PDF Oxu

Müxalifət

  • 15

Ağacı içindən yeyən qurdlar

Ağacı içindən yeyən qurdlar
Radikal müxalifət düşərgəsində Müsavat partiyasının parçalanmasından istifadə edən bir sıra partiya sədrləri qarşılarına yeni məqsədlər və iddialar qoymaqdadırlar. Xatırladaq ki, bir müddət öncə, Müsavatdan istefa verən funksioner və sıravilərin AXCP (i)-yə transferi sırasında Əli Kərimov tərəfindən "verbovka" əməliyyatı keçirilmişdir. Eyni zamanda, onun bu cür əməllərini təkrar etmək istəyən digər partiya sədri - "Ümid" adlı siyasi təşkilatın rəhbəri İqbal Ağazadə də mövcuddur. Daha dəqiq desək, Ə.Kərimovun "ana müxalifətçilik" arzularını puç etmək istəyən İ.Ağazadə ADP sədri Sərdar Cəlaloğlu ilə danışıqlara girərək, anti-"Yurd" kampaniyasına start veriblər. Buna misal olaraq, onların "Qarabağ" adlı qurum yaratmaları və bu qurumda bir neçə "cırtdan" partiyaların cəmləşməsini göstərmək mümkündür. Eləcə də, bu gün hazırda "Qarabağ" blokuna cəlb olunmaq üçün "sağçılığından" və ya "solçuluğundan" asılı olmayaraq, bütün "cırtdan" partiyaların sədrləri ilə danışıqlar gedir. Həmin danışıqların arxasında bol-bol vədlər, imtiyazlar və səlahiyyətlər dayanır. Təbii ki, İ.Ağazadə burada şəxsi partiyasının şəxsi büdcəsindən istifadə etmək fikrində deyil. Çünki onun qurduğu şəxsi biznes arxasında qazanılan gəlirlərin hansısa siyasi məqsədlərə xərclənməsi ona sərf etmir. Onu da xatırladaq ki, hələ parlament seçkiləri öncəsi İ.Ağazadə S.Cəlaloğlunu da bu minvalla özünə "tərəfdaş" kimi cəlb etdi. Ona görə də, xüsusilə, vurğulamaq mümkündür ki, İ.Ağazadənin gizli beynəlxalq anti-Azərbaycan qüvvələri ilə təmasları mövcuddur. Yəni, onlardan bəhrələnməyə çalışan "Ümid" sədri bütün hallarda vədlər qarşılığında yuxarıda qeyd olunan məsələni reallaşdırmağa cəhd edir. Lakin buna baxmayaraq, AXCP (i) daxilində də İ.Ağazadənin fəndlərindən xəbərdar olanlar var. "Ümid" sədrinin şəxsi keyfiyyətlərinə də bələd olan Ə.Kərimov, onun sözün əsil mənasında, fırıldaqçı olduğunu hər yerdə bəyan edir. Bu məqsədlə özünə yaxın bildiyi adamları S.Cəlaloğlu "kruquna" emissar kimi göndərib, orada təxribatçılıq yaradır. Onu da qeyd edim ki, S.Cəlaloğlu "kruqu" dedikdə burada "Təkamül" və "Tərəqqi" kimi cırtdan partiyalar nəzərdə tutulur.

Digər xəbərlər