PDF Oxu

Müxalifət

  • 17

Yusif Bağırzadə - AMİP-in ən bədbəxt sədri

Yusif Bağırzadə - AMİP-in ən bədbəxt sədri
Qaragüruhçu Müsavat-AXCP (i) cütlüyünün səfehliyindən yaranan "İctimai Palata" müxalifətdaxili ziddiyyətləri, "başbilən"ləri, onların əlaltılarını, oyuncağa çevrilən "siyasətçi"ləri bir daha üzə çıxardı. Yaradılan "İctimai Palata"nın kordinasiya şurasına daxil olan 9 üzvdən heç birisinin ağlı başında deyil. Özünü "ağıllı", "uzaqgörən" göstərən isə Müsavat və AXCP (i) rəhbərləridir. Buraya daxil olan üzvlər isə onların əlində "alət"dən başqa bir şey deyil. Yəni istifadə olunub atılan "alət". Məsələn, AMİP sədri Yusif Bağırzadə kimi.
O, nə üçün partiya sədri olduğunu, kimi və nə üçün müdafiə etdiyini, hansı "birliy"ə üzv olduğunu heç özü də bilmir. Əgər təhlil aparsaq, görərik ki, indiyə qədər AMİP sədrləri içərisində ən fəaliyyətsizi və bədbəxti Y.Bağırzadədir. Etibar Məmmədovun dönəmində AMİP az-çox nəzərə çarpırdı, arabir təkliflərlə çıxış edirdi və partiyanın azdan-çoxdan üzvləri də var idi. Onun vətənə, partiyaya xəyanətləri aşkar olunduqda, partiya iki funksiyasından birini - sosial bazasını itirdi. E.Məmmədovun yaxın qohumu Əli Əliyev AMİP-ə sədr gələndə, partiya birmənalı şəkildə parçalandı. Düzdür, Ə.Əliyev AMİP-i dirçəltməyə cəhd etdi. Amma bu, səmərə vermədi. Çünki "zərbə" E.Məmmədovdan dəyirdi. AMİP-in hazırkı sədri Y.Bağırzadə isə partiyanı tamamilə özündən betər fərsizlərin əlaltısına çevirdi. Bu, heç kəsə sirr deyil ki, Y.Bağırzadəni ictimaiyyət, ümumiyyətlə, tanımır. Sual olunur, görəsən, Y.Bağırzadə nə üçün aktiv deyil, sadəcə, Müsavat haradadırsa o da ordadır. Cavab aydındır. Çünki Müsavat başqanı İsa Qəmbərov Y.Bağırzadəyə yağlı "vəd"lər verib. Bu "vəd"lərin əsasında AMİP-in xaricdən maliyyələşməsi məsələsi durur. Ondan sakit durması, Müsavat-AXCP (i)-nin kölgəsinə çevrilməsi hər şeyə "hə" deməsi tələb olunur. Bunun əvəzində isə, 2011-ci ildə AMİP-in Müsavat-AXCP (i)-nin əli ilə "yüksək" səviyyədə maliyyələşəcəyi sözü verilib. Təbii ki, Y.Bağırzadəyə pul lazımdır, bunu da ki, ona vəd ediblər. Həm də Y.Bağırzadə də uşaq-zad deyil. O bilir ki, İ.Qəmbərov və Ə.Kərimov pulu erməni təşkilatlarından alır. Bəs görəsən, o niyə erməni puluna can atır, o da erməni pulunu yemək istəyir? Çünki o da digər radikallar kimi qeyrətsizdir. O da şəxsi qeyrətini milli qeyrətindən üstün tutur. Ermənipərəst müxalifətçilərin sırasına Y.Bağırzadə kiim bir nəfər də simasız qoşuldu.
2011-ci ildə İ.Qəmbərovun erməni təşkilatlarından pul almaq üçün təqdim etdiyi partiyalar sırasında xalq partiyasından sonra AMİP durur. Göründüyü kimi, İ.Qəmbərov müxalifət partiyalarını bir-bir ələ alır, onları yırtıcıya çevirir və sonda ermənilərin qucağına atır.
Mən demişəm, yenə də deyirəm ki, İ.Qəmbərov ermənilərlə daha yaxın olmaq istəyirsə, ya oğluna erməni rəhbərlərindən birinin qızını alsın, ya da ki, əksinə. Kim nə deyir desin mənə. Bu, onun üçün ən böyük "ləyaqət" olar.
Yanvarın 28-da "İctimai Palata"nın keçirəcəyi iclasa bütün hazırlıqları Y.Bağırzadə görür. Onun üzünü partiyada heç kəs görmür. Bütün günü Müsavat qərargahında keçir. İ.Qəmbərovun "sənəd"lərini daşıyır, sözünü aparır, bir sözlə, poçtalyonluq edir. Gör nə vəziyyətdədir ki, Arif Hacıyev Y.Bağırzadədən istifadə edir. Arif "bəy" Y.Bağırzadəyə o qədər acı təsir bağışlayıb ki, o, bu yaxınlarda deyirmiş ki, A.Hacıyev özünü xüsusi xidmət orqanının rəhbəri kimi aparır. Y.Bağırzadənin "başqan"ın "orası"na düşməsinə pis baxmıram. Çünki AMİP partiya kimi mövcud deyil, partiyada heç bir iş görülmür, heç kəs AMİP-ə gəlib-getmir.
Ən əsası AMİP-in üzvləri, demək olar ki, sıfıra enib.
Yazıqlar olsun sənə Yusif "bəy"...

Digər xəbərlər