Ölkəmizin ictimai-siyasi həyatında böyük önəm kəsb edən ötən ilin noyabrında keçirilən parlament seçkiləri Azərbaycanda demokratik və ədalətli seçki ənənələrinin növbəti təzahürü kimi öz təsdiqini tapdı. Seçicilər səsvermə məntəqələrinə axın-axın gələrək, prosesdə böyük aktivlik nümayiş etdirməklə, ölkəmizin demokratik imicinin daha da möhkəmlənməsinə öz töhfəsini vermiş oldular. Amma hələ də düşmüş olduqları acı məğlubiyyətin növbəti şokundan ayıla bilməyən müxalifət yetkililəri 2010-cu il noyabrın 7-də keçirilən parlament seçkilərinin onlar üçün bu dərəcədə böyük bir zərbə olacağını bilmirdilər. Parlament seçkilərində vətəndaşların birmənalı şəkildə müxalifət nümayəndələrinə yox deməsi onlar üçün heç də arzuolunmaz bir göstərici idi. Çünki müxalifətçilər hələ seçkilərdən öncə bir sıra uydurma bəyanatlar, yalan vədlər səsləndirməklə cəmiyyətin diqqətini özlərinə cəlb etmək niyyətində idilər. Məhz seçkidən sonra yaranmış real mənzərədən aydın oldu ki, müxalifət üçün növbəti acı və biabırçı məğlubiyyət onların sonluğa bir qədər də yaxınlaşmasını təmin etmiş olub. Artıq radikal müxalifətin riyakar ünsürləri məsələləri bir sıra başqa mətləblərlə bağlayaraq, özlərini sığortalamağa cəhdlər edirlər.
Müxalifətin acı və biabırçı məğlubiyyəti
Sonluğun onlar üçün bu dərəcədə acı və biabırçı məğlubiyyətlə bitəcəyini bilə-bilə müxalifət nümayəndələri cəfəng dolu ifadələrlə boşboğazlıqdan o tərəfə keçə bilmədilər. Acı məğlubiyyətin təsirindən qurtula bilməyən müxalifət yetkililəri günahı başqa mətləblərdə axtarmağa çalışırlar. Çünki radikal düşərgənin tamamilə iflic olması fonunda bu cür nəticənin olması da gözlənilən idi. İllərdir ki, cəmiyyətin adından yalan bəyanatlar verib, öz maraqlarını təmin etməyə cəhdlər göstərən müxalifətin sonluqda, məhz belə bir nəticə ilə ardıcıl olaraq qarşılaşası heç də təəccüb doğurmur. Düşmən dövlətlərin siyasi təşkilatları ilə sıx əməkdaşlıq müqabilində əldə olunan vəsaitlər kontekstindən çıxış etməklə, müxalifət cəmiyyətdən özünə qarşı yönələ biləcək bütün dəstək yollarını qapatmış oldu. Heç bir halda, cəmiyyətin diqqətinə səbəb ola biləcək bir addım atmayan və onun maraqları uğrunda səylər göstərməyən müxalifət partiyalarının sonluqda onlardan dəstək umması absurd bir məsələ idi. Bu baxımdan da, 2010-cu ilin 7 noyabr məğlubiyyəti müxalifətin sonluğa daha yaxın olduğunu yenidən gündəmə gətirmiş olur. Ayrı-ayrı vaxtlarda müxalifətin acı sonluğa daha yaxın olması ilə bağlı informasiyalar çatdırmışıq. Amma həmişə olduğu kimi, bu dəfə də, müxalifət ünsürləri öz qəbahətlərini görməzliyə vuraraq, ambisiyaları naminə min oyundan çıxmağa başladılar. Nəticə isə göz önündədir.
Erməni lobbisi müxalifətin parlament seçkisindəki məğlubiyyətindən məyus olub
Davamlı şəkildə düşmən ölkələrin, anti-Azərbaycan meyilli qüvvələrin dəyirmanına su tökən radikal müxalifətin ötən il noyabrın 7-də keçirilən parlament seçkisindəki acı məğlubiyyətini erməni lobbisi də məyusluqla qarşılayıb. Bu cür dırnaqarası təşkilatların birbaşa maliyyə və ideoloji dəstəyi ilə siyasi arenada mövqe müəyyənləşdirməkdə maraqlı olan müxalifətin acı məğlubiyyətinə özündən başqa erməni lobbisinin müxtəlif dairələrinin də üzüntü keçirməsi həqiqətləri bir daha üzə çıxarmış olur. Çünki bir müddət öncə, Müsavat başqanı İsa Qəmbərovun Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatının lideri Aram Manukunyanla qarşılıqlı əməkdaşlıq barəsində müqavilə imzalaması və bu görüşdə AXCP (i) sədri Əli Kərimov üçün xüsusi ianələrin verilməsi də fakt olaraq qalmaqdadır. Məhz ölkəmizdə hər seçkiöncəsi radikal müxalifət nümayəndələrinin bu cür satqınlıq və riyakarlıqla dolu hərəkətlərini Azərbaycan cəmiyyəti izləməmiş deyildir.