblər.

Bir gündə Müsavatdan 15 nəfər istefa verdi

K.Salayevin "qrup"unun istefası ilə Müsavat partiyasının rəhbərliyi razılaşmaq istəmir. Onların iddiasına görə, Müsavat partiyasının üzvü olmayan şəxslərin adı həmin siyahıda yer alıb ki, ümumi 15 nəfər olsun.
İstefa verən 15 nəfərin gətirdiyi arqumentlərlə partiya rəhbərliyi də razılaşmır. Qeyd edək ki, Sumqayıt şəhər təşkilatından istefa verənlər bu addımlarını partiyanın siyasi kursu ilə razı olmadıqlarına görə atdıqlarını bildirirlər. Həmçinin, Müsavatın AXCP (i) ilə birləşmə məsələsində tutduğu mövqeyə etiraz edirlər.
Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev isə bildirdi ki, baş verən istefa dalğasından bir sıra qüvvələr Müsavat partiyasına qarşı istifadə edirlər: "Son zamanlar Müsavat partiyasını tərk edənlərin sayı qat-qat çox olub. Düşünürəm ki, müxalifətin, Müsavat partiyasının siyasi səhnədən silinməsinə zəmin hazırlayan istefa mənəvi keyfiyyətilərinin çürüklüyünü hamı anlayır. Hazırda Müsavat partiyasında bir növ təmizlənmə prosesi gedir".
Son istefalarda Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərin təsirinin olması haqda deyilənləri isə sabiq Məclis sədri təkzib edib. Onun sözlərinə görə, əksinə, o, bu proseslərdən xəbər tutduğu zaman istefaların baş verməsinin qarşısını almağa çalışıb: "Mənim mövqeyim aydındır. Müsavat partiyasından kiminsə mənə görə istefa verməsinin əleyhinə olmuşam. Bildirmişəm ki, AXCP (i) ilə birlik tərəfdarı olan qüvvələr qurultayda mövqelərini ortaya qoyaraq, birliyə səs versinlər. Mən bu addımın qarşısını almağa çalışdığım zaman artıq dostlarımız bəyanatlarını vermişdilər".
Maraqlıdır ki, S.Əkbər əvvəl bunu təkzib etsə də, ardınca istefa verənləri dostları adlandırır və K.Salayevin son parlament seçkisi zamanı onun səlahiyyətli nümayəndəsi olduğunu təsdiqləyir. Həmçinin, bildirir ki, istefa verən şəxslərlə onun siyasi baxışlarının üst-üstə düşməsində qeyri-adi heç nə yoxdur.

Digər xəbərlər