PDF Oxu

Müxalifət

  • 15

Əli Kərimov “siyasi kursunu” dəyişir?

Əli Kərimov “siyasi kursunu” dəyişir?
Radikal düşərgədə cərəyan edən hadisələr, eləcə də, qarşıdurmalar mətbuat səhifələrində müxtəlif mənalarda ictimaiyyətə çatdırılsa da, nəticə etibarilə, deyə bilərik ki, həmin qarşıdurmaların və ziddiyyətlərin başlıca səbəbi müxalifət düşərgəsindən silinməmək cəhətləridir. Eyni zamanda, burada başqa bir amil də mövcuddur ki, həmin amil "ana müxalifətçilik" kimi faktorun şişirdilməsidir. Yəni, məhv olmuş vəziyyətlərinə, xalqın gözündə düşük obrazda görünmələrinə rəğmən dağılıb parçalanmaqda olan partiya sədrləri aparıcı müxalifət partiyası olduqlarını iddia edirlər. Həmin partiya sədrlərindən biri də AXCP (i) sədri Əli Kərimovdur.
İctimaiyyətdə ayağısürüşkən, qeyri-ciddi, ümumiyyətlə, heç bir məntiqə sığmayan sözləri və ifadələri ilə yadda qalan Ə.Kərimov yenidən bu "prinsipinə" sadiq qalmaqdadır. Onun Müsavat partiyası başda olmaqla, digər radikal siyasi təşkilatların parçalanmasında xüsusi rolu vardır. Lakin o, bunu elə-belə etmir, daha dəqiq desək, siyasi qurumları parçalayıb, həmin qurumların azsaylı elektoratlarını öz ətrafında cəmləşdirmək fikrinə düşüb. Ancaq bu, belədirmi?
Bu sualın cavabını yalnız belə vermək olar: Ə.Kərimov yuxarıda sadalanan fikirlərdən başqa daha bir neçə xüsusiyyətlərə malikdir. Məsələn, onun bir sıra hallarda mənəviyyata sığmayan hərəkətləri də heç kəsə sirr deyildir. Hələ 2003-cü il prezident seçkilərində AXCP (i) sədrinin növbəti pərdəarxası məqamları ortaya çıxmışdır. Həmin məqamlardan biri də Müasir Müsavatın partiya qərargahının qarşısında "mavilər ordusunun" toplaşaraq, onu müdafiə etməsidir. Xatırladaq ki, o ərəfələrdə Ə.Kərimovun bu tipli xəstə insanlara xüsusi hörməti var idi. (Yəqin ki, indi də o, bu hörməti həmin insanlara saxlayır - R.R). Bu hörmət, sözsüz ki, durduğu yerdə yaranmayıb və onun arxasında Ə.Kərimovun "mavilər"ə qarşı simpatiyası dayanır. Əslində, bu xatırlatmanı elə-belə etmədik. Çünki bu məsələ ictimaiyyətdə narazılıq və ajiotaj yaratsa da, onun tərəfindən nədənsə heç bir təkzib verilmədi. Nəticədə AXCP (i) sıralarında mənəviyyatlarının ləkələnməsini istəməyən, eyni zamanda, sağlam düşüncələrini bərpa edən insanlar kütləvi surətdə istefalara getdi. Məhz bu səbəbdən də bu gün Ə.Kərimovun bu və ya digər formalarda "ana müxalifətçilik" obrazı heç nəyə yaramır. Eləcə də, özünü və hisslərini idarə edə bilməyənin hər hansısa bir idarəçilik sistemində təmsil olunması da qeyri-normaldır. Belə çıxır ki, əgər AXCP (i) sədri istər öz partiyasında, istərsə də, digər partiyaların qarşısında özünü lider hiss edirsə, demək, onun ətrafında cəmləşənlər də, bilavasitə, öz hisslərini cilovlaya bilməyən, açığı desək, "maviliyə meyilli" insanlardırlar.
İndi seçim etmək qalıb həmin insanların öz abır-həyalarına. Əgər həqiqətən də, özlərində bir balaca mənəviyyat və ya qeyrət hiss edirlərsə, onlar bu ayağısürüşkən adamın yanından dərhal uzaqlaşmalıdırlar. Əks halda, onun zəiflik hissləri bütün mənalarda onlara da sirayət edər.
Bu gün radikal müxalifət düşərgəsindəki dağınıqlıq və parçalanma prosesindən yetərincə yararlanaraq, bütün rıçaqları ovcunda tutmağa cəhd edən "Yurd" şefi, görünür, Avropa dövlətlərində belə bəyənilməyən yeni partiya - "mavilər partiyası" yaratmaq fikrinə düşüb. Əgər həqiqətən də, bu fikirdədirsə, onda ona bir söz deməyimiz qalıb: XEYİRSİZ OLSUN!

Digər xəbərlər