PDF Oxu

Müxalifət

  • 15

“İctimai Palata”da çaşqınlıq

“İctimai Palata”da çaşqınlıq

Sonuncu parlament seçkilərindən sonra, seçkilərdə məğlub olmuş müxalifət təmsilçilərinin kağız üzərində formalaşdırdıqları "İctimai Palata" adlı qurum ərsəyə gəlməmiş dağılma prosesini yaşayır. Adıçəkilən qurumda fəaliyət prinsipləri bir-birinə zidd olan müxtəlif fikirli insanların cəmlənməsi əslində, "İctimai Palata"dan çox qarğa bazarına bənzəyir. Radikal müxalifət düşərgəsinə mənsub olan bir sıra qəzetlərin bu qeyri-ciddi qurum haqqında pafoslu, odlu çıxışları dərc etməsi isə quruca görüntüdən başqa heç nəyi xatırlatmır. Bəs əslində, orada nə baş verir? Bu sualın cavabını axtarmaq üçün heç bir çətinlik çəkmədən ortaya toplaşanlara səthi, ötəri nəzərə salmaq kifayətdir. İlk öncə, ictimai birlik kateqoriyasında fəaliyyət göstərəcəyini elan edən bəzi QHT rəhbərləri sonradan oraya siyasi partiya sədrlərini öz təbirlərincə dəvət etdilər. Bu dəvətdən öz şəxsi ambisiyaları üçün istifadə etmək həvəsində olanlar da "məmnuniyyətlə" həmin dəvətləri qəbul etdilər. Eləcə də, "Demokratiya Uğrunda İttifaq"a daxil olan partiyalar da bu quruma üzv oldu. Ancaq məsələ, necə deyərlər, bəribaşdan məlum idi. Yəni az müddət sonra hərə öz "ağlını", "istedadını" müxtəlif səpkilərdə ortaya qoymaqla orada hər kəsdən üstün olduğunu sübut etməyə cəhd etdi. Bununla yanaşı, bir sıra QHT-lər bütün qanunların əksinə olaraq, orada hər kəsdən üstün olduğunu sübut etməyə cəhd etdi. Bununla yanaşı, bir sıra QHT-lər, bütün qanunların əksinə olaraq, orada siyasi xarakterli mövzulara yer verməklə, iç üzlərini ifşa etdi. Belə ki, məlum olduğu kimi, QHT-lər heç bir siyasi motivlərlə çıxış etməyib bilərəkdən, bu qanunun üzərindən adladı. Və sübut etdi ki, həmin QHT-lər hansı zatıqırıq yuvanın quşlarıdır...
İstənilən halda, heç bir uğura imza ata bilməyənlərin çayxana tipli yığıncağı kimi nəzərə çarpan "İctimai Palatada" ən yaxşı halda domino-nərd oyunu gedir və bu oyunların sonu zər tutub, daş gizlətməklə nəticələnir. Yəni yumruq, şillə-təpik məsələsi ortaya çıxır. Məhz bu aktivlikdən başqa heç bir fəaliyyət göstərmək gücündə ola bilməyən "İctimai Palata"da həqiqətdə deaktivlik müşahidə olunur və bu müşahidələr nəticə etibarı ilə növbəti tənəzzülü xatırladır...

Biri gələr, biri gedər hamamda...
Bu cür təşkilatlara xalq yaradıcılığı leksionundakı bir çox ayamalardan, ibarələrdən və ifadələrdən səsləndirmək mümkündür. Çünki həmin təşkilat Məşədi İbad demişkən, bir növ hamama bənzəyir. Daha doğrusu, hamamın qapısı taybatay açıq olduğu kimi, oranın da qapısı-bacası yiyəsiz-sahibsiz qalıb. Yəni orada "bezpredel"dir. Zira, oraya gəlib gedənlərin də əsli-nəcabəti bilinmir ki, onlar kimlərdir və nəçidir. (Yəqin ki, oraya gedənlər həm də çimib kisələnmək, illərlə yığılıb qalmış kir-paslarından təmizlənmək istəyirlər. - R.R.) O cümlədən də, "KXCP" sədri Mirmahmud Fəttayevin partiyadaşları kimi. Məsələn, "DUİ"-də toplaşanların yarısı adıçəkilən palatada qalmaq, yarısı isə qalmamaq istəyindədirlər. Bu isə Mirmahmud bəyin xətrinə dəyir. Çünki "DUİ"-də təmsil olunanların əksəriyyəti "KXCP"-çilərdir və onların arasında ciddi narazılıqlar yaranıb. Mirmahmud bəy də əsəbləşərək "İctimai Palata"nı hamam adlandırıb. Sağ olsun M.Fəttayev. Çünki yazımın ikinci yarımbaşlığını qoymaqda "çətinlik" çəkirdim. Onun "hamam" ifadəsi məndə bapbalaca "evrika" yaratdı və bu yazının da başlığı oldu "biri gələr, biri gedər hamamda"...
Kim kimədir, kim kimə...
Bəli, necə deyərlər, hamamda avaz yaxşı gəlir. Ona görə də hərə əlinə bir tas alıb muğamül-üns oxuyur. Bu da Mirmahmud bəyi yaman əsəbləşdirir. Məsəl üçün deyir ki, "bu müzakirələrdə biz də iştirak etmişik. İndi hərə bir şey danışır..." ("Şərq" qəzeti 6 yanvar, 2011). Deyəndə ki, müxalifətin hələ də düz-əməlli birliyi olmayıb, inanmırlar. Axı M.Fəttayev hər şeyi açıq-aşkar bildirir və təsdiq edir! Əlbəttə ki, "ağıllı"-"kamallı" müxalifətçilərin ağızlarından müxtəlif cür quş səsləri çıxanda oradakı birlikdən danışmaq qeyri-mümkündür. Eləcə də, "İctimai Palata"nın hansı məzhəbə qulluq etmələri də bilinmir ki, bilinmir. Orada kim kimədir, kim kimə...

P.S. Deyirəm, ay M.Fəttayev, bəlkə şələ-şüləni yığışdırıb üzüsulu vəziyyətdə "İctimai Palata"dı nədi, bax, oradan salamat şəkildə uzaqlaşasan, hə? Yaxşı deyil ee, "ağsaqqal adamsan"...

Digər xəbərlər