Hər şeyin ifrat formasını genetikasına yeridən radikallar bu gün də "qurduqları" xarici əlaqələri ilə fəxr edirlər. Radikal müxalifətin İngiltərə, Fransa, Almaniya, ABŞ, İran, İraq və başqa ölkələrdə fəaliyyət göstərən terrorçu təşkilatlarla sıx əlaqələri var və bu "əlaqələr" radikal müxalifətin maliyyələşməsini təmin edir.
İsa Qəmbərovun "PKK" və "ASALA" ilə əlaqələri
Məlumdur ki, "ASALA" XX əsrin ikinci yarısında təkcə ABŞ-da 12 türk diplomatını, 30 türk biznesmenini xüsusi metodlarla qətlə yetirmişdir. "ASALA" terror təşkilatının hazırda dünyanın 102 ölkəsində böyük dayaqları var. Keçən əsrlə müqayisədə "ASALA" bu gün əsasən dövlətlərin siyasi partiyalarını ələ almağa daha çox cəhd edir və demək olar ki, buna da nail olur. Heç şübhəsiz, bu siyasəti pul vəsaitilə həyata keçirir. Təsadüfi deyil ki, Azərbaycanın bir sıra müxalifət partiyaları-Müsavat, AXCP (i), ADP, AMİP bu terrorçu təşkilatın "tərəfdaş" siyahısındadır. Digər partiyalar da, məhz Müsavat vasitəsilə bu təşkilatla əlaqə qurublar. Müsavat başqanı İsa Qəmbərov 1995-ci ildə "ASALA" ilə tam "rəsmi" və "məxfi" tərəfdaşlıq sazişi imzalayır. Düzdür, onun bu təşkilatla bundan əvvəl də əlaqəsi olub. 1992-ci ildə İ.Qəmbərov "ASALA", o cümlədən, digər erməni təşkilatları ilə "sıx münasibətlərini" açıq-aşkar bəyan edirdi. Təsadüfi deyil ki, müsavatçılar 1995-2003-cü illəri Müsavatın "tərəqqi" dövrü adlandırırlar. Çünki təkcə 2000-ci il parlament seçkiləri ərəfəsində "ASALA" İ.Qəmbərova 300 min dollar pul ayırmışdı. Əgər 2003-cü ilə qədər hesablasaq, Müsavat 1995-2003-cü illərdə "ASALA"-dan ən azı 6 dəfə pul alıb. Hər "yardımı" ən azı 200 min dollardan hesablasaq, 7 ildə 1 milyon 400 min dollar pul alıb. Məhz bu gün onun nəticəsidir ki, İ.Qəmbərovun oğlu Londonda restoran sahibidir. Onun nəticəsidir ki, bu gün İ.Qəmbərovun təkcə Bakı şəhərində müxtəlif qohumlarının adına aldığı 5 evi, 1 villası var. Vaxtilə Azərbaycanda İ.Qəmbərovun göstərişi ilə qətlə yetirilən insanlar haqqında 1993-cü ildə, ilk dəfə olaraq, məhz "ASALA"-ya xidmət edən xarici mətbuat yazmışdı.
İ.Qəmbərov təkcə "ASALA" və "PJK" ilə deyil, müxtəlif təxribatçı qruplarla da "əməkdaşlıq" edir. Belə ki, onun erməni ümummilli konqresinin rəhbəri Aram Manukyanla Almaniyada bağladığı müqavilə də İ.Qəmbərovun "ASALA", "ÇKAC" və "PJK" ilə əlaqələrinin tərkib hissəsidir. Bu gün həmin terrorçu təşkilatların QHT-ləri, "humanitar" təşkilatları yaradılıb. Təbii ki, bu da aysberqin görünən tərəfidir. Ona görə də maliyyə mənbələrinin, "dayaq"ların əsas mənbəyini nəzərdən qaçırmaq üçün bu "humanitar" təşkilatlar vasitəsilə müxtəlif partiyalara, xüsusən, İ.Qəmbərova külli miqdarda pullar ayrılır.
Etibar Məmmədovun xarici qüvvələrlə yararsız münasibətləri
90-cı illərdə E.Məmmədov xaricdən "dəstək" alan əsas adamlardan idi. İlk olaraq, ona "etimad" göstərildi, lakin sonralar ona verilən pulların məbləği azaldı. Həmin vaxt E.Məmmədov ən azı 3 aydan bir qrantlar alırdı. Bu qrantları partiya, siyasi ideologiya üçün yox, özünün şəxsi maraqlarına sərf edirdi. Loru dildə desək "pulları yığırdı". İndi isə həmin pulları özünə geniş biznes yaradıb. Tikinti materiallarını satan böyük obyekti və Türkiyədə "Supermarketi" var. O vaxt E.Məmmədov etiraf etmişdi ki, İngiltərənin "WEST MİNİSTER" fondundan 123 min dollar pul alıb. Bu fonda pullar müxtəlif təşkilatlardan daha çox ekstremist qruplardan daxil olurdu. E.Məmmədovun yarıtmaz siyasətinin nəticəsidir ki, AMİP hələ də düşdüyü bataqlıqdan çıxa bilmir. O, AMİP sədri olanda, partiyanı elə təxribatçı təşkilatlardan asılı vəziyyətə salıb ki, bu gün AMİP-in müstəqil fəaliyyəti qeyri-mümkündür. Əsas məsələ odur ki, E.Məmmədov xarici qüvvələrin, xüsusilə, erməni lobbisinin maraqlarını qoruyanda xırda səhv etdi. Buna görə də, qısa vaxtda özünə fəxri sədr statusu verdirərək, partiyadan getdi. Daha doğrusu, xarici sifarişlə AMİP-dən qovuldu.
