PDF Oxu

Müxalifət

  • 16

Əli Kərimovun qəzetində “sənin boyun niyə balacadır, mənimki uzun” söhbətinin “razborkası” gedir

Əli Kərimovun qəzetində “sənin boyun niyə balacadır, mənimki uzun” söhbətinin “razborkası” gedir
Siyasi müstəvidə müəyyən manevrlər edərək, imtiyazlarını təmin etmək üçün mövcud olduqlarını isbat etməyə çalışan müxalifət təmsilçiləri növbəti dəfə bir-birilərinə qarşı dayanmalı olublar. Balıq başdan iylənər məsəlinə uyğun olaraq AXCP (i) sədri Əli Kərimovun ətrafında olan şəxslər in də, zaman-zaman çirkinliklərini, insan əxlaqına ziddi olan əməllərini cəmiyyətimiz dəfələrlə müşahidə edib.
Ə.Kərimovun ətrafında oğru, quldur, fırıldaqçı, üzdəniraq insanların cəm olduğunu da, kiminsə nəzərindən kənarda saxlamaq qeyri-mümkündür. Çünki gec və ya tez 40 günə Ə.Kərimovun sifarişi ilə onun əlaltılarının nə işlə məşğul olmaları üzə çıxır. Elə bu səbəbdən də, AXCP (i)-nin mətbu orqanı olan "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin özünə məxsus əməlləri ilə Ə.Kərimovu necə təbliğ etməsini, misal göstərmək heç də ayıb sayılmaz. Amma AXCP (i)-də olanlar və olacaqlar heç də bununla bitmir. Çünki A.Xəlil biabırçılığının ardınca Ə.Kərimovun yaxın adamı, ona partiya işində köməkçilik edən Qabil Məmmədrzayevin oğurluq yolu ilə öz havadarını necə təmin etdiyi faktı üzə çıxdı. Məlum oldu ki, Q.Məmmədrzayev A.Xəlilin "etdiyi" dilə gəlməsi belə utancverici bir hərəkətindən sonra onu kölgədə qoymağı düşünürmüş. Elə bu məqsədlə də, Ə.Kərimovun xeyir-duası ilə azyaşlı uşaqlara zor tətbiq edib, onları böyükləri evdə olmadığı hallarda yaşadaqları evlərinin qapısını açmağa təhrik edən Q.Məmmədrzayev ayrı-ayrılıqda bir neçə dəfə bu iyrənc əmələni təkrar edib. Məhz bu cür yollarla əldə edilən qənimətlərin müqabilində "qazandığı" pullarla havadarı Ə.Kərimovun imtiyazlarını təmin etməyə çalışan Q.Məmmədrzayev az keçmədi ki, ifşa olundu.
Nəzərə almaq lazımdır ki, AXCP (i)-də bu iyrənciliklər A.Xəlilin, Q.Məmmədrzayevin "hərəkətləri" ilə bitmədi. Aradan bir müddət keçməmiş Ə.Kərimovun qəzetinin baş direktoru Azər Əhmədovun "əxlaqi keyfiyyətləri" ortaya çıxdı və məlum oldu ki, AXCP (i)-də hələ nələr baş verib. Bundan sonrasını isə gözləməmək, sadəcə, obyektivlik olmazdı. Elə bu zərurətdən də, AXCP (i)-də yaranmış bir neçə aylıq sükutu yenidən qurumun mətbu orqanı funksiyasını yerinə yetirən "Azadlıq" qəzeti pozmuş oldu. Artıq bir neçə gündür ki, AXCP (i) rəhbərliyi səviyyəsində münasibət bildirilən "Azadlıq" qəzeti daxilində baş verən çəkişmələr, eyni zamanda, adıçəkilən mətbu orqanın səhifələrində də özünü büruzə verir. Amma bu utancverici olaya hələ ki, nə AXCP (i) rəhbirliyi, nə də ki, "Azadlıq" qəzetinin baş redaktorluğu səviyyəsində dur deyən tapılmır ki, tapılmır. Necə ola bilər ki, cəmiyyətə informasiya ötürmək, onu maarifləndirmək, əyləndirmək funksiyasını yerinə yetirən bir qəzetin səhifəsində onun iki əməkdaşının münaqişələri əks olunsun? Axı bu hal heç bir məntiqlə və açıqlama ilə izah oluna bilməz. Eyni zamanda, bu, bizim mental dəyərlərimizə də zidd gedən bir tendensiyadır. Hər bir kollektivdə, idarə, və müəssisədə müəyyən insanlar arasında narazılıqlar, hətta mübahisələr ola bilər. Bu, təbii bir haldır. Çünki insanların hamısı eyni düşüncəni paylaşmır. Sadəcə olaraq, bu cür məsələləri bir otaq çərçivəsindən kənara çıxarmaq ayıbdan başqa şey sayıla bilməz. Görünür ki, nə AXCP (i) rəhbərliyi, nə də ki, "Azadlıq" qəzetinin baş redaktorluğu ayıb məsələsində bir qədər gözləmə mövqeyindədirlər. Onlar gözləyib qərar verənə qədər isə Qan Turalı və Elnur Astanbəyli öz köşə yazılarında bir-birini tənqid etməklə, fəaliyyətlərindəki çatışmazlıqları və təzadları analiz edib buna müxtəlif mənalar yükləməyə ictimailəşdirməkdə davam edəcəklər. Bu hal isə istər-istəməz diqqət çəkməklə yanaşı, insanlarda ikrah hissi ilə qarşılanır. Amma çox maraqlıdır ki, qəzet rəhbərliyi bu atışma barədə nə düşünür? Bəlkə onlar bu cür hoqqabazlıqlarla süni qalmaqallarla, qəzetlərinin tirajını artırmaq üçün bir plan hazırlayıblar?
"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid isə sanki hansısa bir döyüş səhnəsini izləyirmiş kimi, sonradan-sonraya mövqe bildirməklə, bu halın görsəniş kimi maraqlı ola bilməsini vurğulayıb. O, eyni zamanda, qəzetin iki əməkdaşının polemikaya girməsini, bir-birinə qarşı arqumentlər irəli sürməsini onların hüququ kimi qiymətləndirsə də, sonradan qəflət yuxusundan ayılaraq, buna qarşı çıxmağı da düşündüyünü bildirib. Qeyd edib ki, bu insanların buna hüququ ola bilsə də, hesab edirəm ki, belə bir şey daha təkrarlanmayacaq. "Yazarlara bu cür məsələlərə son qoymaq üçün xəbərdarlıq edəcəksinizmi" sualını isə Q.Zahid fərqli formada cavablandırıb. Bildirib ki, onların yazılarını qəzet səhifələrindən çıxaranda, biləcəklər ki, daha yazmaq olmaz. "Ümumən, jurnalist və qəzet arasında polemikaların qəzet səhifəsində aparılmasının tərəfdarı deyiləm. Öz aralarında çay içib söhbət etsinlər, fikirlərini də bölüşsünlər. Başqa peşə sahibləri günahkardırmı ki, öz qəzetləri yoxdur? Əgər bu cür polemikalarda ictimai motiv olsa, davam edə bilər. Amma "sənin boyun niyə balacadır, mənimki uzun" tipli söhbətlər qəzetə daşınmamalıdır və bu, təqdir olunmur".

Digər xəbərlər