Ayaz Mütəllibovla Rəsul Quliyevin əlaqələri
Ayaz Mütəllibov və Rəsul Quliyev 90-cı illərin əvvəllərində Azərbaycan dövlətinə, dövlətçilik maraqlarımıza, dövlət büdcəmizə ciddi zərbə vuran, özlərinə kapital yığaraq ölkəmizi çapıb-talayan və həbs olunacağından qorxaraq, xarici dövlətlərə pənah gətirən şəxslərdir.
R.Quliyev Azərbaycandan oğurladığı külli miqdarda pulla xaricə qaçdı və qısa bir zamanda biznes qurdu. Bu biznes əvvəl zahirən şəffaf görünsə də, bir neçə ildən sonra onun əsil ticarət sahələri ortaya çıxdı. O özünə "maqnat" adı qazandırdı və biznesini genişləndirmək üçün əsasən erməni əsilli ABŞ vətəndaşları ilə əlaqələrini genişləndirdi. A.Mütəllibov da "səssiz" qalmağa üstünlük verərək, Rusiyada qeyri-qanuni bizneslə məşğul olmağa başladı. İlk olaraq, A.Mütəllibovla R.Quliyevi o cəhət birləşdirirdi ki, onların hər ikisi də Azərbaycandan qaçıb getmişdi və hər ikisinə qarşı cinayət işi açılıb. Heç şübhəsiz, düşmənlərimiz üçün onları ələ almaq, şirnikləndirmək ən yaxşı vasitə idi. Belə də oldu. Qısa bir zamanda xarici qüvvələr onlara ciddi dəstək verdilər. Onların hər ikisinin biznes əlaqələri haqqında keçən yazılarımda yazmışam, ona görə də bir daha yazmağa ehtiyac yoxdur. Lakin onların görüşləri barədə yazılmadığı üçün bu haqda yazmağa dəyər.
R.Quliyevlə A.Mütəllibov indiyə qədər ən azı 60 dəfə görüşüblər. Ancaq cəmiyyət bundan xəbərsizdir. Belə ki, onlar arasında ilk görüş 1998-ci ilin iyul ayında Fransanın Neapol şəhərində olub. Görüşün əsas mövzusu Azərbaycanda keçiriləcək prezident seçkilərində təxribat yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini buraya cəlb etmək. Bundan sonra onlar həmin ilin dekabr ayında Rusiyanın Leninqrad şəhərində görüşüblər. Bu görüş məyusluğun nəticəsi olsa da onlar bir sıra ticarət işlərində şəriklik yarada biliblər. A.Mütəllibov R.Quliyevin pornofilmlər çəkən studiyasına şərik kimi qoşulur və böyük kapital ayırır. R.Quliyev isə A.Mütəllibovun Rusiyadakı "orqan mafiyası" ilə münasibətlərini qurur. Bu, hər iki şəxs arasındakı sonrakı görüşlər bir sıra ölkələrdə - Rusiya, Fransa, İngiltərə, Almaniya, ABŞ, Ukrayna, Belarus və s. keçirilmişdir. A.Mütəllibovla R.Quliyev arasında ən "möhtəşəm" görüş 2003-cü ilin sentyabr ayında Ukraynanın Kiyev şəhərində baş tutub. Onlar Kiyevdə "Prestije Restaurant" da təxminən dörd saat yeyib-içdikdən sonra Kiyevdən kənarda yerləşən turizm zonalarından birinə yollanaraq üç gün bir yerdə olublar. Məhz bu görüşdə R.Quliyev A.Mütəllibova "Vladi" deməyə məcbur olub. Əldə olunan informasiyalara görə, onlar 2003-cü ilin oktyabrında prezident seçkilərində qələbə qazanacaqlarına çox inanırdılar və bu münasibətlə bir-birilərinin "şərəfinə" içirdilər. Bu, olduqca dəqiq məlumatdır. Çünki Azərbaycanda 2003-cü ilin oktyabr ayının 4-də İsa Qəmbərov prezident seçkilərində guya qazanacağı "qələbə"ni on gün əvvəldən öz məsləkdaşları ilə birlikdə rumka-rumkaya vuraraq, qeyd edirdi. İçki boğazında qaldı.
Bundan sonra A.Mütəllibovla R.Quliyev, demək olar ki, bir ildə təxminən beş-altı dəfə görüşüblər. Bu görüşlərin əsas mövzusu Azərbaycanda təxribat yaratmaqdan, maliyyə vəsaiti buraxmaqla Müsavat -AXCP (i) əli ilə anarxiya törətməkdən, Rusiyadakı, ABŞ-dakı və Avropa ölkələrindəki bizneslərini genişləndirməkdən, yəni biznes sahələri qurmaqdan, ermənilərin əli ilə Azərbaycan radikal müxalifətinə dəstək verməkdən ibarətdir. 2010-cu ildə R.Quliyevlə A.Mütəllibov arasında beş dəfə görüş baş tutub ki, onun ikisində R.Quliyev Rusiyada A.Mütəllibova məxsus "Aqan" restoranında, o birilərində isə A.Mütəllibov Ukraynaya gələrək, burada onunla görüşübdür.
Məlumata əsasən, 2011-ci ilin mart ayında Fransada İ.Qəmbərov və R.Quliyev arasında da görüş olacaq.
R.Quliyevlə A.Mütəllibovun bütün bu görüşlərində hansı məsələlərin müzakirə olunduğu, hansı məbləğdə puldan danışıldığı, Almaniyadakı "Kazino şərikliyi" haqqında növbəti dəfə...
Əsas odur ki, izləyin...