Ayaz Mütəllibov Rusiyada cinayətkar əməllərlə məşğuldur
Qəzetimizi həmişə ilginc xəbərlərlə məlumatlandıran mənbə bu dəfə də Ayaz Mütəllibovun Rusiyadakı fəaliyyətinin gizli tərəfləri barədə bizə məlumat verdi. Mənbə Ayaz Mütəllibovun yaxın adamlarından birinə istinad edərək, qeyd etdi ki, A.Mütəllibov əsasən, qanunla qadağan olunmuş işlərlə məşğuldur.
O, əsasən, aşağıdakı cinayətkar işlərlə "nüfuz" qazanıb: insan alveri, insanların daxili orqanlarının qeyri-qanuni yollarla çıxarılaraq satılması, narkotik ticarəti, istifadəyə yararsız dərmanların satışı, parnoklublar və s. Bütün bu çirkin oyunlarda A.Mütəllibov iştirak edir. Onun Rusiyanın Samara şəhərində fəaliyyət göstərən "Arqan" kafesi "narkotika bazası" kimi ad çıxarıb. Kafedə narkotiklərin satışı və istifadəsi açıq-aşkar həyata keçirilir. Kafe üç mərtəbədən ibarətdir. Kafenin "müdiri" İsgəndər adlı şəxsdir. Əldə olunan məlumatlara əsasən, İsgəndər 1996-cı ildən Rusiyada yaşayır və demək olar ki, o vaxtdan A.Mütəllibovun "yanında fırlanır". Bu şəxs əvvəllər Şamaxı rayonunda yaşayıb, 1991-ci ildə başqa adamın adına Bakının Səbail rayonunda, 1992-ci ildə isə Nərimanov rayonunda ev alıb. 1995-ci ildə "fahişəxana" işlətməkdə günahlandırılıb və onun haqqında həbs qətimkan tədbiri seçilib. Lakin bir neçə ay məsuliyyətdən yayınaraq 1996-cı ildə Rusiya Federasiyasına qaçmışdır. Hal-hazırda onun 55-60 yaşı var və A.Mütəllibova yaxın qohumdur. Elə ona görə də A.Mütəllibovun "Arqan" restoranını o işlədir.
A.Mütəllibov Rusiyanın Vladiqafqaz, Novosibirsk, Kalıma, Volqoqrad, Saratov, Samara, Leninqrad və başqa bir sıra şəhərlərdə cinayətkar planlarını həyata keçirir. Belə ki, o, Volqoqrad və Saratov tikinti "biznesi" ilə, Samarada narkotika dövriyyəsi ilə, Novosibirskdə isə sifarişli qətllərin həyata keçirilməsi ilə məşğuldur. Təxminən 4 ay bundan öncə Rusiyanın Saratov şəhərindən gələn Mahir adlı Azərbaycan vətəndaşı A.Mütəllibova məxsus bina tikintisində suvaqçı kimi çalışırmış. O, burada iki ay işləyib, lakin pulunu ala bilməyib. Daha doğrusu, verməyiblər. Mahir deyir ki, lorada işlədiyim 2 ay ərzində A.Mütəllibov bəlkə 10-15 dəfə ora gəlib və mühəndislərə göstərişlər verib. Mənimlə bərabər 12 nəfər azərbaycanlı da orada işləyirdi. Onlar da pullarını ala bilmədilər. Təkid elədiyimizi görəndə, bizi ölümlə hədələdilər". Göründüyü kimi A.Mütəllibov Rusiyaya işləməyə gedən vətəndaşlarımızı qul kimi işlədir və sonda hədə-qorxu gələrək oradan qovur.
Məlumatlara əsasən, azərbaycanlıları incitdiyinə görə, onun kriminal aləmin nüfuzlu avtoritetlərindən sayılan Rövşən Lənkəranski ilə söz-söhbətləri olub və nəticədə A.Mütəllibov haqsız olduğunu anlayaraq, avtoritetdən üzr də istəyib. A.Mütəllibov müxtəlif ləqəblərlə fəaliyyət göstərir. Ona daha çox lvladi" deyilir.
A.Mütəllibovun satışı qadağan olunmuş və istifadəyə yararsız dərmanların satışı ilə, əsasən, Leninqrad şəhərində məşğul olur. Onun dərmanları bir neçə dəfə müsadirə olunub və satışdan çıxarılıb. Amma "haqq" ödədikdən sonra yenidən bu sahədəki fəaliyyəti bərpa edib. O, 1999-cu ildən 2006-cı ilə qədər İrkutsk şəhərində də bazar ticarəti ilə məşğul olub. Lakin sonradan bu biznesini başqa şəhərə köçürüb.
Göründüyü kimi, A.Mütəllibov geniş "biznes"lə məşğuldur. O, hər ay milyonlarla pul qazanır. Lakin ortada maraqlı bir sual var: bəs nə üçün A.Mütəllibov sədri olduğu Sosial-Demokratlar Partiyasına lazımi maliyyə yardımı etmir? Əksinə, Müsavat və AXCP (i)-yə dolayı yollarla maddi "yardım"lar edir. Digər tərəfdən Araz Əlizadə də səsini çıxarmır və daim onu müdafiə edir. Əvvala ona görə ki, A.Mütəllibov digər müxalifət partiyaları kimi Sosial-Demokratlar Partiyasının da perspektivliyinə inanmır. Və bu, belədir. İkincisi, A.Əlizadə bunu sezdirməsə də A.Mütəllibovla onun arasında çox soyuq münasibətlər var. Vaxtilə Rəsul Quliyev Sərdar Cəlaloğlu ilə necə "əlaqə" saxlayırdısa, A.Mütəllibov da A.Əlizadə ilə o cür əlaqə saxlayır. Onun Müsavat və AXCP (i)-yə pul verməsi isə başqa amillərlə bağlıdır. Ən əsası odur ki, A.Mütəllibov Azərbaycanda təxribat yaratmaq üçün Müsavat və AXCP (i)-yə "ümid" edir.
A.Mütəllibovun 1991-ci ildə Azərbaycan dövlətçiliyinə vurmadığı zərbə qalmadı. İndi isə xaricdə yaşayan azərbaycanlılardan əl çəkmir. Onların öldürülməsindən tutmuş ən çirkin işlərə təhrik edilməsinə qədər miskin addımlar atır. Bununla da Azərbaycanın, xalqımızın və vətəndaşlarımızın düşməni olduğunu bir daha sübut edir.
Amma cavabsız qalmayacaq...