PDF Oxu

Müxalifət

  • 11

Sözdə birləşmə oyunu müxalifət üçün qarşıdurma tezisinə çevrilib

Sözdə birləşmə oyunu müxalifət üçün qarşıdurma tezisinə çevrilib

Səbəblər və nəticələr bəlli olmadıqca, çürümənin məğzi niyə gizlədilir?
Maraqlar və iddialar üzərində bərqərar olmaq iddiasında olan müxalifət hər saniyə sonluğa doğru yaxınlaşır. Gerçək dəyərlərdən tamamilə uzaq düşmüş, loyal prinsiplərlə idarə olunan müxalifət üçün yekun nəticə göz qabağındadır. Sadəcə olaraq, bütün olub keçənləri bir kənara atıb birləşərək, bir mərkəz olacaqlarını bəyan edən müxalifət yetkililərinin səsləndirmiş olduqları qeyri-ciddi bəyanatlar birmənalı şəkildə mərkəzdənqaçma oyununa xidmət edir. Bu oyunun oyunçuları və icraçıları arasında isə yarı gizli, yarı aşkar mübarizə gedir. Eyni zamanda, bu oyunlara transfer olunmuşlar da, hiddət və mərəzin bir addımlığındadırlar. Əsəblər tarıma çəkilib, gözlər bir neçə ünvana dikəlib, icraçılar isə öz havlarındadır. Məhz belə bir məntiq isə acı sonluqdan qaçmağın mümkünsüzlüyünü özündə ehtiva etmiş olur. Ona görə də, müxalifət düşərgəsində yuxarılar aşağıları, aşağılar da yuxarıları eşitmir. Bir-birinə qarşı kar olmaq, kor olmaq tendensiyalarından, əl tutmamaq, salam verməmək kimi amillərdən, sözünü özün deyib, özün eşidirsən formasındakı mən səni eşitmək istəmirəm, sən danışsan da, burada bəziləri kənara işləyir formasında oxşar replikalar yekunda alışmaqda olan barış çəlləyi üçün bir kibrit çöpü oldu. "Sən məni saymırsansa, mən səni heç dünəndən saymıram və yaxud İsa Qəmbərovun nazı ilə çox oynamalıydım? Müsavat Arif Hacıyevin dədə malı deyil ki? Burada məndən çox əziyyət çəkən yoxdu, onu yuxarı başa çəkilənlər isə başqalarıdır" deyən İbrahim İbrahimli, Sülhəddin Əkbər kimilərin dalınca da, qabağınca da Müsavatdan gedənlər obrazdan çıxmağın məqamını indi seçmişdilər. Məntiq və düşüncə, qavramaq, söz eşidib, kəlmə kəsmək insan üçün normal bir şeydir. Eyni zamanda bütün yaradılmışların ən alisi olan insan digər canlılardan düşünüb qərar verə bilmək xüsusiyyətlərinə görə də üstün mövqedədir. Əks halda Azər Əhmədov kimi "qidalanmaq" tendensiyası, insanlar istisna olmaqla digər canlılara da xas olardı. At kimi yeyib, it kimi yaşamaq və yaxud "padval" düşüncəsi... nə dərəcədə real və abstrakt deyimdir. "Dostunu mənə göstər, sənin kimi olduğunu deyim" atalarımız bu sözü boş-boşuna deməyiblər.

Dostu Azər Əhmədov olan qonşunun qızı evdə qarıyarmış

Çoxluqdan yaranan zərurətlər həmişə düşüncəsizlik sindromu ilə nəticələnir. Xəstə insan isə həmişə dərmandan, həkimin onun qan təzyiqini ölçdükdən sonra immunitetinin yüksəlməsindən danışar. Analoji halı müxalifətə aid etmək və faktı demək, zənnəimcə, elə də qəbahət bir şey sayılmır. Misal olaraq İsa Qəmbərov öz "qan dövranını" buralarda ölçdürmür. O demək deyil ki, o, bizim səhiyyəmizə etibar etmir. Sadəcə olaraq, onun "qan təzyiqinin" aşağı-yuxarısını təyin edən cihazlar bizdə yoxdur və ola da bilməz. Həkimi Aram Manukunyan olanın, təzyiq aparatı da, kor nalbənd olacaq. Deyəsən, İsa "bəy"in türkün sözü tansuyonu yaman yüksəlib. Axı o son günlər çox gərgin, yanaqları qızartılı, sanki əzizləri üçün çox darıxırmış kimi görünür. Amma darıxmasın, Manukunyan "qağası" onun üçün elə bir dərman tapıb ki, daha bundan sonra onun çətin ki, başı-gözü ağrısın. Maraqlısı isə odur ki, İ.Qəmbərov, öz dərdi bir yana qalsın "dostu" Əli Kərimov üçün də narahat görünür. Öz aramızdır, dünənə qədər bir-birinin sifətini görəndə, arxa çevirən iki şəxs indi yaman rəfiqləşiblər. İ.Qəmbərovu bilmirəm, Ə.Kərimov bu rəfiqlik işində professionaldır. Fakt bunu deyir. Çünki o, A.Əhmədovla Aqil Xəlilə elə dərs keçmişdi ki, axırda da "podrujka" olmuşdular. Yenə də, nəticə göz qabağında idi. İndi onların biri Fransada, biri də, Allah bilir harda özünə yeni "rəfiqələr" axtarır.

Əli Kərimov İsa Qəmbərova nə öyrədə bilər ki?

Bir müddət öncə, İ.Qəmbərovun Müsavat partiyası ilə Ə.Kərimovun AXCP (i)-sinin birləşdiriləcəyi, birləşmiş partiyaya isə kimin sədr qoyulacağı məsələsi üstündə düşüncələrə qərq olmuşları İbrahim İbrahimlinin, Sülhəddin Əkbərin, Qabil Hüseynlinin, Adil Qeybullanın istefaları sanki yuxudan oyatdı. Məlum oldu ki, bu birləşmə məsələsi, sadəcə olaraq, bir sözdür və onlar da bu sözü söz kimi müzakirə etməkdən başqa heç nə edə bilməzlər. Bunu Müsavat partiyasını tamamilə öz kurasiyasına almış Arif Hacıyev də, Ə.Kərimovun yanında qalmış sonuncu şəxs olan Fuad Qəhrəmanlı da etiraf ediblər. Elə Kərəmi də, bu yerdə ağlamaq tutmuşdu ki, Əsli nəysə... Müsavatda baş verən seyrəlmələri göz yaşları ilə qarşılamaq niyyətində olmadıqlarını açıq şəkildə bəyan edən cəbhəçilər, hətta onlara çıxış yolu kimi partiyanı buraxmağı da tövsiyə ediblər. Bu yanaşmadan da belə çıxır ki, Ə.Kərimov İ.Qəmbərovdan yaxşı "oğlandı" ki, müsavatçılar onun ətəyindən yapışsınlar? Öz növbəsində isə, A.Hacıyevin F.Qəhrəmanlını yuxulu adlandıraraq, ona bir qədər ayıq olmağı və söz deyəndə, bir müddət fikirləşməyi tövsiyə edib. Amma nə fayda ki, müxalifətdə kimdi tövsiyəyə qulaq asan?! Kimin ağlına nə gəldi onu edir və deyir. Belə məntiqin nəticəsi isə elə bu cür olur. Yarıçılpaq, başı keçəl, burnu havada olan müxalifətə, görəsən, peyvənd olunsa, sağalar?

Digər xəbərlər