Əli Kərimovun "ÇKAC"-la əlaqələri
AXCP (i) sədri Əli Kərimov yeganə radikallardandır ki, bütün varlığı ilə ermənilərə satılıb. O erməni terror təşkilatı olan "ÇKAC"-la əlaqələrini Türkiyədəki, Fransadakı əlaqələri vasitəsilə qurub və özünü tamamilə onların qucağına atıb. Vaxtilə Türkiyədə Ə.Kərimov haqqında "Qladionun türk tətikçisi" adlı kitab yazılanda kitabın müəllifi Doğan Yurdakula qarşı hücumlar başladı, təzyiqlər olundu. Maddi yardımların birbaşa Türkiyədən Ə.Kərimova edilməsi də təsadüfi deyil. Çünki həmin qüvvələr Azərbaycan-Türkiyə dostluğundan narahatdırlar və bu dostluğa mane olmaq, düşmənçilik yaratmaq niyyətindədirlər. Ancaq məkrli cəhdlərə baxmayaraq, bu gün də Azərbaycan və Türkiyə qardaş olaraq qalır, bundan sonra da belə olacaq. 1992-ci ildə birbaşa "ÇKAC"-ın göstərişi ilə Ə.Kərimov Azərbaycanda bir neçə demokratik adamı öldürtdürdü və bu cinayətə "müəmmallı ölüm" adı verildi. "ÇKAC" erməni təşkilatı bu gün Ə.Kərimovun güvəndiyi əsas yerdi. Məsələ burasındadır ki, "ASALA", PJK, "ÇKAC" və digər terrorçu təşkilatlar eyni mənbədən idarə olunur. "ÇKAC" Ə.Kərimova xüsusi "rəğbət" bəsləyir. Çünki indiyə qədər Ə.Kərimov onun bütün "tapşırıqlarını" canla-başla yerinə yetirib və "mükafat" alıb. Ə.Kərimov ermənilərin ən çox inandığı adamdır. Buna görə də, o, hələ o vaxt erməni rəhbərləri tərəfindən müvafiq erməni terror təşkilatlarına "təqdim olundu". Ə.Kərimov ən çox mühafizəçisi olan müxalifətçi partiya sədridir. 1998-2003-cü illər Ə.Kərimovun cəbhəçilərin təbirincə desək, "ən məhsuldar" dövrü idi. Belə ki, bu illər ərzində o külli miqdarda qrantlar almış, "missiyasını" canla-başla yerinə yetirmişdir. Lakin 2003-cü il, digərləri kimi, Ə.Kərimovu da siyasi səhnədən sildi. Bu zaman prezident seçkilərində onların acı məğlubiyyəti birdəfəlik olaraq onların "karyerasına" son qoydu. "ÇKAC" Ə.Kərimova müxtəlif yollarla "dəstək" verir. Bu yollar onlar üçün "məxfi", bizim üçün isə açıqdır. Bir faktı qeyd edim ki, bir neçə il bundan öncə, Ə.Kərimov xarici pasport almağın davasını edirdi və gecə-gündüz hürürdü ki, mənə xarici pasport vermirlər. Bəs indi nə üçün dinmir? Çünki bu həmin vaxt "ÇKAC"-ın Ə.Kərimova əmri idi ki, səs-küy salsın bunun üçün pasport əsas bəhanə idi. Bu yaxınlarda əldə etdiyimiz məlumata əsasən, Ə.Kərimov bu il ermənilərlə əlaqələrini "möhkəmləndirəcək". Lakin ona da ümid itib. Ona görə də, Ə.Kərimovun arzuları puç olacaq. Puç olmayan, daima yeniləşən və hər cür bir çalar alan şərəfsizliyi olacaq.
Sərdar Cəlaloğlunun səfirliklərə yalvarması
Sərdar Cəlaloğlunun bir neçə il bundan öncə, yazdığı kitabı ermənilər maliyyələşdirmişdir. Bunu onun özü də etiraf edirdi. Norveç səfirliyinə müraciət etdi, amma dedi ki, pul almadım. Axı heç kəs uşaq deyil. O, yetim uşaq kimi aralıqda qalıb, ona heç bir müxalifətçi yaxınına buraxmır. İsa Qəmbərov, Əli Kərimov ona qətiyyən inanmır, onun arxasınca söyür və bəzi əlaqələrini qırmağa çalışırlar. S.Cəlaloğlunun işi-gücü xarici səfirliklərə, dövlətlərə, qrant almaq üçün yazdığı layihələrdən ibarətdir. Rəsul Quliyev ADP sədri olanda, onun geniş maddi imkanları var idi. Ancaq hazırda müəyyən pərdə altında bəzi qüvvələrə "yalvarışlar" edir. S.Cəlaloğlunun bəxti onda gətirdi ki, İ.Qəmbərov və Ə.Kərimov "bəylər"lə qardaş olmadı. Yoxsa bu qardaşlığın arxasında "qurbanlar" durduğu üçün onun da boynuna bıçaq dəyəcəkdi. Əldə olunan məlumatlara görə, S.Cəlaloğlu Ə.Kərimovla "müttəfiq"dir. O, Ə.Kərimov vasitəsilə ciddi qrantlar almaq niyyətindədir. Lakin bu, İ.Qəmbərovla Ə.Kərimov arasında yenidən düşmənçilik başlayanda, baş tutacaq. Hələ ki, ona məsləhətim budur ki, oğlunun xaricdən göndərdiyi pullarla kifayətlənsin.
P.S. Hörmətli oxucular, bu yazıdakı "simalara" yaxşı baxın. Sarkisyanı üzbəüz görməsəniz də, bunları, nəinki qəzetdən, üzbəüz də görə bilərsiniz. Heç olmasa, bu erməniləri - İsa Qəmbərovu və Əli Kərimovu tanıyın.