PDF Oxu

Müxalifət

  • 15

Puç olmuş ümidlər...

Puç olmuş ümidlər...
Məlum olduğu kimi, "ACP" sədri Rəsul Quliyevin qurmaq istədiyi yeni biznes fəaliyyəti də siyasi fəaliyyəti kimi fiaskoya uğradı. Çox da uzağa getməyərək, onun Cənubi Amerika ölkələrindəki neft biznesi ilə bağlı qurmaq istədiyi "layihə"lərin həyata keçirilməsini misal gətirə bilərik. Əslində, Rəsul Quliyevin heç bir sahədə, eləcə də, kitab yazmaq sahəsində qarşılaşdığı çətin durumlar onun fəaliyyət istiqaməti ilə deyil, sadəcə, bacarıqsızlığı və naşılığı ilə ölçülməlidir. Sual oluna bilər ki, bəs "ACP" sədrinin filan qədər malı-mülki, bank hesablarındakı yüksək faizli gəlirləri haradan qaynaqlanır və o, bacarıqsızdırsa, bu vəsaitləri necə qazanıb? Haqlı olaraq, bu sualı verənlərə belə cavab vermək olar: erməni kirvələri ilə dodaq-dodağa verib marçamaç öpüşməklə, (ayıb olmasın R.R.). Bu işi Rəsul bəy çox gözəl bacarır. Yəni onun bircə bacarığı var, o da yuxarıda deyilmiş ÖPÜŞMƏK PROSEDURUDUR. Bəlkə də onun gözə görünməyən digər "bacarıqları" da mövcuddur ki, bundan bizlərin hələ də xəbəri yoxdur. Misal üçün, erməni və ya ermənipərəst kirvələrin kabinetlərinə (hətta başqa-başqa, pis-pis yerlərinə-R.R.) sabunsuz girib-çıxması bacarığı...
R.Quliyevin bu istedadı barədə, yəqin ki, növbəti məqaləmdə geniş və ətraflı söhbət açmaq fikrindəyəm. İndi isə qayıdıram öpüş məsələsinə. Həmin bu məsələ bir neçə gün öncə Strasburqda baş verib. Onun Starsburqda nə ilə məşğul olması məsələsinə gəldikdə isə, məlum olduğu kimi, adıçəkilən şəhərdə yerləşən erməni lobbisinin böyük qurumu mövcuddur. Bu qurum Ermənistanda yerləşən Eçmiədzin kilsəsinin gizli maliyyə strukturuna mərkəzi yardım fəaliyyəti ilə məşğuldur. Daha dəqiq qeyd etsək, bütün Avropa ölkələrindən dilənilmiş ianələr Strasburq lobbisinin bank hesabına köçürülür və bu hesab Eçmiədzin kilsəsinin maddi mülkiyyəti (varlığı) qəbul olunur. Eyni zamanda, erməni patriarxı ikinci Qaregin öz məqsədlərini və gizli məramlarını məhz Strasburqdakı erməni lobbisinin nümayəndələri vasitəsilə reallaşdırır. Bütün bunlar öz yerində...
R.Quliyevə gəldikdə, onun həmin lobbinin toplantısı barədə bilgi və məlumatları hələ öncədən məlum idi. Ona görə də ABŞ-da dabanına tüpürüb dərhal Strasburqa gələn Quliyev adıçəkilən şəhərin məşhur otellərinin birində gizli görüş təşkil edir. Bu görüşdə öncələr öz ölkəsi əleyhinə- bilavasitə Ermənistan dövlətinin xeyirinə görə gördüyü işləri diqqətə çatdıran "ACP" sədri yenidən bu əməllərini müəyyən olunmuş rəqəmlər (500000 avro) müqabilində gerçəkləşdirmək istəyində olduğunu bildirib. Lakin Quliyevin bu təklifi, onun erməni kirvələrini düşünməyə vadar edib. Onun öncələr gördüyü lişlər" müzakirə edilib, nəticələrə gəlinib. "ACP"sədrinin təklif etdiyi "iş" müqabilində istədiyi (diləndiyi-R.R.) 500000 avro düşüb 200000-nə. Lakin sonradan R.Quliyevdən birdəfəlik olaraq imtina olunub. Buna səbəb isə 2003-cü il prezident, 2005-ci il parlament seçkilərindəki uğursuzluğu, verdiyi vədlərə xilaf çıxması kimi faktlar irad tutulub. Eləcə də, 2005-2010-cu illər ərzindəki fəaliyyətsizliyi erməni lobbiləri tərəfindən R.Quliyevə etimadsızlıq kimi qiymətləndirilib.
500000 avronun bircə addımlığından zibil kimi çölə atılan "ACP" sədrinin ən son ümidləri də puç oldu. Onun növbəti- Strasburq macərası da belə nəticələndi. Yəqin indi o, birbaşa erməni katalikosu ikinci Qaroeginlə iltimas qurmaq üçün özünə kanallar axtarmaqla məşğuldur. Çünki arzularının puç olması ikinci Qareginin verdiyi imtina qərarı ilə sıx bağlıdır. Onu da deyək ki, R.Quliyevin Ermənistana gedib, Eçmiədzin kilsəsinə baş çəkməsi, orada şam yandırıb dua etməsi, katolik-qriqorian kilsəsinin xaçına mənsub xaç suyuna çəkilməsini eşitsəniz heç də təəccüb edib, narahat olmayın. Çünki bu "adam"dan nə desən gözləmək olar. NƏ DESƏN.

Digər xəbərlər