PDF Oxu

Müxalifət

  • 18

İqbal Ağazadə “Ümid”in xaosunu gizlədir

İqbal Ağazadə “Ümid”in xaosunu gizlədir
"Ümid" partiyası ən gərgin və dağınıqlı dövrünü yaşayır. Partiyanın rayon təşkilat sədrləri və fəal üzvləri "Ümid"dən istefa verməyə hazırlaşır. Partiya sədri İqbal Ağazadə gecə-gündüz cəhd edir ki, vəziyyət düzəlsin. Düzdür, hələ heç kəs rəsmi olaraq partiyadan çıxmaq haqqında İ.Ağazadəyə müraciət etməyib.
Lakin "Ümid" partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə və apparat rəhbəri Nəsimi Məmmədli partiyada yaranan acınacaqlı vəziyyətə görə İ.Ağazadəni günahlandırırlar. Onu lÜmid"in maraqlarını satmaqda günahlandırırlar. Xüsusən, İ.Ağazadə və Ə.Ağazadə arasında olduqca gərgin münasibətlər var. İ.Ağazadə onu qınayır ki, partiyadan istefa verənlərin və ona qarşı çıxanların qarşısını nə üçün almır. Bundan əlavə, "Ümid"də ciddi maliyyə böhranı yaşanır, işçilər artıq ikinci aydır ki, məvacib almır və ümumiyyətlə, partiya qərargahına gəlmirlər. "Ümid" partiyasının Qaradağ rayon qəsəbəsində yaşayan gənc üzvü bu ilin yanvar ayının 11, 12 və 13-də partiya qərargahına gəlib, lakin bu üç gün ərzində partiyadan çıxmaq haqqında olan ərizəsini qəbul etməyə bir nəfər də olsun adam tapılmayıb. Gəncin dediyinə görə, onu yarızarafat-yarıciddi yaxın qohumu 2007-ci ildə "Ümid" partiyasına üzv edib. Bu gənc İ.Ağazadədən o qədər narazıdır ki, ona olan münasibətlərini söyüşlərlə bildirdiyinə görə, bunu yazmıram.
"Ümid" partiyasında real vəziyyət budur ki, orada aşağıdakı problemlər yaşanır. Birincisi, həm Ə.Ağazadə, həm də N.Məmmədli İ.Ağazadənin əleyhinədir və bunu açıqcasına bəyan edirlər. Digər tərəfdən onların ikisi də, İ.Ağazadəyə qarşı birləşə bilmirlər. Çünki onların da aralarında düşmənçilik əlaqələri var. Əldə olunan məlumata əsasən, Ə.Ağazadə İ.Ağazadənin otağında olanda ətrafı səs-küy götürür və İ.Ağazadənin dilindən tez-tez lrədd olsun, getsin" sözləri eşidilir. Söhbət N.Məmmədlidən gedir. Çünki İ.Ağazadənin ondan o qədər zəhləsi gedir ki, heç ona salam da vermir. İclasda isə qəsdən aparatın işindən narazı olduğunu dönə-dönə bildirir. İkincisi, "Ümid"də ciddi maliyyə böhranı yaşanır və bu da İ.Ağazadənin pulları aidiyyatı üzrə xərcləməməsindən irəli gəlir. Əldə olunan məlumatlara görə, qərargahda bir neçə kompüter xarab olsa da, kompüterləri təmir etdirməyə belə cüzi vəsait ayrılmır. Üçüncüsü, "Ümid"in rayon təşkilat sədrlərinin bir neçəsi İ.Ağazadəyə telefonla zəng vuraraq, rayon təşkilatlarında vəziyyətin ağır olduğunu bildirmiş, təcili tədbirlər görməyə çağırmışdır. Əks halda, partiyanın rayon təşkilatlarında kütləvi istefalar başlayacaq. Hətta "Ümid"in bir neçə rayon təşkilatları istefa ərizələri yazsalar da, bu ərizələr cızılıb atılır və mərkəzi qərargaha çatdırılmır. Dördüncüsü, "Ümid"in funksionerləri cəm halda yığışaraq, İ.Ağazadəyə müraciət ediblər ki, İ.Qəmbərovla və Ə.Kərimovla əməkdaşlığa gedəcəyi təqdirdə, onun sədrlikdən getməsi üçün əllərindən gələni edəcəklər. Bax, İ.Ağazadəni qorxudan budur. İ.Qəmbərov isə İ.Ağazadəyə mart ayının sonuna qədər vaxt qoyub ki, onlarla əməkdaşlıq edib-etməyəcəyi barədə qərara gəlsin. Çünki bu ilin mart ayında Müsavat və AXCP (i) radikal müxalifət tamamilə özündən asılı vəziyyətə salmağı planlaşdırır. Bunun əvəzində isə partiya sədrinə külli miqdarda qrantlar vəd olunub. Anlaşılan budur ki, İ.Ağazadə çətin durumdadır, ona hətta "gizli" havadarları da kömək edə bilmir. Güman ki, yaxın bir neçə həftə ərzində "Ümid"də vəziyyət daha da pisləşəcək və hansısa funksioner istefa verəcək. Bir maraqlı məlumat da əldə etmişik. Partiyaların dövlətdən maliyyələşməsi məsələsi Milli Məclisdə müzakirə olunanda, İ.Ağazadəyə tapşırıq verilib ki, iclasda çaxnaşma salsın və kimlərsə dava-dalaş salsın. Bax, İ.Ağazadənin bu dava-dalaşından sonra vəziyyətini düşünmək vacibdir.

Digər xəbərlər